Gürcüstan kitabxanalarına kitab kolleksiyası, elektron nəşr və filmlər göndərilib

 

   Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Gürcüstan Milli Parlament Kitabxanasına, Tiflis Dövlət Universitetinə, Marneuli şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinə, Azərbaycan məktəblərinə, cəzaçəkmə müəssisələrinə müxtəlif mövzulu çap məhsulları göndərilib. Bu sırada Azərbaycanın zəngin mədəniyyəti, tarixi, ədəbiyyatı, incəsənəti, Ermənistan-Azərbaycan - Dağlıq Qarabağ münaqişəsi, habelə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKOİSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva haqqında kitab kolleksiyaları, həmçinin elektron nəşr və filmlər də var.

   Mədəniyyət və Turizm Nazirliyinin Kitabxana işi sektorunun məsləhətçisi Samir Abbasovdan aldığımız məlumata görə, kolleksiyaya “Heydər Əliyev və mədəniyyət”, Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və Zaman”, “Qeydar Aliev. Liçnosti Epoxa”, “Prezident İlham Əliyev və mədəniyyət (2003-2008)”, “Mədəniyyətimizin və mədəni incilərimizin hamisi”, Əli Eyvazovun "Humanizm və xeyirxahlıq missiyası”, Əziz Ələkbərlinin “Qərbi Azərbaycan abidələri”, “Erməni terroru”, “Muğam”, “Qarabağ - irsimizin əbədi yaddaşı. Garabakh - the eternal memory of Azerbaijan heritage”, Ö.Siqov. Azerbaydjan. Mejdu zapadom i vostokom”, “Armyanskiy terrorizm”, “Bizi əsirlikdən qurtarınkitabları, habelə “This is our Azerbaijan”, “Gobustan”, Kara Karayev. “Symphony. Leyla and Mejnun”, “Qarabağ. Real tarix, faktlar, sənədlər”, “Azerbaijan motifs”, “The tragedy of Khodjaly”, “Armenian Terrorism”, Erich Feigl, “Kəskin dönüş! Erməni mifomaniyası”, “Duaadlı elektron nəşrlər filmlər daxil edilib: Bundan başqa, sözügedən kitabxanalara Azərbaycan Respublikası PrezidentininAzərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamı əsasında nəfis şəkildə nəşr olunmuş Azərbaycan dünya klassiklərinin əsərləri göndərilib.

   Nazirlik təmsilçisi kolleksiyalar əsasında Gürcüstan Milli Parlament Kitabxanasında Azərbaycan fondu Azərbaycan guşəsi yaradılacağını da dedi.  

 

   Həmidə

 

Mədəniyyət. - 2009.- 27 fevral.- S.11.