Dərin qatların
çaları
Bu dəfə
rəssam İlham İsmayılov haqqında
yazmalı oldum. Əsərləri ilə tanış olanda gördüm ki, səhv etməmişəm.
Onun rəsmlərində
ənənəyə sadiqliklə
yanaşı, orijinallıq,
özünəməxsusluq da gördüm.
İlham İsmayılovu oxuculara təqdim etmək istərdim. O,
1971-ci ildə Qubadlı
rayonunun Göyyal kəndində anadan olub. Rəssamlığa həvəs onda hələ orta məktəb illərindən
yaranıb. Orta məktəbi bitidirkdən
sonra 1988-90-cı illərdə
indiki Bakıxanov qəsəbəsində yerləşən
rəssamlıq üzrə
peşə məktəbində
oxuyub. 1990-96-cı illərdə
Azərbaycan Dövlət
İncəsənət İnstitutunun
rəssam-dizayner fakültəsində
təhsil alıb. 2001-ci
ildən Azərbaycan Rəssamlar İttifaqının
Gənc Rəssamlar Birliyinin üzvüdür.
Onun əsərləri
bir çox kollektiv sərgilərdə
nümayiş olunub. İncəsənət aləmində
özünə ilk müəllim
rəssam İsmayıl
İsmayılovu hesab edir. Hazırda rəngkarlıq, oyma sənəti və dizaynerlik sahəsində çalışır.
Hər şeydən əvvəl vurğulamaq lazımdır ki, İlham İsmayılov olduqca dərin, fəlsəfi düşüncəli
bir rəssamdır. Bunu onunla sənət
barəsində etdiyim
söhbət zamanı
dəqiqləşdirdim. Rəssamın
əsərlərinin böyük
hissəsini portret və mənzərələr
təşkil edir. Əsasən avtoportretlərə
üstünlük verən
rəssam bu haqda öz fikrini
belə açıqlayır:
“Avtoportret - rəssamın
özünü axtarması
deməkdir. Mən özümü avtoportretlərdə
tamam fərqli-fərqli
planlarda, görünüşlərdə
təsvir etmişəm.
Bu da ondan irəli gəlir ki, insan yalnız
bir cür olmur, onun simasına
müxtəlif mimikalar,
hallar xasdır və bununla da portretlərdə o, hər cür vəziyyətlərdə çıxış
edə bilər”. Doğrudan da, İlhamın avtoportretlərinin
hərəsi ayrı-ayrı
üz cizgilərinə
malikdir, sanki onlar bir adama
deyil, müxtəlif tipli insanlara məxsus olan portretlərdir. Bu məqamda
yadıma bir maraqlı müqayisə düşür: ispan mənşəli fransız
rəssamı Pablo Pikassonun
(1881-1974) və holland
mənşəli Vinsent
Van Qoqun (1853-1890) avtoportretlərində
də eynilə bu prinsipə rast gəlinir.
İlham İsmayılovun çəkdiyi portretlərin
üz ifadələrində
hansısa bir narazılıq, qəmginlik,
hətta dərd-sər
duyulur. Bu hal isə, zənnimcə, müəllifin birbaşa daxili aləmi, xarakteri ilə əlaqədardır. Rəssamın
özünün dediyinə
görə, “Şəkil
insanın xarakterini üzə çıxarır...”
Söhbət zamanı
o, sənət barədə
çox orijinal fikirlər söylədi. “Sənət, tablo yeganə vasitədir ki, insanı daima yaşadır, onu ölməzlik dərəcəsinə qədər
belə gətirib-çıxarır.
Nə olursa olsun, sənət sənətkarı ruh şəklində yaşamasını
şərtləndirir”. İlham
müəllifin bütün
ruhunu öz əsərinə qoymasının
tərəfdarıdır. Belə
halda mənə rəssamı yalnız alqışlamaq qalır...
Müxtəlif mövzulara
müraciət etmiş
rəssamın bir neçə silsilə əsərləri də vardır ki, onlardan Xocalı faciəsinə, Abşeronun
səfalı təbiətinə
həsr etdiyi etüd və tabloları qeyd edə bilərik. Onun “Söhbət” (kətan, yağlı boya; 1998), “Sona bülbüllər” (1998), “Payız
natürmortu” (kətan,
yağlı boya;
2006), “Avtoportret” (ağac
üzərində oyma;
2000), “Abşeron mənzərəsi”
(kətan, yağlı
boya) və s. kimi tablolarını özünəməxsus səpkidə
yaradılmış maraqlı
əsərlərdən hesab
etmək olar.
Rəssamın kompozisiyalarının
ümumi koloritinə gəlincə, isti, bulanıq və tutqun rənglərə müraciət etdiyini görürük. Belə
qənaətə gəlirəm
ki, tutqun və bulanıq rəng tonları müəllifin daxili aləmi ilə bağlıdır. O zahirən
sakit, yumşaq xarakterli görünsə
də, daxilən təlatümlü dənizə
bənzəyir. İlhamın
çəkdiyi tablolara
baxanda hesab edirəm ki, “daxilən təklik” bu rəssamı bəlkə də, həyatda ən çox düşündürən
problemdir... İsti rənglərin izahını
isə müəllif özü qısa və lakonik şəkildə belə açıqlayır: - “Bu, birbaşa
təbiətdən, onun
diktəsindən irəli
gəlir”.
Üslub baxımından İlham İsmayılovun yağlı boya işləri impressionizmə,
daha çox isə postimpressionizmə yaxındır. Mən birinci dəfə onun əl işləri
ilə
Təhlil üçün
rəssamın “Sona bülbüllər” adlanan
rəngkarlıq əsəri
maraqlı olardı. Bu
tablo 1998-ci ildə kətan üzərində,
yağlı boya texnikasında işlənmişdir.
Kompozisiyada üç
kişi fiquru təsvir olunub: rəssamın özü,
dostu və müəllimi. Çox maraqlıdır ki, fiqurun hər üçü fikrə gedən, düşünən
zaman göstərilib.
Onlar əslində musiqi dinləyirlər. Mahnının ab-havası,
musiqi sədaları onları o dərəcədə
sarmışdır ki,
hər biri ayrı-ayrılıqda öz
aləmlərində, bilavasitə
musiqinin ağuşunda
fikrə dalıblar, sanki həmin musiqi aurası onları mövcud olduqları məkandan təcrid edib, uzaqlara aparıb. Hər üç fiqur masa arxasında
əyləşən vəziyyətdə
göstərilib: ortada
rəssamın avtoportreti,
başda əyləşmiş
müəllimi və arxası tamaşaçıya
doğru oturmuş dostu. Rəng baxımından tablo təmiz rənglərlə
deyil, əsasən bulanıq qammada işlənilib. Lap dəqiqi,
burda bütün rənglər bulanıqdır.
Lakin buna baxmayaraq tablo öz harmonikliyini qoruyub saxlayır. Kompozisiyada açıq-aydın
qəmgin, dərdli əhval-ruhiyyə sezilir. Şübhəsiz ki, bu kimi həssas
nüanslar, həm əsərin adı, həm də müəllifin ruhu ilə əlaqəlidir...
Deyirlər, əsl sənət təsirləndirmək
iqtidarında olur. Mən İlham İsmayılovun əsərlərinin
fotoalbomuna baxdım. Doğrusu, təsirləndim.
Onlar fotosurəti olsa da, adamı
düşündürür. Mən hələ də həmin əsərlərin təsiri
altındayam...
Nigar Yunus
Mədəniyyət.- 2009.- 8 iyul.-
S. 9.