Həyat Şəmi

  

   Şuşada vurulan vertolyot

  

   Ürəyin yandımı, yandımı için,

   odun çıxdımı, çıxdımı ruhun,

   külün qaldımı, qaldımı yadında vurulmağın,

   Şuşada vurulan vertolyot.

  

   «Uşaq» idim onda,

   qəşəng idim onda,

   yana-yana düşən sən qəşəngdin.

   elə baxırdım,

   elə bilirdim fişəngdir,

   Şuşada vurulan vertolyot.

  

   Bilərdinmi obyektivXəbərçi

   verəcək vurulmaq xəbərini,

   xəbərin oldumu özündən?

   Şuşada vurulan vertolyot.

  

   Çıxdı ruhun plazma halında,

   uçdu uçduğun göylərə.

   Ulu göylər,

   Yağmurlu, sulu göylər,

   Vurğun vertolyotların

   Eşqiylə dolu göylər.

  

   Şuşanın dağlarına,

   Şuşanın dumanına,

   qırmızı koftasına,

   yaşıl tumanına,

   Azad olmaq gümanına,

   Şuşaya vurulmuşdu,

   Şuşada vurulan vertolyot.

   Kərəm olub düymə-düymə

   açdın Şuşa sevgini,

   yana-yana qaçdın göydən,

   Qaça-qaça düşdün göydən

   alma misali

   Şuşada vurulan vertolyot,

   mən o gün vuruldum

   ürəyimdən

  

  

 

   GƏLİN KÖÇƏN QIZ

  

   Xınalı əllərin əlcəkdə,

   Gözlərin yolda,

   Gəlinlik gözləyir səni gələcəkdə

   Vağzalı sədasına köklədin taleyini,

   Arzuların kökdəydi bəs,

   Gəlin köçən qız?!

  

   Çırağın başına fırlan,

   Quranın altından keç,

   Bu evdən duvaqda çıx,

   «Günün olsun» - dedilər, yolun açıq

   Vağzalı sədası altında

   kim ağladı, kim?

   Belini kim bağladı bəs,

   Gəlin köçən qız?!

  

   Uzun-uzadı vağzalı,

   Aram-aram yollar,

   Həzin-həzin yerişin

   Zaman ahəngdəydi bəs,

   Gəlin köçən qız?!

  

   Ağappaq gəlinliyin,

   Qapqara saçların,

   Qıpqırmızı bel bağın

   Bəxtin rəngdəydi bəs,

   Gəlin köçən qız?!

  

  

   ÜÇ NÖQTƏ

  

   Kişi qadın

   Kişini qadından bağlayıcı ayırır.

  

   Kişi-qadın...

   Kişi ilə qadını düz xətt birləşdirir.

   İki nöqtədən yalnız bir düz xətt keçir,

   Üçüncü məşuqədir.

  

   Kişi atadır,

   Qadın ana,

   Uşaq da uşaq...

  

   Bəs uşaq yoxdursa?!

   Uşaq yoxdursa,

   kişi kişidir,

   qadın qadın,

   uşaq isə... Allahın işidir!

 

 

  BİZİM ERADAN SONRA

  

   Bizim eradan əvvəl,

   ibtidai icma dönəmində,

   bir rəngdəydi dünya - qara.

   Qara torpaq yığıcılar,

   qara heyvan ovçular.

   Qara sular qara dənizlər,

   Bizə gəlib çatan - qara izlər.

  

   İki minillikdən əvvəl,

   nağıllar dönəmində,

   iki rəngdəydi dünya - qara.

   dünya, qara dünya,

   qoç, qara qoç.

   dəniz, Qara dəniz,

   sevda, qara sevda.

  

   Bizim müstəqillikdən əvvəl,

   Sovet dönəmində,

   Üç rəngdəydi dünya -

   , qara qırmızı.

   Ağ-qara şəkil,

   Ağ-qara göz yaşları,

   Qırmızı fikir.

  

   Bizim eradan sonra,

   sizin eranızda,

   Rəngsizdi dünya -

   Rəngsiz insan,

   Rəngsiz göz yaşları,

   Rəngsiz fikir

 

 

   Mədəniyyət.- 2009.- 17 iyul.- S. 13.