Xarakterlər ustası
Məlik Dadaşov xeyirxah nəhəng də ola bilər,
bədxah qorxu kabusu da... Yaqo, Maqbet, Prospero, Şeyx Nəsrullah,
Qəmlo, Molla Sadıq, Aram Xaçaturyan....
Məlik Dadaşovu səhnədə
görən hər kəs təsdiq edər ki, onun xarici
görkəmi, sifətinin ahəngdar cizgiləri, mənalı
baxışları, əzəmətli yerişi səhnə
üçün yaranmışdı. Əlbəttə, bunlar aktyor üçün vacib olan şərtlərdəndir.
Lakin əsas məsələ Məlik Dadaşovun sənətkarlıq
gücündə, istedadındadır.
Bir aktyor kimi çoxcəhətli
yaradıcılıq imkanlarına
malik Məlik Dadaşov həm komediyalarda, həm dramatik və faciə xarakterli obrazlarda, həm də lirik-psixoloji rollarda böyük uğur qazanmışdı.
Zəngin plastikası,
aydın tələffüzü,
rəqs etmək məharəti, yüksək
musiqi duyumu onun aktyor cazibədarlığını
qüvvətləndirirdi.
27 iyun
1924-cü il isə Məlik Dadaşovun doğum tarixidir. Bakıda ziyalı ailəsində dünyaya göz açıb. Neft sənayeçisi olan atası Nobellə birlikdə işləyib. Aktyor təhsilini 174 saylı orta və A. Zeynallı adına musqi məktəbində alıb. Buranı bitirdikdən sonra başqa gənclər kimi, Məlik də müharibəyə
yollanır. Kontuziya alır və
1943-cü ildə müalicəsini
başa çatdırıb,
yenidən hərbi hissələrdə musiqiçi
kimi xidmət göstərir. 1945-ci ildə
ordudan tərxis olunduqdan sonra Məhərrəm Haşımovun
təşəbbüsü ilə Gənc Tamaşaçılar Teatrında
fəaliyyətə başlayır.
Bir müddətdən
sonra Zaqatala Dövlət Teatrı açılır. Aktyorluq
fəaliyyətinə yenicə
qədəm qoymuş
Məlik bu teatra göndərilir.
1946-cı ilin mayında isə Şəmkir teatrına göndərilir. Burada bir il işlədikdən
sonra 1947-ci ildə Teatr İnstitutuna - Adil İskəndərovun kursuna daxil olur.
Həmçinin filarmoniyanın
mahnı və rəqs ansamblına rəqqas kimi işə götürülür.
1950-ci ilin oktyabrında
Milli Dram Teatrında fəaliyyətə
başlayır.
«Axırıncı
aşırım»dan «Fəryad»a
Məlik Dadaşov səhnədə
pafosla, yüksək romantizmlə yaşayan aktyorların
arasında sakit və təbii oyunu ilə fərqlənirdi. O, ifa zamanı səsini boğmadan, qışqırmadan,
süni gülüş
və tragizm yaratmağa can atmadan öz oyununa təbiilik və həyatilik qatırdı. Bu, Azərbaycan teatr sənəti tarixində aktyor oyunu baxımından
yenicə yaranmış
realizm idi. Məlik Dadaşov bu cərəyanın nümayəndələri arasında
özünəməxsus yer
tuturdu. 60-cı illər Məlik Dadaşovun teatr yaradıcılığının ən yüksək zirvəsidir. Bu illərdə o, teatrda Şeyx Nəsrullah kimi yadda qalan obraz
yaratdı və özünün sənətkarlıq
məharətini təsdiqlədi.
Azərbaycan
dramaturgiyasında xaraktercə mürəkkəb və ziddiyyətli,
ancaq dolğun bir obraz olan Şeyx Nəsrullah Məlik
Dadaşov sənətinin zirvəsində dayanmaqla onun səhnə
fəaliyyətində ən uğurlu ifa oldu. Məlik Dadaşov Şeksprin «Fırtına»
pyesində oynadığı
Prospero obrazı ilə daha da
sevildi. Prosperodan sonra daha bir
Şekspir qəhrəmanını
səhnədə canlandırdı.
Bu, cinayətkar, amma zərif və həssas təbiətə malik Maqbet idi. Tamaşaya yazılımış
rəylərdən belə
qənaətə gəlmək
olardı ki, tam işlənməmiş
psixoloji vəziyyətlər
aktyorun ifasında bütövlükdə təcəssüm
tapmamışdı. Fəqət
bu obrazın onun səhnə yaradıcılığında olması faktı Məlik Dadaşovun müəyyən ampluasının
davamı idi.
Bütün bu keyfiyyətlər
aktyorun kino yaradıcılığı üçün də
səciyyəvi oldu. Kinoda da
roldan-rola dəyişir
və başqalaşırdı.
35-ə yaxın bədii filmdə çəkilən Məlik
Dadaşov «Axırıncı
aşırım»da Qəmlo, «Dəli Kür»də Molla Sadıq, «Koroğlu»da Bolu bəy, «O dünyadan salam»da Şeyx Nəsrullah,
«Birisi gün gecə yarısı»nda Nəriman Nərimanov,
«Babək»də İbn Bəis, «Nəsimi»də Şirvanşah İbrahim,
«Fəryad»da Aram Xaçaturyan obrazlarını yaratdı.
«Axırıncı
aşırım» filmi
Məlik Dadaşovun kinoda möhtəşəm
triumfu idi. Uzun illər Azərbaycan tamaşaçısına «cəmiyyətimizə
yad», «qolçomaq», «Abbasqulu bəyin qatili» kimi təqdim
olunmasına baxmayaraq,
Qəmlo Məlik Dadaşovun ifasında birmənalı qarşılanmadı.
Onun məharətli ifa tərzi, filmin «əvvəlki və indiki yozumlarına» birdəfəlik
son qoydu. Qəmloda Məlik Dadaşov qəhrəmanının
xarakterini təkcə
oyun effekti ilə deyil, səs tembri və üz ifadələri ilə də açmağı bacarır. Qəmlonun sözsüz səhnələrində,
pauzalarında az qala gözləri dil açıb danışır.
Molla Sadıq rolu isə
inqilabdan əvvəlki Azərbaycanın bəzi din xadimlərinin
tipik nümayəndəsidir. Filmdə («Dəli Kür») onun iştirakı ilə bağlı epizodlar çox güclü təsir bağışlayır.
Tamaşaçı Məlik
Dadaşovun ifasındakı
Molla Sadığı
görən kimi tanıyır.
Onun kinodakı son rolu mərhum
rejissor Ceyhun Mirzəyevin çəkdiyi «Fəryad» filmindəki
erməni obrazı oldu.
Bəziləri isə ona sadəcə heyran qalmışdı. Heyran qalmışdılar
ki, həyatda tamamilə fərqli olan bir insan
filmdə bu qədərmi dəyişə
bilər?! Bütün
bunlar onun aktyor kimi böyüklüyünün
sübutu idi. Deyəsən, mənfi obrazlar yaratmaq Məlik Dadaşovun kino taleyinə yazılmışdı. Çox
illər öncə isə o, azərbaycanlıya
əzab verən ermənidən fərqli olaraq, ermənilərə
qan udduran obraz yaratmışdı -
Qəmlo...
İntiqam Hacılı
Mədəniyyət.-
2009.- 1 iyul.- S. 10.