Fırça ustasının Kipr
təəssüratları
Şimali Kipr Türk Cümhuriyyətinin Girne şəhəri
2009-cu ildən bundan sonra ənənə şəklini alacaq
beynəlxalq rəssamlıq simpoziumunun təşkilatçısına
çevrilib. Burada fəaliyyət göstərən
Amerika Universiteti rəhbərliyinin təşəbbüsü
ilə keçirilən
I Rəssamlıq simpoziumunda
(3-17 iyul) 16 ölkənin
(Türkiyə, Azərbaycan,
Qazaxıstan, Rusiya, İran, Ukrayna və s.) nümayəndəsi
iştirak edib. Həmin mötəbər
sənət toplantısında
respublıkamızın təmsilçisi
tanınmış fırça
ustası Azər Əliyev olmuşdur. Qeyd edək ki, o, əvvəllər
də Rusiyada (1996), Finlandiyada (1998) və Almaniyada (2002) da keçirilən rəssamlıq
simpoziumlarında respublikamızı
layiqincə təmsil edib, müasir Azərbaycan rəngkarlığının
uğurlarını nümayiş
etdirə bilib.
Tanışlıq
üçün deyək ki, Azər Əliyev ixtisas təhsilini
əvvəlcə məşhur “Əzimzadə məktəbi”ndə,
sonra isə o vaxtkı Azərbaycan Dövlət İncəsənət
İnstitutunda alıb, Azərbaycan Rəssamlar
İttifaqının üzvüdür. 2000-ci ildən
Azərbaycan Dövlət
Rəssamlıq Akademiyasının
“Memarlıq və dizayn” kafedrasının baş müəllimidir.
1986-cı ildən müxtəlif miqyaslı sərgilərin iştirakçısıdır.
Əsərləri ayrı-ayrı muzeyləri, o cümlədən Azərbaycan Dövlət İncəsənət Muzeyinin kolleksiyasında saxlanılır.
Neçə-neçə
xarici ölkənin nüfuzlu şəxsi kolleksiyasında onun fırçasından çıxmış
tabloları görmək
mümkündür.
Bugünlərdə
yaradıcılıq simpoziumundan vətənə dönən
Azər Əliyev Şımali Kipr təəssüratını
oxucularımızlarla bölüşməyə
razılıq verdi... O,
gözəl təbiəti
ilə gözoxşayan
Şimali Kiprin rəssamlar üçün
çox maraqlı obyekt olduğu qənaətindədir. Bunu
elə onun orada işlədiyi rəngkarlıq əsərlərindən
də görmək mümkündür. Yeri gəlmişkən qeyd edək ki, iki
həftə ərzində
Azər Əliyev on iki əsər
işləyib. Onlardan
səkkizini özü
ilə gətirib, qalan dördünü isə simpoziumun təşkilatçılarına ərməğan verıb.
Simpoziumun proqramından
söz açan rəssam iki həftə ərzində
onun əsasən ölkənin mədəni
həyatı ilə tanışlıqdan və
alınan təəssüratın
bədii ifadəyə
çevirməkdən ibarət
olduğunu bildirdi. Belə yerlər isə həm bütün Şimali Kiprdə, eləcə də tədbirin keçirildiyi Girne, həmçinin digər Levkoşa və Makosa şəhərlərində
kifayət qədər
çoxdur. Rəssamın
Afroditanın vətənindən
aldığı təəssürat
kifayət qədər
duyğulandırıcı olub. Antik mədəniyyət
ocağının izləri,
tarixi abidələr, Şekspirin məşhur qəhrəmanı Dezdemonanın
adı ilə bağlı saray və digər neçə-neçə
guşələr onun
yaddaşına birdəfəlik
həkk olunub. Artıq burada adanı dövrələyən
limanlar, qırmızı
kirəmitli evlər, mavi səmanı sivri kimi paralayan
müxtəlif biçımli
ağaclar onun yeni əsərlərinin bədii görüntülərinə
çevrilib. Elə Azər Əliyevin qardaş türk torpağına olan sevgisini ifadə edən həmin əsərlər tədbir
təşkilatçılarının da diqqətindən yayınmayıb. Simpoziumda
Azərbaycan müasir
təsviri sənətini
layiqincə təmsil etməsi qarşılığında
ona, səmərəli
fəaliyyətinə görə
Girne Amerika Universitetinin fəxri diplomu təqdim olunub. Belə ki, münsiflərin qənaətincə, onun çəkdiyi mənzərə
və portretlərdə
ənənə və
müasirliyin duyulası
və uğurlu bədii vəhdətinə
nail olunub.
Bütünlükdə
çəkdiklərini nəticə kimi daha çox
duyğularının coşqunluğunun ramedicisi hesab edən
rəssamla bu görüşümüzdən istifadə edib,
onun son vaxtlar daha çox “sandıq nümunələri”nə
çevirdiyi əsərləri barəsində də oxuculara
az da olsa məlumat vermək istərdik. Belə ki, Azər Əliyevin
yaradıcılığında yeni və özünəməxsus
bədii-estetik məziyyətlər kifayət qədərdir və
sənətsevərlərə və mütəxəssislərə
maraqlı görünə bilər...
Onun üçün
janr məhdudiyyəti olmasa da, duyğularını mənzərə
və natürmortlarla ifadə etməyə daha çox
üstünlük verir, desək, yanılmarıq. Rəssamın çəkdiklərini
qətiyyətlə özündə
axıcı bədii ritmi, təsirli rəng həllini, duyğulandırıcı yaxı
ekspressiyasını əks
etdirən uğurlu əsərlər sırasına
daxil etmək olar. Bütün bunlar da ilk
növbədə onun
rəssam simasını
- yaradıcı “mən”ini şərtləndirib. Bu da fikrimizcə,
hər bir yaradıcının arzuladığı
ən böyük ümidverci nəticədir.
Zaman-zaman milli ənənələri
öyrənməyə səy
göstərən, xüsusilə
miniatürün bədii-estetik və etik-fəlsəfi dəyərlərini davamlı
təhlillərdən sonra
müasir biçimə
bələyən rəssam
qədim sənətkarların
nail olduqları əbədiyaşar estetik
ruhu duyulası dərəcədə
“gəncləşdirə” bilmişdir.
Bu mənada onun çəkdiklərində
görünənlərin estetik
dəyəri daha dərin mənəvi qatlardan şirələndiyindən
nə qədər real olsalar da,
yenidir və bütünlükdə duyulası
dərəcədə irrealdır.
Lakin məkan möcüzəlı qiyafəsinə
baxmayaraq inandırıcıdır.
Tamaşaçı inanir
ki, bu cür
gözəllik mövcud
ola da bilər
və yaxud özü də bu cür gözəllik
yaratmağa qadirdir. Yeri gəlmişkən qeyd edək ki, təbiətə bu cür bir
qədər də utopik -fantastik münasibət Səttarda
da vardı və uğurlu nəticəsi də göz qabağındadır.
Yaxşı haldır ki,
bir qərinədən
çox müddətdə
əlçatmaz sayılan
və az qala unudulmaqda olan təbiətə “Səttarsayağı münasibət”,
obrazın kamilliyi xatirinə söylənilən
“bədii yalan” prinsipi yenidən, özü də yeni biçimdə və ovqatda gündəliyə gəlməkdədir.
Bu yöndə onun sənət və əqidə dostları Faiq Əkbərov və Məmmədhüseyn
Hüseynovla bu günə qədər davam edən mükalimələrinin də
onun yaradıcılığına
müsbət təsiri
olmuşdur, desək, həqiqəti ifadə etmiş olarıq.
Ümumiyyətlə,
son vaxtlar milli təsviri sənətimizdə qədim ənənələrin
unudulması təhlükəsini duyanların vəziyyətin
dəyişilməsi yönündə səy göstərdiklərini
də vurğulamaq lazımdır. Onların sırasında
görkəmlı Azərbaycan
alimi Xudu Məmmədovun ənənələrini
layiqincə davam və inkişaf etdirən professor Siyavuş Dadaşın və Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasının müəllimi
Faiq Əkbərovun, eləcə də onun yuxarıda adları çəkilən
əqidə dostlarının və rəssamlarımızın müxtəlif
nəsillərinin nümayəndələrinin
adlarını çəkmək
olar. Baş verənlər isə
bizdə ta qədimdən öz yüksək bədii məziyyəti ilə dünyanı heyran qoyan Azərbaycan təsviri sənətinin və onun yaradıcılarının
keçmişlə əlaqənin
daşıyıcısı olan etibarlı mənəvi yaddaş körpüsü sala biləcəklərinə
inam yaradır. Yaxşı haldır ki, bu gün
yaradıcılığı barəsində qısa da olsa söz
açdığımız istedadlı fırça ustası Azər Əliyev də bu şərəfli mənəvi yükün daşıyıcıları sırasındadır...
Ziyadxan ƏLİYEV,
əməkdar incəsənət
xadimi
Mədəniyyət.- 2009.- 24 iyul.- S. 9.