Gücüm bircə kəlməyə
çatdı...
Müsahibimiz gənc şair Fərhad Metedir. Şeirləri bir çox mətbu orqanlarda, eləcə də bizim qəzetin səhifələrində çap
olunub və oxucu diqqəti də qazanıb. Özü demişkən,
Sumqayıt ədəbi
məktəbinin yetirməsidir.
Amma poeziyasının
sərhədləri yaşadığı
məkandan çox- çox geniş, düşüncə dünyası
isə... Onun dünyası ilə özünüz bu müsahibədə tanış
olun.
- Fərhad, ümumiyyətlə,
səni az yazan və görünməyi
o qədər də sevməyən ədəbi
gəncliyin nümayəndəsi
sayırlar.
- İldə bir neçə şeir yazıram.
- Bəs nə vaxtdan yazırsan?
- Hamı kimi, mən də elə uşaqlıq illərindən yazıram.
Ailədə şeir yazdığımı bilib
Sumqayıtdakı Poeziya
Klubuna aparmışdılar
məni. Oxuduğum məktəbdə Nüsrət
Kəsəmənli ilə
görüş olacaqdı. Direktor Minayə xanım məni çağırdı
ki, bu görüşə
aid şeir yaza bilərsənmi, müsbət cavab verdim. Görüşdə
də auditoriya qarşısında N.Kəsəmənliyə
həsr etdiyim şeiri oxudum. Gözləmirdim ki, bəyəniləcək. N.Kəsəmənli
isə məni düz tədbirin sonuna qədər yanında əyləşdirdi.
Görüşdən sonra
ziyafət oldu və şair məni də özü ilə həmin ziyafətə apardı. Ona yazdığım şeiri
isə səliqə ilə qatlayıb pencəyinin cibinə qoymuşdu. Mənim də arzum ondan
avtoqraf almaq idi. Amma kitabını
tapa bilməmişdim deyə əvəzində
imzalaması üçün
M.Müşfiqin kitabını
götürmüşdüm. Elə bu kitabı
da imzaladı.
- Maraqlıdır, avtoqrafda şair nə yazmışdı?
- “Yazdığın şeirlər
Müşfiqin şeirləri
kimi gözəl olsun, amma taleyin
onun taleyinə bənzəməsin”. Həmin kitabı indi də saxlayıram.
Tədbirin səhərisi
günü isə məktəbdə xüsusi
münasibətlə qarşılaşdım.
Məşhurlaşmışdım və bu məni
sıxırdı. Elə
indi də məşhurlaşmaqdan qorxuram.
- Tənqidçi V.Yusifli bu yaxınlarda sənin bir şeirini ruh baxımından elə N.Kəsəmənlinin şeiri
ilə müqayisə
etmişdi. Bu nədir,
mistika?
- Həmin məqalədə
tənqidçi mənim
“sadəcə gedişin
deyil yoxluğun” misramı Nüsrətin məşhur “getmək istəyirsən bəhanəsiz
get” misrası ilə müqayisə etmişdi. Mən burada bəhrələnmə görmürəm.
- Əslində bəhrələnmədən
söz açılmırdı,
ruhi yaxınlıq poeziyada birləşdirici xətdir. Məsələn,
əksər vaxt gənc şairlər sevəndə yazırlar.
- Məndə tərsinə
oldu. Sevdim və uzun müddət
şeir yazmadım. Sonralar bir çox
illəri xaricdə keçirdiyimdən burdakı
ədəbi mühitlə
əlaqəm olmadı.
Amma gücüm çatdığı
qədər mütaliə
ilə məşğul
olmuşam. Bir neçə il əvvəl isə BSU Yaradıcılıq fakültəsinə
daxil oldum, bu isə yenidən
şeirin aurasına qayıtmağıma təkan
verdi.
- Şeiri niyə yazırsan?
- Dostlarıma şeir oxumaq üçün. Nəyi isə paylaşmaq ehtiyacımız
olduğuna görə.
Poeziya mənim üçün insanlarla ünsiyyətin ən yaxşı formasıdır.
- Ədəbiyyata qara enerji gətirmək olar?
- Biz reallıqları dəyişə
bilmərik, reallıq
isə eybəcərliklərlə
zəngindir. İnsanlar
isə onsuz da bu eybəcərlikdə
əzab çəkir.
Mən çalışıram
ki, şeirlərimlə
bir az ümid
verim, bir az da qaradan
başqa rəng olduğunu anladım.
- Şeirlərində süjet
axını diqqəti
cəlb edir. Sanki uzun illər çox şeyləri müşahidə edibsən
və bunların içində yaşayıbsan.
- Əlbəttə, 6 il müxtəlif ölkələrdə
yaşamışam, həyatın
çox üzünü
görmüşəm. Amma bu o
demək deyil ki, yazdıqlarımın hamısı öz başıma gəlib. Məsələn, Markesin
“Patriarxın payızı”
əsərinin dilimizdə
tərcüməsini oxuyanda
buradakı “tutiya” kəlməsi məndə
assosiasiya yaratdı. Tutiya-pirdən gətirilən konfetə,
nabata və s. deyilir. Mənim
uşaqlıq illərimdə
onun izi və deməli, süjeti var. Digər tərəfdən,
elə hadisələr
və yaşam var ki, sanki
bizim hamımız üçün yaşanan
həyat süjetidir.
- Şeir yazılır, yoxsa qurulur?
- Mən hər ikisindən istifadə edirəm. Süjetli şeir xüsusilə qurulur, üzərində işləyirsən və
sairə.
- Nə oxuyursan?
- Dünya ədəbiyyatının
incilərini və bir də fəlsəfi
əsərləri. Hind filosofu
Oşonun əsərləri
masamın üzərində
hər gün məni gözləyir. Bu əsərləri ədəbi
nümunələrdən daha
üstün sayıram.
Düşünməyi öyrədir bu əsərlər. Bizim ədəbiyyatda isə hesab edirəm ki, durğunluqdur. Yalançı piarlarla “mən əsər yazmışam” demək heç nəyi həll etmir. Yetərincə güclü
əsər olarsa, onu hər kəs
axtaracaq. Bizdə hələ ki ortada piar var,
əsərsə, mətnsə
yoxdur.
- Səni həm də film həvəskarı
kimi tanıyırıq...
- Masaüstü əsərlər
kimi masaüstü filmlər də var. Məsələn, “Opera kabusu” filmini uzun illərdir ki, izləyirəm. Ümumiyyətlə, ağır
sayılan filmləri xoşlayıram. Tarkovskinin
filmlərinə baxdıqca
hər zaman yeni bir şey
kəşf edirəm.
Kino elə bil ki, yaşadığım
ikinci həyatdır. Bu baxımdan filmdə aktyor işindən əvvəl
həmən həyatı
yaradanların- rejissorun
yaradıcılığına xüsusi diqqət yetirirəm.
- Sumqayıt ədəbi mühiti ilə daha çox təmasda olubsan. Bu mühitə nə xarakterikdir?
- Ədəbi dözümlülük.
Kiminsə yaradıcılığı
xoşuna gəlməyə
bilər, müsbəti
də, mənfini də deyə bilərsən və bu, normal hal olaraq qəbul edilə bilər. Ədəbi nəsillər
arası ziddiyyət burada yoxdur. Çünki meyar elə ədəbiyyatın
özüdür.
- Fərhad, ən azı bir kitablıq
şeirlərinlə tanışıq.
Amma kitabını nəşr etdirmirsən.
- Bilirsiz, Oşo deyir ki, heç
nə planlaşdırma
ki, sonra məyusluğa uğramayasan.
Bu baxımdan yaradıcılıq
da, kitabımın çapı da planlaşdırılmış formada deyil. Sadəcə olaraq, dostum İlham Çərkəzoğlu iki
müəllifə bir kitab nəşr etdirməyi təklif edib. Ortaya çıxsa, kitabı sizə də göndərərəm.
- Söhbəti bəlkə
son şeirlərinin biri
ilə bitirək.
- Süjetli şeir olduğundan bir parçasını deyirəm:
Görüşdük, gizləndik
İki pilləkən yuxarı qalxdıq
Öpüşdük, getdik.
Bağırdım, çığırdım, pıçıldadım
Dönmədin
Dua etdim qaranlıqlarda
Gücüm bircə kəlməyə çatdı...
Söhbətləşdi: Sabutay
Mədəniyyət.- 2009.- 1 iyul.- S. 12.