Heydər Əliyev
və Mədəniyyət
Salyan rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin oxu zalında ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə gəlişinin
40 illiyinə həsr olunmuş elmi konfrans keçirilib.
Konfransı giriş sözü
ilə rayon Mədəniyyət
və turizm şöbəsinin müdiri
Elçin Hüseynov açaraq Heydər Əliyevin ölkə mədəniyyətinə qayğısından
Azərbaycan mədəniyyətini
dünyaya tanıtdırmasından
ətraflı söz açdı. Sonra E.Hüseynov
mədəniyyət və
turizm naziri Əbülfəs Qarayevin
«Heydər Əliyev və mədəniyyət»
kitabına yazdığı
ön sözdə bu fikirlərin təsdiqini, ulu öndərimizin sənətə
və sənət adamlarına yüksək dəyər verdiyini diqqətə çatdırdı.
“Heydər Əliyev
və mədəniyyət”
kitabının əhəmiyyətindən
danışan şöbə
müdiri vurğuladı
ki, bu kitab
hər bir mədəniyyət işçisinin
stolüstü kitabı
olmalıdır.
O, Heydər Əliyevin Salyan rayonuna göstərdiyi diqqət və qayğıdan danışaraq, konfrans iştirakçılarının nəzərinə çatdırdı
ki,bu gün rayonda fəaliyyət göstərən 16 mədəniyyət
evinin məhz 14-ü Heydər Əliyevin
1969-1970-ci illərdə Salyana
gəlişindən sonra
tikilib.Rayonda fəaliyyət
göstərən dünyaşöhrətli
“Cəngi” milli nəfəsli xalq orkestri, “Mahirlər” ailə xalq ansamblı da Heydər Əliyevin Salyan mədəniyyətinə
olan qayğısının
nəticəsidir.
Kitabxananın direktor müavini
Səidə Əliyeva
ümummilli liderimizin kitaba, maarifçiliyə münasibətindən, onun
irsini bu gün ləyaqətlə
davam etdirən İlham Əliyevin də bu sahəyə
xüsusi qayğı
göstərdiyi söylədi.
Dövlət
Kukla Teatrının direktoru Yavər Cəbrayılov, Müəllimlər
İnstitutunun müəllimi
Sahib Həsənov və
başqaları Heydər
Əliyev fenomenindən
tutarlı faktlarla, ürəkdolusu danışdılar.
Lətif Zərbəliyev,
Salyan
Mədəniyyət.- 2009.- 15 iyul.- S. 2.