İtirilmiş cənnətəqayıdış

 

«Düha köhnəni yeni etməyi bacarır»

 

V.Belinski

 

İnsan Allahın yaratdıqlarının ən alisi, ən gözəlidir. Allah dünyanı yaradanda qərara gəldi ki, bu gözəl dünyada yaşamaq və ondan zövq almaq, maddi nemətlərdən istifadə etmək, eləcə də öz yaratdıqları ilə ünsiyyətdə olmaq üçün insanları yaratsın. Beləliklə, Allah öz surətində insanları yaratdı. Kişi Adəm, qadın Həvva oldu. Onlar xeyir-dua alıb Rəbbin istəyi ilə Şərqdə-Ədəm bağında yaradılan cənnətdə yerləşdirildilər. Rəbb onlara bağda bütün ağacların meyvəsindən yeməyə icazə vermiş, lakin xeyir və şəri bildirən ağacın meyvəsi onlara qadağan etmişdi. Fəqət Allahın və insanların düşməni olan İblis bir dəfə ilan cildinə girib, Həvvanın yanına gəlir və Həvvanı yoldan çıxarır. Həvva da, Adəm də bu meyvədən yeyirlər. Nəticədə Allah Adəm və Həvvanı o gözəl bağdan qovur.

 

İnsan yaranışının bu tarixi hər zaman aktual olub. Ədəbiyyatda yazıçılar, teatrda rejissorlar bu mövzuya müraciət ediblər. Bu dəfə İrəvan Azərbaycan Dövlət Dram Teatrı müəllifi Elçin Hüseynbəyli, quruluşçu rejissoru Nazir Rüstəmov olanAdəm Həvvatamaşasını nümayiş etdirdi. Rəşid Behbudov adına Mahnı Teatrında qurulan səhnə adi dekorasiya: bir neçə çətir gitara ilə tamamlanmışdı. Qurulmuş məhkəmədə iki gənc Adəm (Pərviz Gülməmmədov) Həvva (Elnarə Heydərova) özləri məhkəməyə müraciət edib, onların günahsız olduqlarını nikahlarının rəsmiləşdirilməsini xahiş edirlər. Adəm çox yaraşıqlı, ucaboy, ilk baxışdan ispan sinyorlarını xatırladır. Aktyor səhnədə danışıqdan daha çox gitaradakı ifasıyla yadda qalır bu bizə deməyə imkan verir ki, məhz bu tamaşa musiqi üzərində qurulmuşdur. Seçilmiş musiqi kompozisiyası müasir Qərb musiqisinə bənzəyir. Əməkdar artist Sevda Ələkbərzadə tamaşa üçün sözün əsl mənasında səviyyəli musiqi kompozisiyaları qurmuşdur. Adəmin yarı Həvva isə bədəninin kobud quruluşuna görə düzgün seçilməmişdi. Hər ikisinin geydiyi libaslar rejissor tərəfindən paklığı, mələkləri, qüvvələri, təmizliyi göstərmək üçün düzənlənmişdi. Digər aktyorlar məhkəmənin vəkilləri (Samir Bayramov Əhliman Ərşadov) prosesdə vəziyyəti aydınlaşdırır, həmçinin konfliktlərin yaradılmasında iştirak edirlər. Məhkəmədə prokuror (Nurbəniz Niftəliyeva) mövqeyindən çıxış edən aktrisa kobud, qaba formalı bədəniylə ikrah hissindən başqa heç bir xüsusi hərəkətlə yadda qalmır. Məhkəmənin katibi (əməkdar artist Vaqif Kərimov) əyyaş olan şəxs əslində zamanın yalan gerçəklərinə qarşı gücsüzlüyünü, acizliyini öz imici jestləri ilə ifa edir. Hakim (xalq artisti Süleyman Nəcəfov) tamaşada prosesləri idarə edir, həmçinin şəxsi müşahidəmə əsaslanaraq deyə bilərəm ki, səhnədəki cavan aktyor heyətinin bəzi səhvlərini düzəltməyə çalışır, çoxillik təcrübəsindən yararlanaraq vəziyyəti tənzimləyirdi. Sonradan aydın olur ki, Həvvanın bağdan alma dərməsinə səbəb İblisin (Niyaməddin Səfərəliyev) əməli, ovsunudur. Əslində məhkəmə inanmasa da, aralarındakı sevgiyə baxmayaraq, həqiqətən Həvva bakirədir. Elə buna görə onlar nikahlarını rəsmiləşdirmək istəyirlər. Lakin insanların inamsızlığı, İblisin əməli sonucda hadisələri pessimist nöqtəyə gətirib çıxardır. Adəm Həvva bu şəkildə ayrılırlar.

Tamaşanın müsbət cəhətlərindən biri də əhvalatın cəmi cümlətanı bir saat iyirmi dəqiqə çəkməsidir. Müasir teatr prinsiplərini mənimsəməyi İrəvan teatrının uğuru hesab etmək olar.

 

 

Aygün Süleymanova

 

Mədəniyyət. 2009. - 3 iyul.- S. 6.