Şəruryallısı festivalda

 

Şərur Rayon Mədəniyyət evinin “Şərur” Xalq Yallı Ansamblı iyulun 4-dən 7-dək Türkiyə Cümhiriyyətinin Ərdahan vilayətinin Damal ilçəsində keçirilən festivalda iştirak edib.

 

Türkiyə Cümhuriyyətinin müxtəlif bölgələrinin xalq folklor qruplarının iştirak etdiyi tədbirdə "Şərur" ansamblı qonaq qismində dəvət olunub.

Ərdahan vilayətinin Damal qəsəbəsinin bələdiyyəsi tərəfindən təşkil olunan folklor qruplarının dəvət edildiyi “Atatürkün izində, kölgəsində Damal şənlikləri” festivalında ansamblımız yallılarımzla şənliklərə rəng qatıb.

Şərur Rayon Mədəniyyət şöbəsinin müdiri Rafiq Cəfərovun verdiyi məlumata görə, festival çərçivəsində xalq kollektivlərinin ifaları dinlənilmiş, aşıq havaları, bədii qiraətlər səsləndirilmişdir.

Maraq üçün qeyd edək ki, hər ilin iyul ayının 1-dən 15-dək qəsəbənin yaxınlığındakı Damal dağlarında təbiət möcüzəsi baş verir. Belə ki, qeyd edilən tarixlər ərzində Damal dağlarına Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün silueti açıq gözlə aydınca görünür. Məhz bu məqsədlə hər ilin iyul ayının ilk 15 günü çərçivəsində Ərdahan vilayətinin Damal qəsəbəsinə xeyli sayda turist səfər edir, həmçininAtatürkün izində, kölgəsində Damal şənlikləriadlı festival keçirilir.

 

 

Elxan YURDOĞLU,

Naxçıvan

 

Mədəniyyət.- 2009.- 22 iyul.- S. 2.