Oğlanqalada arxeoloji qazıntılar
bəhrəsini verir
Bu yaxınlarda
Naxçıvan Muxtar
Respublikasının Şərur
rayonunun Oğlanqala kəndi ərazisində yerləşən qədim
yaşayış yerində
arxeoloji qazıntılara
başlanılıb. Naxçıvan
Muxtar Respublikası
Ali Məclisi sədrinin
Naxçıvandakı tarixi
ərazilərin tədqiqatının
aparılması ilə
bağlı göstərişinə
əsasən, bu bölgədə də arxeoloji qazıntılar genişləndirilib.
Qeyd edək ki,
hazırda muxtar respublikanın bir çox bölgəsində
bu cür arxeoloji tədqiqatlar davam etdirilir. Sevindirici haldır ki, arxeoloji ekspedisiyaların
cəlb olunduğu ərazilərdən olan Oğlanqala yaşayış
yerində çox mühüm tapıntılar
aşkara çıxarılıb.
Azərbaycan və
ABŞ arxeoloqlarının cəlb olunduğu qədim yaşayış
yerində qazıntı
işləri apararkən
saray aşkarlanıb.
Ekspedisiyaya rəhbərlik
edən Azərbaycan Milli Elmlər Akademiyasının
Naxçıvan bölməsinin Tarix, Etnoqrafiya və
Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın
müxbir üzvü Vəli Baxşəliyevin verdiyi məlumata
görə, ekspedisiya qrupu qazantılar zamanı Dəmir
dövrünə aid sarayın planını müəyyənləşdirmiş,
həmin ərazidə yerləşən Narınqalanın
strukturu ilə bağlı yeni binalar ortaya
çıxarmış, qalanın planının müəyyənləşdirilməsi
ilə bağlı ciddi nəticələr əldə
etmişlər. Məlumatda o da vurğulanıb ki, aşkar olunan
yeni binaların tarixi e.ə. VIII-VII əsrlərə aid
olunur.
Məlumat
üçün onu da bildirək ki, Azərbaycan-ABŞ
arxeoloqlarından ibarət ekspedisiya qrupu hazırda Oğlanqala
yaşayış yerində aparılan qazıntılarla
yanaşı Arpaçay vadisindəki abidələrin də
topoqrafiq planını və xəritəsini hazırlayır.
Vəli Baxşəliyevin dediyinə görə bu, gələcəkdə
abidələrimizin elmi şəkildə daha ətraflı
öyrənilməsi üçün vacib amildir.
Onu da qeyd edək ki, tədqiqatlar
zamanı bölgədən xeyli sayda keramika nümunələri,
ocaq yerləri, kömür və duls kürəsinin
qalıqlarını, insanların Dəmir dövrünə
aid yaşayışını əks etdirən digər
maddi-mədəniyyət nümunələri aşkara
çıxarmışlar.
Qazıntılar
qarşıdakı bir ay müddətində davam etdiriləcək,
eləcə də digər kəşfiyyat xarakterli tədqiqatlar
da aparacaqlar.
Elxan Yurdoğlu,
Naxçıvan
Mədəniyyət.- 2009.- 15 iyul.- S. 3.