Qrimli insanlar...
Rəna Əliyeva: «Kinoda
qrimin də, geyimin də özünəməxsus yeri var»
1979-cu ildən «Azərbaycanfilm» kinostudiyasında
işləməyə başlayıb. Rəna Əliyeva 20 bədii,
o cümlədən “Qorxma, mən səninləyəm”, “Bəxt
üzüyü”, “Arxada qalmış gələcək”, “Məkanın
melodiyası” və s. filmlərdə çalışıb.
- Rəna xanım,
neçə ildir kinostudiyada işləyirsiniz?
- Artıq
30 ildir ki, kinostudiyada işləyirəm.
Bura ilk gəlişim
1979 ildə oldu.
1981-ci ildə rejissor Yuli Qusman “Qorxma,
mən səninləyəm”
filmini çəkirdi
və məni də bu filmə
dəvət etdilər.
İlk işim idi və çox
həyəcan keçirirdim.
Amma sonra işim mənə maraqlı gəldi. Yadımdadır ki, ilk dəfə Polad Bülbüloğlunu qrimlədik.
Hamı bəyənmişdi.
Özünün də
xoşuna gəlmişdi.
“Qorxma, mən səninləyəm”dən sonra
bir-birinin ardınca filmlərə dəvət
aldım. Bundan başqa, Polşa, İran rejissorlarının
çəkdikləri filmlərdə
də işləmişəm.
- Kinostudiyaya qrim rəssamı
kimi gəlmişdiniz?
- Yox. Mənim uşaqlıqdan kinoya, aktrisa sənətinə çox marağım olub. Amma o vaxtlar
bu sənətə o qədər də yaxşı baxmırdılar.
Musiqi məktəbini bitirdiyimdən incəsənətə
çox meylim olub. Kinostudiyaya gözəl aktrisamız Suğra Bağırzadənin
köməkliyi ilə
gəlmişəm. O bu
sənətə olan həvəsimi bilirdi. Mədəni Maarif Texnikumuna daxil oldum və həmin
ildə də kinostudiyaya gəldim. Gələn gündən qrim rəssamı kimi işləməyə
başladım. Amma təbii ki, vaxtaşırı imtahanlar
verirdik. Amma deyim ki, bəzi
filmlərdə aktrisa
kimi çəkilmişəm.
Hərçənd ki,
buna xüsusi həvəs göstərməmişəm.
“Bəxt üzüyü” filmində qrim rəssamı işləyirdim.
Filmdə aktrisalardan biri xəstələndi. Rejissor Ramiz Əzizbəyli də dedi ki, səhər
hazırlaş səni
çəkəcəyik. Etiraz
elədim. Düzü
ailədə mənə
aktrisalığa icazə
vermirdilər. Filmdə
çox səs-küy
salan bir qadını canlandırmalı
idim. Dedim Ramiz müəllim, bacarmayacam. Mənə dedi ki, aktrisa
gərək hər şeyi bacarsın- ağlasın, gülsün.
Səhər çəkiliş
meydançasına gəldik,
kameranı düzəldəndə
operator Amin Novruzov dedi ki, “Rəna,
bir burdan keç”. Keçdim, sonra da dedilər
hazırlaş çəkirik.
Çəkildim, çox
bəyəndilər. “Mozalan”ın
bəzi süjetlərində
çəkilmişəm... Sonra da Rüfət
Əsədov “Arxada qalmış gələcək”
filminə çəkdi.
- Məlumdur ki, qrim rəssamı filmdə önəmli personalardan biridir...
- Kinoda qrimin, geyimin özünəməxsus
yeri var. Onu da gərək düzgün seçəsən.
Hər bir aktyora nəyin lazım olduğunu düzgün bilmək lazımdır. Qrim rəssamı öncə filmin ssenarisi ilə
- Aktyorlarla necə yola gedirsiniz?
- Onların hamısının
nazı ilə oynayıram.
- Teatrda işləmək
təklifi almısınızmı? Ümumiyyətlə,
maraqlıdır, teatrda işləyən qrim rəssamı ilə
kinodakı qrim rəssamının nə kimi fərqləri
var?
- Məni dəfələrlə
teatra dəvət ediblər. “Cansıxıcı əhvalat”
filmindən sonra Hacıbaba Bağırov məni Musiqili Komediya
Teatrına dəvət etsə də, kinodan gedə bilmədim. Özümü kinoya daha yaxın hiss edirəm. 30 il az vaxt deyil.
Gecəli-gündüzlü çəkilişlərdə. Həm də teatrla müqayisədə
kino daha maraqlıdır. Teatrda işləyən qrim rəssamının işi
daha asandır. Orada hər şey şərti olduğu üçün
qrim üzərində
çox incəliklə
işlənməsə də
olar. Amma kino elə deyil.
Kameradan qaçmaq olmur. Ən balaca səhv belə gözə çarpır. Biz ən xırda detallara belə fikir veririk.
- Rəna xanım, bir çox filmlərdə çalışmısınız.
Müxtəlif xarakterli
rejissorlarla işləmisiniz.
Hansı rejissorla işləmək daha rahat olub?
- Əgər sən öz işini yaxşı bilirsənsə,
istənilən rejissorla
işləmək də
rahatdı. Düzdü,
filmə rejissor cavabdehdi, amma o, həm də müştərək işdir.
Obrazın üzərində
qrim rəssamı ilə rejissor birgə işləyirlər.
Deyirlər, Hüseyn Mehdiyevlə işləmək
çətindir. Amma mən onunla işləmişəm, işini
bildinsə, onunla işləmək çox
rahatdı.
- Hazırda hansı
filmdə çalışırsınız? Kinostudiyanın
yeni filmlərinə dəvət almısınızmı?
- Dəvət etməyiblər
yeni filmlərə. Son zamanlar çəkilən yeni seriallarda
(“Tamahkar”, ”Nəfs”, “Kor bədbəxt”, “Böhtan”, “26 nömrəli
ev”) işləmişəm.
Hazırda da yeni serialın çəkilişləri gedir
və məni də dəvət ediblər.
- Dediniz ki, xarici filmlərdə
də işləmisiniz. Orda işləmək təklifi
almamısınız?
- Bir dəfə
olmuşdu. Türk rejissorları film çəkilişlərində
işimi bəyənmişdilər və məni seriala dəvət
etdilər, amma oğlum balaca idi, gedə
bilmədim. İndi oğlum mənim davamçımdı. Çəkilişlərdə
mənə çox kömək olur.
- Qarşıdan Kino Günü
gəlir. Belə bir gündə yəqin sizin də deyiləcək sözünüz var.
- Milli kinomuzun inkişafı göz qabağındadır. 90-cı illərdən
fərqli olaraq çoxlarının əməyinə
layiqli qiymət verirlər. Düşünürəm
ki, bu sahədə
uzun müddət çalışan insanların
heç biri dövlət qayğısından
kənarda qalmayacaq. Mənim üçün ən böyük hədiyyə tamaşaçıların,
filmlərində işlədiyim
rejissorların rəyidir.
Aylin N.
Mədəniyyət.- 2009.- 24 iyul.- S. 10.