Dünyaya kulturoloji baxış

 

 

   Modern Azərbaycan: fərqli sivilizasiyaları qovuşduran məkan

  

   Çağdaş qlobal ədəbi-mədəni hadisələrə aid, ümumiləşdirilmiş fikirlərin cəmi kimi bu yazı kompyuterin yaddaşına yığılarkən, - materialın qəzet səhifəsinə qədər qət edəcək məsafəni qoyuruq bir kənara - çox güman, ölkəmizdə böyük təmtəraqla qeyd edilənBakı - İslam Mədəniyyətinin Paytaxtı - 2009” Mədəniyyət İlinin açılışıyla əlaqədar tədbirlər silsiləsi bəşər tarixinin çağdaş sivilizasiya proseslərinin maraqlı, qiymətli parçasına çevriləcək.

   Ölkə prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası Mədəniyyət Turizm Nazirliyinin səmərəli beynəlxalq kulturoloji siyasəti nəticəsində baş tutan bu möhtəşəm tarixi hadisə bir daha dövlətimizin çağdaş dünyadakı geosiyasi, ictimai-mədəni rolunun get-gedə artdığını göstərir, Vətənimizinsə müxtəlif sivilizasiyaların təmas nöqtəsinə çevrildiyini sübut edir. Milli, eyni zamanda xarici yazılı elektron KİV-dəki çoxsaylı materiallardan, İnternetdə gedən ciddi polemikalardan, müxtəlif şəbəkə, həmçinin “yahoo-qrup”lardakı - qrup halında elektron məktublaşma sistemlərindəki bilgili yazışmalardan belə ümumi nəticəyə gəlmək mümkündür ki, istər Şərq, istərsə Qərb intellektualları Azərbaycanın bu qlobal mədəni-geosiyasi proseslərin mərkəzində durması, sivilizasiyalararası dialoqların gedişatı cəhətdən, mədəniyyətlərin inteqrasiyası tarixi baxımından, dünya çağının yeni inkişaf mərhələləri nöqteyi-nəzərdən məntiqəuyğun hadisə kimi qəbul olunmalıdır.

   Əslində, doğrudan da belədir: çağdaş dünya sivilizasiyasını - dil, din, etno-mədəni yaxınlıq, tarixi bağlılıq, mədəniyyət, mənəviyyat, etik-fəlsəfi, ictimai-mədəni, kulturoloji baxışlarındakı oxşarlıq, bir qədər coğrafi eyniyyət başqa cəhətlərinə görə - şərti olaraq altı yerə bölmək mümkündür. Qərb (xaçpərəstlik - Avropa dövlətləri), Şərq (burada Türk Dünyası İslam aləmi nəzərdə tutulur), Uzaq Asiya (buddizm etiqadının ardıcılları -Yapon, Çin, Hindistan, Banqladeş, Koreya başqa ölkələr), Afrika, Latın Amerikası sabiq SSRİ- daxil olan rusdilli ədəbi-mədəni məkana ayırsaq, görərik ki, son illərdə respublikamızda, eyni zamanda dövlətimizin birbaşa iştirakı ilə yaxın-uzaq regionlarda təşkil olunan əksər beynəlxalq ictimai-siyasi, mədəni-dini, elmi-iqtisadi tədbirlər planetimizin bu kulturoloji hissələrin əhatə edir, özü çox hallarda birləşdirici amil kimi Azərbaycan faktoruna mühüm əhəmiyyət vermək tələb olunur.

   Düzdür, bir sıra hallarda, bəzi beynəlxalq proqram tədbirlərdə Asiya, Afrika Latın Amerikası adlandırdığımız şərti kulturoloji məkanlar bir qədər kölgədə qalsa da - baxmayaraq ki, Bakıda bir neçə il bundan əvvəl Azərbaycan ispandilli latın-amerikan musiqiçilərinin konsertlərindən ibarət sənət layihəsi gerçəkləşdirilib - onlar çox zaman ya Qərb, ya da Şərq sivilizasiya hadisələri ilə birgə inteqrasiya proseslərinə ciddi reaksiya verirlər. Bu baxımdan Azərbaycan Respublikasının mövqeyi, yeri bütün dünya tərəfindən qəbul olunur.

   Tarixə nəzər salanda, bir daha şahidi oluruq ki, quzeyli-güneyli Bütov Azərbaycan həmişə Şərq Qərb adlı iki böyük vahidə - eləcə bayaq adını vurğuladığımız kulturoloji məkanlara - ayrılan çağdaş dünyanın fərqli sivilizasiyalarını qovuşduran məkana çevrilərək mürəkkəb sivil-kulturoloji missiyasını yerinə yetirib. Atəşpərəstlik - Zərdüştlük tarixi torpaqlarımızda pərvəriş tapıb; ibranilik , xaçpərəstlik , İslam da bizdə güclənib, dünyanın hər yerinə buralardan yayılıb; Pompey , İsgəndər , Əmir Teymur bu məkandan zəmanəyə meydan oxuyub; Avropanın formalaşmasında, möhkəmlənməsində hunların, xəzərlərin Səfəvilər imperiyasının böyük xidmətləri danılmazdır, hətta Karl Marks kimi böyük filosoflar, tarixçilər bu faktorları xüsusi qabardırlar: bir sözlə, bəşər sivilizasiyanın bütün yolları bizdə birləşir. Azərbaycandan isə yeni kulturoloji çığırlar açılır, geomədəni təzə yollar salınır ki, növbətisi martda keçiriləcək Beynəlxalq Muğam Festivalıdır...

   Budur, Azərbaycanın birbaşa iştirakıyla gerçəkləşdirilən, Qərb (Latın Amerikası ilə birlikdə) Şərq (müsəlman Afrikası da daxil olmaqla), qismən Uzaq Asiya (Yaponiya, Hindistan, Cənubi Koreya) sivilizasiya məkanları, eyni zamanda sabiq SSRİ (Orta Asiya respublikaları, Rusiyanın türksoylu federasiya subyektləri) məkanını əhatə edən davamlı tədbirlər silsiləsi planetar düşüncəli qlobal dünya mədəniyyətini əhatələyir: bu kulturoloji-geosiyasi proseslər, xalqların inteqrasiyası hadisələri hələ uzun müddət sivilizasiyaşünasların, politoloqların, kulturoloqların, filosofların tarixçilərin araşdırma obyektinə çevriləcək.

   Soruşula bilər ki, bəs bu hadisələrdə, proseslərdə fəallığıyla seçilən Azərbaycan Respublikası, böyük mənada, qazanır? Bu sorğunun birmənalı adi cavabı yoxdur: Azərbaycan, ilk növbədə, dünyada - qlobal maştabda özünü, mədəniyyətini, tarixini, çağdaş dövlətçiliyini, turizm iqtisadi imkanlarını reklam - dəbdə olan ifadəylə vurğulasaq, PR edir; bir daha tolerantlıq mərkəzi kimi nüfuzunu möhkəmləndirir; fərqli sivilizasiyaların - mədəniyyətlərarası dialoqun aparıcı məkanına çevrildiyini isbatlayır; inteqrasiya proseslərinin əsas güc vahidlərindən biri olur; beynəlxalq təşkilatlarda söz sahibi kimi mövqelərini genişləndirir; yaxın dövlətlərin dostu, rəqib ölkələrin pənah gətirdiyi "üçüncü tərəf" kimi qəbul edilir; ən əsası isə müxtəlif sivilizasiyaların birləşdiyi geosiyasi regional güc mərkəzinə çevrilir.

   Bu məqamda Azərbaycan Respublikasının Prezidenti, dünyada yeni nəsil intellektual siyasətçilərindən - dövlət liderlərindən biri kimi qəbul edilən cənab İlham Əliyevin apardığı ölkədaxili, regional beynəlxalq iqtisadi-siyasi, ictimai-mədəni siyasətin uğurlarını mütləq vurğulamaq lazım gəlir. Yuxarıda sadaladığımız o sistemli siyasətin memarı Ümummilli liderimiz Heydər Əliyev olsa da, qazanılan böyük uğurlara məhz cənab İlham Əliyev imza atmışdır. Əslində dövlətimizin qlobal mədəniyyət siyasətinin əsas aparıcı istiqamətini məhz ölkə rəhbərinin müəyyənləşdirdiyi bu balanslaşdırılmış beynəlxalq münasibətlər sisteminin konturları dəqiq tənzimləndiyinə görə dünyanın aparıcı dövlətlərinin qibtə apara biləcəyi uğurlarımız günü-gündən artır...

   Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması, ona möhtəşəm sarayın tikilməsi, İçərişəhər, Qobustan qayaüstü rəsmlər - qədim sivilizasiya kodları, milli muğam aşıq sənətinin YUNESKO-nun əsas siyahılarına salınması, habelə bəşəriyyətin dəyərləri, toxunulmaz sərvətləri kimi qorunması, daha neçə-neçə bu cür beynəlxalq uğurlarımızdan sonra artıq dövlətimizin mədəniyyət siyasətinin (planetar maştab istiqaməti) növbəti mərhələsinə gəlib çatıb. İndi çağdaş milli mədəniyyətimizin - incəsənət, ədəbiyyat, xalq tətbiqi sənəti, xalçaçılıq, musiqi, rəssamlıq başqa sahələrin kulturolojiməhsul”larını xaricə kütləvi ixracını təmin etmək gərəkdir. Bu istiqamətdə fərqli innovativ biznes qurumlarının fəaliyyətini güçləndirməliyik, paralel olaraq yeni-yeni kreativ - mədəni sənaye-biznes sahələrini yaratmalıyıq. İndiki qlobal iqtisadi böhran zamanında buna daha böyük ehtiyac duyulur.

   Milli xalçalarımızın xaricə ixracını lazımi səviyyədə qura bilməyəndə, Qarabağ, Naxçıvan, Şirvan, Quba başqa növ toxuculuq incilərimiz fars, erməni, ərəb xalçası brendi ilə satılır

   YUNESKO-nunİSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın səyi nəticəsində muğamın qlobal dünya musiqi dəyərinə çevrilməsi, Alim Qasımov, Çingiz Abdullayevin yaradıcılıq məhsullarının beynəlxalq sənət - zehni mülkiyyət nümunəsi kimi qəbul edilməsi faktları ölkəmizin qədim sivilizasiya nüfuzunun yenidən dirçəldilməsinə xüsusi təkan verdiyini də xatırlatsaq, yaxın gələcəkdə Azərbaycan “qara qızıl”la yanaşı, “kulturoloji qızıl”larına da beynəlxalq aləmdə böyük ehtiyac duyulacaq ölkəyə çevriləcək.

 

Aydın Xan

 

Mədəniyyət.- 2009.- 27 fevral.- S.11.