Yaxı improvizələrinin
romantikası
Rəssam Əbülfəz
Fərəcoğlunun yaradıcılığı
barəsində qeydlər...
Bu gün rəngkarlıq və qrafika əsərləri ilə Azərbaycan rəssamlığını qardaş
Türkiyədə ləyaqətlə
təmsil edən Əbülfəz Fərəcoğlu
(Cabbarov) ilə qədim İstanbulda görüşlərimiz onun
yaradıcılığının özünəməxsus məziyyətlərini
görüb, dəyərləndirməyə
imkan verdi. Tanışlıq üçün deyək
ki, 27 illik yaradıcılıq yolu Naxçıvan, Bakı və İstanbul kimi üç qədim şəhərdən
keçib. Birinci onu dünyaya bəxş edib, ikincisində təhsil alıb, sonuncu isə yaradıcılıq
arzularını qanadlandırmağa
imkan verib. Çox vaxt yaradıcılıq üçün
məkanın fərqliliyi
təsirli məqam sayılmasa da, hər halda, doğma torpaq amilinin bu məsələdə
önəm kəsb etməsi etiraf olunandır.
Əbülfəz Fərəcoğlunun 1997-ci ildən ürəyində Bakı və Naxçıvan sevgisi yaşatmaqla nağıllar şəhəri İstanbulda iç dünyasını və həsrətini sərgiləməsini də bunun təzahürü hesab etmək olar. O, bu tarixi şəhərə üz tutmamışdan əvvəl onun akvarellə poetik portretini yaradan şair dostu Adil Mirseyid də rəssamın alın yazısını oxuyurmuş kimi:
“
...sən bir gözəl ulduzdan
yer üzünə yenəndə
peşman
olmamısansa
yenə peşman olma
Tanrı sənin dostundu
kimsəyə düşmən
olma”.
misraları ilə ona xeyir-dua vermişdi.
Başqa sözlə desək, şair də ona bu
xaotik dünyamızdakılardan
yüksəkdə durmağı
arzulamışdı. Çünki
o da rənglər dünyasına tapınan rəssamın potensialına
bələd idi və onun reallaşmasını
arzulayırdı. Onunla
dostluğa çevrilmiş
çoxillik tanışlığımızın
nəticəsi kimi əminliklə deyə bilərəm ki, o, öz missiyasını dəqiq dərk edənlərdəndir. Bu səbəbdən
də onun üçün bəlkə
də Naxçıvanda
və Bakıda yox, bilavasitə İstanbulda yaşamaq bir o qədər çətin deyil. «Bəlkə»ni də ona görə
deyirəm ki, onun gözəl ailəsi -xanımı və balaları Bakıdadır. Bu fiziki ayrılığın yaşantıları
asan olmasa da, məlum və başadüşüləndir.
Ancaq müstəqillik
dövründə Türkiyəyə
üz tutan əksər rəssamlarımızdan
fərqli olaraq, Əbülfəz Fərəcoğlunu
orada qalmağa məhkum edən yalnız maddi amil deyıl. Belə olsaydı o, çoxdan geri dönmüş olardı.
Apardığım müşahidələrə
əsasən deyə bilərəm ki, Ə.Fərəcoğlu Türkiyədə
çalışan elə
azsaylı azərbaycanlı
sənətkarlardandır ki,
yaradıcılığı ilə aldadıcı və cəlbedici sənət bazarına yox, əslində çox sərt və amansız olan sənət yarışması meydanına
köklənib.Özü də
özünün on iki
illik Türkiyə həyatında o, bu köklənməni elə
bir ritmə yüksəldə bilib ki, onun dayanması
və yaxud buna cəhdlər xoşagəlməz nəticələr
də verə bilər. Etiraf edək ki, onun
yaradıcılığının Türkiyə dövründə
milli təsviri sənətimizi zənginləşdirə
bıləcək çox
maraqlı rəngkarlıq
və qrafika əsərləri yaranmışdır.
Bunu həmin nümunələrin daşıdığı
tutumlu bədii-estetik dəyərlər də təsdiqləyir...
Ondan başlayaq ki, Əbülfəz Fərəcoğlu yaradıcılığının
əvvəlindən bu
günə kimi iki sahədə - rəngkarlıq və qrafikada eyni uğurla çalışan
rəssamlardandır. Akvarellə
işləməyi çox
vaxt rəssamlar yaradıcılığının ancaq ilkin mərhələsi
üçün vacib
sayırlarsa da, Əbülfəz Fərəcoğlu
bu sahəyə vurğunluğunu davamlı
olaraq yaratdığı
gözəl əsərlərlə
sərgiləməkdədir. Xüsusi vurğulamaq lazımdır ki, rəssamın lövhələrində
bu iki fərqli
sahənin sintezi, uğurlu vəhdəti duyulmaqdadır. Akvarelin yaxı improvizələrinə
geniş imkan verən texnika olduğunu nəzərə
alsaq, deməliyik ki, bu bədii-texniki
vasitənin imkanlarını
yağlı boya texnikasına tətbiq edən Əbülfəz Fərəcoğlu çox
effektli və duyğulandırıcı nəticə,
görüntü almağa
nail olmuşdur.
Bəri başdan deyək ki, təsviri sənətə
hələ ki yeni mövzu gətirilməyib. Bir-iki məqamı çıxsaq,
bu sahənin, ümumiyyətlə, incəsənətin
mövzuları demək
olar ki, dəyişilməzdir. Tamaşaçıları
hər dəfə heyrətləndirən məhz
rəssamların bu əbədi mövzulara yeni yanaşması, fərqli rakurs, baxış nöqtəsi
tapa bilməsidir. Bilavasitə yaradıcı
rəssamlara yönəli
“Hamı baxır, amma hamı görə bilmir” deyimi bu mənada
Əbülfəzin hər
bir əsərində
cəmlənib, desək,
yanılmarıq. Onun süjetli tablolarında analitik şərh kifayət qədər duyulandır. “Balıq başlı insanlar”,”Yürüyən
zaman”, “Dostlar”, “Düşüncə”, “Dialoq”, “Səyyah”, “Eşq”, “Sultan”,
“Şahbalıq”, “Ehtiras” və s. süjetli kompozisiyalarında
insanı bütün
ömrü boyu izləyən psixoloji yaşantılar o dərəcədə
obrazlaşıb ki, istər-istəməz tamaşaçını
duyğulandırmaqla yanaşı,
həm də düşündürür. Rəssamın
həm də reallıqdan qaynaqlanan bədii ümumiləşdirmələri,
stilizə və deformasiyaları rəng və yaxı improvizələrinə bələdçiliyindən
nəticə etibarılə
kifayət qədər
fəlsəfi məzmunlu,
romantik ovqatlıdırlar.
Yox, bu lövhələrdə
dünyamız yalnız
ilk baxışda, özü
də zahirən bir qədər irreal görünür, mahiyyətcə isə çox real, məna-mıəzmunca
isə daha sərt, bəzi hallarda isə ifşaedici, qınayıcıdır.
Məhz rəssam bu irreallıqla tamaşaçını inandırır
ki, dünyamız çoxqatlı, sirli-soraqlı,
yəni görünən
qədər də görünməyəndir. Onların
bəsirət gözünü
açmağı bir
sənətkar borcu hesab edən rəssamın bu mənada özündən
bir vətəndaş
kimi razı qalmağa haqqı da çatır. O, demək istədiyini təsvirə çevirməklə
nəticə çıxarmağı
bizlərin üzərinə
qoyur. Nəticə çıxarılıbmı və
yaxud çıxarılacaqmı?
Bu önəmli sualın
gündəlıyə gətirilməsini
də müəllifin
uğuru hesab etmək olar...
Rəssamın yağlı
boya texnikasında işlədiyi portret, mənzərə və natürmortları da məna-məzmun yükünə
görə yaddaqalandır.
Süjetli tablolarda olduğu kimi digər janrlarda çəkdiyi əsərlərdə
də semantikaya meylliliyi duyulandır. Bu da ilk növbədə onun dərin fikir ifadəçisi olmasından irəli gəlir. Həyat hadisələrindən davamlı
olaraq heyrətlənməyi
bacaran Ə.Fərəcoğlu
təqdim etdiyi bədii görüntülərə
də tamaşaçını
seyrçi kimi dəvət etmir, onları hər gün tuş gəldiyi reallıqdakı
həqiqətlərə bu
günə kimi göz yummasına özünü qınamağa
güc də tapdırır. Onun öz yaşantılarına
zamanın psixoloji çətirinin kölgəsini
salmağa nail olmağındandır
ki, hələ də bizimlə qoşa addımlamaqda olan problemlər bir qədər də üryan görünür, tamaşaçının
fikirlərini cəmləyir,
duyğularını qanadlandırır.
Ötən qısa zaman kəsiyində vahid estetik konsepsiya
çərçivəsində Əbülfəz Fərəcoğlunun
yaradıcılıq üslubunun
xüsusiyyətləri də
yaranmışdır. Onun
əsərlərində rəngin
və plastik formanın obraza çevrilməklə qoşalaşması
ən səciyyəvi
bədii şərh vasitəsidir.Bütün bunlarsa
onun əsərlərini
sənətsevərlər üçün
arzulanan etmiş, tabloları bədii-estetik
dəyərinə görə
soraqlanan yaradıcılıq
nümunələrinə çevrilmişlər.
Elə əsərlərinin
müxtəlif muzey və şəxsi kolleksiyaları bəzəməsi
də bunun göstəricisidir. Bu da rəssamın seçdiyi
yolun düzgünlüyünü
təsdiqləyir.
1997-ci ildən İstanbulda yaşayan Ə.Fərəcoğlu
burada yaradıcılıqla
yanaşı, həm də pedaqoji fəaliyyətlə məşğuldur.
O, vaxtaşırı tələbələri
ilə birgə sənətsevərlər qarşısında
hesabat verir. Onun hər il
yeni əsərlərini
fərdi sərgidə
göstərməsi artıq
ənənə şəklini
alıb. Bu vaxta qədər Türkiyə
ilə bərabər,
onun İran, Rusiya, Ukrayna, Almaniya və digər ölkələrdə
əsərləri uğurla
nümayiş olunmuşdur.
Bu ,günlərdə İstanbulda
növbəti sərgisi
keçiriləcəkdir. Əbülfəz
Fərəcoğlunun sənətsevərlərlə
yeni görüşünün
yaddaqalan olacağına
əminliyik...
Ziyadxan ƏLİYEV
Mədəniyyət.- 2009.- 3 iyul.-
S. 9.