Xalq artisti
Firəngiz Əlizadə
ilə görüş
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət
Muzeyinin Klassik Musiqisevərlər Klubunun
növbəti tədbiri
bəstəkar, pianoçu,
Azərbaycan Bəstəkarlar
İttifaqının sədri,
xalq artisti, professor Firəngiz Əlizadəyə
həsr olunmuşdur.
Niyazinin mənzil muzeyində reallaşan görüşü muzeyin
direktoru Alla Bayramova açaraq Firəngiz Əlizadənin
yaradıcılığı barədə məlumat verdi.
Daha sonra çıxış
edən F.Əlizadə
öz düşüncələrini
tədbir iştirakçıları
ilə bölüşdü.
Məlumat üçün bildirək
ki, müstəqil yaradıcılıq yoluna
qədəm qoyduqdan sonra bəstəkar müxtəlif musiqi janrlarına müraciət
etmiş və maraqlı əsərləri
ilə daima musiqi ictimaiyyətinin diqqətini cəlb etmişdir. O, “Qarabağnamə”
operasının, “Ağatlı
haqqında əfsanə”
biraktlı operasının,
“Boş beşik” baletinin, “Ölümsüzlüyə
səyahət” oratoriyasının,
instrumental konsertlərin, kamera
ansamblı üçün
“Miraj”, “İtirilmiş
zaman axtarışında”,
“Üç akvarel” vokal silsiləsinin, violençel və
fortepiano üçün “Habilsayağı”,
solo violençel üçün
“Eşq havası”, “Dərviş” septeti, “Abşeron” kvinteti və başqa əsərlərin müəllifidir.
Firəngiz Əlizadə
Azərbaycan musiqisini xarici ölkələrdə
müvəffəqiyyətlə təmsil edir. Onun sorağı daima beynəlxalq musiqi forumlarından gəlir. O, Almaniya, İngiltərə, ABŞ, Hollandiya,
İsveç, Fransa, İtaliya, Polşa və s. ölkələrdə
keçirilən nüfuzlu
festivallarda həm bəstəkar, həm pianoçu kimi uğurla çıxış
edir.
1983-cü ildə müasir musiqinin ənənəvi “Varşava payızı” festivalında Firəngiz Əlizadənin “Habilsayağı” əsəri böyük müvəffəqiyyət qazanmışdır.
Bəstəkarın “Boş beşik”
baleti Türkiyənin
Mersin şəhərində 1993-cü ildə tamaşaya qoyulmuşdur. Avropanın müxtəlif
ölkələrində məşhur
kollektivlər, ifaçılar
Firəngiz Əlizadənin
əsərlərini öz
repertuarlarına daxil edirlər.
Son illər Avropanın
bir sıra ölkələrində, xüsusilə
Almaniyada geniş fəaliyyət göstərən
Firəngiz Əlizadənin
yaradıcılığı yüksək qiymətləndirilir.
O, 1999-cu ildə Almaniyanın Akademik Qarşılıqlı
Mübadilə Xidmətinin
təqaüdçüsü, İsveçrənin Beynəlxalq
musiqi seminarında birinci qadın bəstəkar-rezidenti seçilmişdir. 2003-cü ildə
Kembric Bioqrafiya Mərkəzi tərəfindən
medal və diplomlarla təltif olunan Fİrəngiz Əlizadə “XXI əsrin
görkəmli intellektualları” siyahısına daxil edilmişdir.
Gürüşdə bəstəkar
yaradıcılığı ilə bağlı sualları cavablandırdı.
Sonda Firəngiz Əlizadə haqqgnda Almaniyada istehsal olunmuş sənədli film nümayiş etdirildi.
Turan
Mədəniyyət.- 2009.- 3 iyul.-
S. 3.