Yubiley müqəddiməsi

 

Azərbaycan Respublikasının Prezidenti, İlham Əliyevin bu ilin iyun ayında Azərbaycan Bəstəkarlar İttifaqının 75 illiyinin qeyd olunması haqqında imzaladığı sərəncam mədəniyyət xadimlərinə - bəstəkar musiqişünaslara, milli musiqi mədəniyyətimizin inkişafında misilsiz əməyi olan, xalqımızın yaratdığı zəngin musiqi nümunələrini dünyanın hər yerində təbliğ edənlərə bütövlükdə musiqi ictimaiyyətinə xüsusi sevinc fərəh hissi bəxş etmişdir.

 

Son beş il ərzində şahidi olduğumuz müsabiqə festivallar, ilk növbədə H.Əliyev Fondu, YUNESKO, Azərbaycan Respublikası Mədəniyyət Turizm Nazirliyi Bəstəkarlar İttifaqının birgə təşkil etdiyi, Avropa, Asiya, Afrika Amerikanın 20-dən artıq ölkəsinin iştirak etdiyi beynəlxalq elmi-praktik simpozium qədim köklərə malik Azərbaycan muğamının dünyanın qeyri-maddi incilərindən biri olması faktını bir daha təsdiqləmişdir.

Azərbaycan muğamı - sözlə səsin vəhdətindən yaranan şifahi xalq sənətinin zirvəsi! O, xanəndə tərəfindən poetik söz vasitəsilə ifadə olunan, onun emosional vəziyyətini əks etdirən mürəkkəb bir improvizasiya üzərində qurulan sənət növüdür. Muğamı, onun şöbələrini dinləyərkən biz «maye»dən kulminasiyaya doğru inkişaf edən emosional bir gərginliyi hiss edir, şeirin yüksək hissiyyat üzərində köklənən melodik zənginliyini eşidirik. Muğamın kulminasiyasına doğru aparan yol bədii sözün improvizasiya vasitəsilə açılmasından keçir. Həqiqət ondan ibarətdir ki, muğam - insanın həm qəlbi, həm Nizami, Xaqani, Firdovsi, Nəsimi, Vaqif, Əliağa Vahid kimi böyük şairlərin qəzəllərində özünə yer tapan, həyata fəlsəfi baxışı əks etdirən bir fenomendir.

Qəzəllərin əsasını təşkil edən, ritmik vurğularla müşayiət olunan «əruz» vəznini öz-özlüyündə muğam improvizasiyalarının əsası hesab etmək olar. Bu qədim empirik sənətin zənginləşdirilməsi hər bir xanəndənin intellektindən, onun istedad yaradıcılıq potensialından asılıdır.

İnsanların qəlbinə hakim kəsilən xanəndə öz ifaçılıq məharəti ilə dinləyicini məhəbbət nifrət, qəzəb sevinc, kədər mərhəmət hisslərinə qərq edərək onun qəlbində katarsis yaradır, yəni onun ruhi aləmini saflaşdırır.

Xanəndə - öz sənətinin musiqili-poetik improvizasiya gücü ilə böyük bir auditoriyaya təsir edən, nikbin sənəti ilə onun əhval-ruhiyyəsini yaxşılaşdıran, insan mənəviyyatını Şərqin böyük şairlərinin poeziyası ilə zənginləşdirən, xalq musiqisinin tükənməzliyini, peşəkar xalq sənəti növü olan muğamın çoxəsrlik ənənələrini mühafizə edən bir şəxsiyyətdir.

Xanəndə - sənət aləmində öz silinməz izini qoyan musiqili-poetik improvizasiya bacarığını şagird ardıcıllarına, xələflərinə miras qoyan bir ustaddır. Məhz onlar vaxt ötdükcə muğam sənətinin müqəddəs ənənələrinin keşikçisi mühafizəçisinə çevrilirlər.

Muğamda ənənə varislik amillərinin böyük əhəmiyyəti var. İfaçılar çox olsa da, istedadı Allah vergisi olan xanəndələr azdır. Bu insanlar böyük muğam sənətinin Azərbaycan xalq musiqisi mədəniyyətinin özündə daşıdığı ilahi həqiqətin sahibidirlər.

Beynəlxalq muğam müsabiqəsi müxtəlif ölkələri təmsil edən xanəndə musiqiçilərin ifası əsasında muğamın milli xüsusiyyətləri ənənələri haqqında təsəvvür oyatdı. Onun keçirildiyi şəraiti adi sözlə ifadə etmək olmur. Həmin günlərdə Dövlət Filarmoniyasının zalı, İçərişəhərdə yerləşən Muğam Evi Azərbaycanın birinci xanımı, H.Əliyev Fondunun prezidenti, YUNESKO İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə Dənizkənarı parkda tikilən təkrarsız Muğam Sarayında hökm sürən ab-havanı heç nəylə müqayisə etmək mümkün deyil.

Ən müasir texniki səviyyədə inşa edilən, əla akustikaya malik olan, Azərbaycanın qədim musiqi alətləri foye boyu XIX-XX əsrlərin məşhur muğam ifaçılarının büstləri düzülmüş bu bina forma etibarilə qədim musiqi alətimiz - tarı xatırladır. Burada səslənən hər bir ifa Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin sədri, Azərbaycanın xalq artisti, dünyanın bir çox ölkələrində bəstəkar pianoçu kimi yaxşı tanınan Firənqiz Əlizadə tərəfindən şərh edilirdi.

Azərbaycan Bəstəkarlar İttifaqının 2007-ci ildə keçirilən qurultayında ittifaqın İdarə Heyətinin sədri seçilən F.Əlizadə bu təşkilatın fəaliyyətini canlandırmış, onun bütün bölmələrinin işinə təkan vermiş yaradıcılıq ünvanına rəngarənglik gətirmişdir. İttifaqın hələ ötən əsrin ortalarında ilk toplantı, qurultay plenumlarının keçirildiyi, Azərbaycan bəstəkarlarının artıq çoxdan bəri klassikaya çevrilmiş əsərlərinin ilk dəfə səsləndiyi köhnə binasının həqiqi sahiblərinə qaytarılması işində onun böyük əməyi olmuşdur.

Bu bina bəstəkarlar, musiqişünaslar üçün doğma yaradıcılıq evidir. Buna görədir ki, ölkə rəhbərliyi binanın yenidən ittifaqa verilməsi haqqında qərar qəbul etdi burada əsaslı təmir işlərinin aparılması üçün vəsait ayırdı.

Ulu öndərimizin mədəniyyət incəsənət sahəsində yürütdüyü siyasət bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Məhz bu siyasətin nəticəsidir ki, ölkəmiz bu sahədə ildən-ilə daha böyük uğurlara imza atır. Bu istiqamətdə, yəni mədəniyyətimizin inkişafında H.Əliyev Fondunun, onun prezidenti YUNESCO İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın da zəhmətini xüsusilə qeyd etmək lazımdır.

 

 

Nailə Kərimova,

Professor

 

Mədəniyyət.- 2009.- 1 iyul.- S. 5.