Ölkəmizin təbliği gənclərin gözü ilə

 

Son dövrlər Azərbaycan gəncləri respublikada fəal cəmiyyətin qurulmasında yaxından iştirak edirlər. Təqdirəlayiq haldır ki, Avropaya inteqrasiya edən Azərbaycan gəncliyi müasir motivasiyalardan istifadə edərək ölkəni dünyada tanıtmağa, təbliğ etməyə cəhd edir bu sahədə müəyyən nailiyyətlər əldə edirlər. Onların sırasında dövlətin dəstəyi olmadan da, öz imkanlarından istifadə edib, müstəqil fəaliyyət göstərən, tariximizi, mədəniyyətimizi dünyaya yayan fəal gənclərimiz var.

 

Bu gənclərdən biri də Elnur Eltürkdür. Yaşının az olmasına baxmayaraq uzun müddətdir ki, fəal ictimai-siyasi fəaliyyətlə məşğul olan Elnur, əvvəllər diaspor işi sahəsində çalışıb 2008-ci ildə öz şəxsi təşəbbüsü ilə Bakı Strateji Araşdırmalar Mərkəzinin (BAKSAM) əsasını qoyub. Elnurun sözlərinə görə, təşkilat Azərbaycan gəncləri arasında geopolitik biliklərin təşviqi, dünyadakı siyasi durumun qiymətləndirmə mexanizmlərinin öyrədilməsi, siyasi analiz, proqnoz, modelləşdirmə qabiliyyətlərinin bacarığının təlqini yönündə fəaliyyət göstərir: «BAKSAM respublika vətəndaşları arasında dünyanın qabaqcıl ölkələrindəki siyasi-ictimai dəyərlərlə tanışlıq yönündə mühazirələr təşkil edir, sosial-siyasi sorğular bu yöndə tədbirlər həyata keçirir. Bu qəbildən olan tədbirlərin layihələrini hazırlayır, beynəlxalq demokratik politoloji elmi mərkəzlərlə əməkdaşlıqda, onların elmi-texniki, maddi maliyyə donorluğu sayəsində respublika regionda, Azərbaycan respublikası qanunvericiliyinin müddəaları çərçivələrində elmi-praktik konfranslar, sorğular, elmi, sosial-siyasi layihələr həyata keçiririk». Təşkilatın saytında diqqəti cəlb edən analitik təhlillərdir. Belə ki, Türkiyə Ulusal Beynəlxalq Strateji Araşdırmalar Mərkəzi ilə əməkdaşlıq edən qurum tez-tez bu ölkənin tanınmış şəxsiyyətləri, politoloqları ilə dünyada beynəlxalq aləmdə baş verən proseslər, Azərbaycan-Rusiya, Gürcüstan- Azərbaycan münasibətləri barədə müsahibələr təşkil edir, təhlili yazılar hazırlayır saytda yerləşdirir.

Mədəniyyətimizin təbliği yönündə də bir sıra layihələri uğurla reallaşdıran təşkilat, bunu özünün prioritet istiqamətlərindən biri hesab edir. «Hər bir millətin formalaşmasında potensial qüvvə kimi ortaya çıxmasında onun milli ideologiyası, milli mədəniyyəti stimul rolunu oynayır» deyən qurum rəhbəri artıq bu sahədə müəyyən tədbirləri reallaşdırdığını da diqqətə çəkdi: «Bu gün Azərbaycan türklərinin min illər boyu formalaşmış sistemli bir mədəniyyəti var. Xüsusilə mədəniyyətimizin tərkib hissəsi olan muğam demək olar ki, dünya səviyyəsində qəbul olunur. Təşkilat üzvlərinin təşəbbüsü ilə «Muğam» qrupu yaratmışıq ona mən rəhbərlik edirəm. Həmin qrupda Alim Qasımovun tələbəsi Opera Balet Teatrının solisti Mütəllim Dəmirov fəaliyyət göstərir. Bu ilin martında Türkiyənin İzmir şəhərində böyük tədbirlərimiz oldu. İyulun 25-26-da isə «Borçalı» İctimai Birliyinin dəstəyi ilə Gürcüstanın Borçalı bölgəsində muğam tədbiri keçirəcəyik. Sentyabr-oktyabr aylarında isə Avropa səfərinə çıxmağı planlaşdırırıq. Avropanın bir çox ölkələrində, Türkiyə, İsveç, İsveçrə, Belçika, Almaniya Danimarkada Azərbaycan günləri keçiriləcək. Tədbir 3 təşkilat: Belçika-Azərbaycan Kultur Mərkəzi, İzmirdə yerləşən Azərbaycan Kultur Mərkəzi Bakı Strateji Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə keçiriləcək».

Bəli, bu gün mədəniyyəti özünün mühüm strategiyası seçən bu gənc, bu yolla Azərbaycanı bütün dünyaya tanıtmaq niyyətindədir: «Bir millətin toplum kimi formalaşmasında mədəniyyət istisna olmayıb. Düşündüm ki, Azərbaycan diasporuna təkan vermək üçün dəyərli mədəniyyət xadimlərimizi beynəlxalq arenaya çıxarmalıyq».

 

 

Mehparə

 

Mədəniyyət.- 2009.- 17 iyul.- S. 5.