Səhnədən səhnəyə
Naxçıvan teatrı 130 illik
tarixi ərzində istedadlı aktyor nəsli yetirmiş, bu sənətkarlar
yaratdığı obrazlarla teatrın tarixinə silinməz
izlər salmışlar. Səməd Mövləvi, İsa
Musayev, İbrahim Həmzəyev, Zəroş Həmzəyeva,
Roza Cəfərxanova, Sofiya Hüseynova kimi sənətkarların
davamçıları sənət estafetini bu gün də
davam etdirirlər. Belə aktyorlardan biri də
- Uşaq
vaxtlarımda həm də rəqqasə, rəssam olmaq istəmişəm.
Bilirsiniz, uşaqlıq arzular
dövrüdür. Nəyi
xoşladınsa, o sahənin adamı olmaq istəyirsən.
İncəsənətin bütün növləri
ilə maraqlansam da, sonda aktrisa olmaq qərarına gəldim.
Bunun üçün də ilk növbədə
valideynlərimi razı salmalı idim. Çünki
onlar aktrisa olmaq istəyimi heç cür qəbul etmək istəmirdilər.
Amma onları birtəhər yola gətirə
bildim. 9-cu sinifdə oxuyarkən Sumqayıt
Xalq Teatrına qoşuldum. Və orada ilk
rolumu oynadım. Molyerin “Zorən təbib” əsərində
Martina obrazını ifa etdim. Sonralar da
müxtəlif tamaşalarda epizodik rollarda
çıxış etdim.
- Bəs
peşəkar səhnəyə necə gəldiniz?
-
1990-cı ildə aktyorluğa olan marağım məni
Dövlət Mədəniyyət və İncəsənət
Universitetinə apardı. Burada musiqili teatr
aktyoru ixtisasına yiyələndim.
Ali məktəbi bitirəndə isə təyinatla
öz doğma yuvama - Sumqayıt Xalq Teatrına göndərildim.
Sonra isə institut illərindən bir qrupda təhsil
aldığım, bu gün də Naxçıvan Dövlət
Musiqili Dram Teatrında bir yerdə
çalışdığım Vüsal Rzayevlə ailə həyatı
quraraq Naxçıvana gəldim, daha doğrusu,
ömrümü Naxçıvana bağladım.
- Deməli,
Sumqayıt Xalq Teatrından Naxçıvan Dövlət
Musiqili Dram Teatrına kimi maraqlı bir yol keçmisiniz...
-
Naxçıvana gələndən bir neçə il sonra-1999-cu ildə Naxçıvan
teatrında gənc aktyorlara ehtiyac duyulduğunu eşitdik. Hər ikimiz-Vüsalla mən də gəlib
müraciət etdik və işə götürüldük.
O vaxt şair-dramaturq Nəriman Həsənzadənin “Atabəylər”
tamaşasının məşqləri gedirdi. Rejissor
bu tamaşada mənə Gülaçar rolunu həvalə
etdi. Onu da qeyd edim ki, rolu tam mənimsəmək
və canlandırmaq üçün bir həftə vaxtım
var idi. Mən də iki-üç il
idi ki, teatrdan ayrılmışdım. Ona görə də əvvəl
bir az tərəddüd etdim, sonra həvəslə,
həm də həyəcan və təşvişlə deyilən
müddətə kimi rolumu hazırladım. Naxçıvan
səhnəsində Gülaçar mənim ilk rolum
olduğundan, bir növ özümü imtahan verən
şagird kimi təsəvvür edirdim və özümü təsdiq
etməli idim. Sevinirəm ki, o vaxtdan bu
günə kimi oynadığım müxtəlif xarakterli
rollarla naxçıvanlı teatrsevərlərin qəlbinə
yol tapa bilmişəm. Bu sevgiyə layiq
görülməyimdə tanınmış sənətkarlarla
tərəf-müqabili olmağım da böyük rol
oynayıb.
Bundan sonra bir-birinin ardınca müxtəlif
obrazları canlandırdım. “Şeyx Xiyabani”də Gülrux,
“Dəli yığıncağı”nda Pırpız Sona,
“Hökmdar və qızı”nda Ağabəyim ağa,
“İblis”də Rəna, “Bu dünyanın adamları”nda Sevər,
“Fərhad və Şirin”də Şirin, “Səyavuş”da Firəngiz,
“Məhsəti”də Məhsəti, “Atabəylər”də
İnanc Xatun və başqa rolları ifa etmişəm. Son tamaşamız olan “Ah, Paris...
-
Oynadığınız rollardan söz açdınız. Səhv etmirəmsə, bu rolların hamısı
ciddi, dramatik həm də psixoloji rollardır. Niyə məhz ciddi və dramatik obrazlara
üstünlük verirsiniz?
- Bu,
rejissorun seçimidir. İstərdim ki, komik
obrazlar da canlandırım. Rejissor
görür ki, hər hansısa bir obrazın keyfiyyətləri
məndə var, ona görə də həmin rolu mənə
həvalə edir. Aktyor gərək hərtərəfli
olsun, bütün xarakterli rolların öhdəsindən gəlsin.
-
- Azərbaycanda
sənətə, sənət adamına böyük hörmət,
dövlət qayğısı var. Ümummilli liderimiz Heydər
Əliyevin sənət və sənətkara göstərdiyi
diqqət bu gün də davam etdirilir. Həm
mükafata layiq görüləndə, həm də əməkdar
artist fəxri adı alanda keçirdiyim hissləri ifadə
etməkdə çətinlik çəkirəm. Bir onu bilirəm ki, adımın ölkəmizin
böyük sənətkarları ilə bir cərgədə
çəkilməsi insana qeyri-adi bir qürur hissi verir. Bunlar həm də məsuliyyətin
artırılması deməkdi. Deməli,
bundan sonra daha çox çalışmalı, sənətimə
verilən qiymətə layiq olmalıyam.
- Sizcə,
aktyor özündə hansı keyfiyyətləri birləşdirməlidir?
- Məncə,
aktyor olmaq üçün, birinci növbədə insani
keyfiyyətlərin yüksək olmalıdır. Çünki aktyor bütöv cəmiyyətin
qabaqda gedən ziyalılarından biridir. O, sadəliyi, səmimiliyi,
doğruluğu, dünyaya, insanlara olan sevgisini özündə
cəmləşdirməlidir. Sənətin
özünəməxsus sirlərini, incəliklərini mənimsəməlidir
ki, bunların hamısını ümumiləşdirib səhnədə
öz sözünü deyə bilsin. Bunların
biri olmayanda, aktyorun da oyunu istənilən kimi alına bilməz.
-
Sözünüzdən belə başa düşdüm ki,
aktyor xarakter olaraq bütöv olmalıdır...
- Bəli,
aktyor əvvəlcə ailəsində, sonra cəmiyyətdə,
daha sonra isə sənətində bütöv
olmalıdır ki, oynadığı rolu da bütöv olaraq
tamaşaçıya çatdıra bilsin. Məsələn,
saxta insan heç vaxt səhnədə saf insanın xarakterini
yarada bilməz, amma saf insan saxta insanın obrazını
canlandıra bilər.
- Ənənəvi bir sual da vermək istəyirəm.
Bu sənət sizə nə bəxş edib?
- Bu sənət
ilk olaraq mənə insani keyfiyyətlərimi daha da inkişaf
etdirmək imkanı verib. Səhnədə sənət
bacarığı, ustalıq öyrənmişəm. Sənət həyatımın ayrılmaz bir
parçasına çevrilib. Səhnədə
gördüyümüz hər bir obraz və yaxud hər bir
tamaşa bədiiləşmiş formada dramaturq tərəfindən
yazılan və tamaşaçılara təqdim olunan həyat
hadisələridir. Bu mənada mən
oynadığım obrazları həyatda apardığım
müşahidələrə əsaslanaraq yaratmağa
çalışmışam. Sənət
mənə, doğrudan da geniş
dünyagörüşü bəxş edib.
- Bəs
tamaşalar zamanı maraqlı əhvalat necə, olubmu?
- Çox
olub. Amma daha çox yadımda qalan bir hadisəni
danışım. Mir Cəlalın “Dirilən adam” tamaşasında körpə uşaqlı
ana olan Qumrunu oynayırdım. Tamaşanın
sonunda müxtəlif parçalardan hazırlanmış
körpənin bir qırağa atıldığını
görəndə çox narahat oldum və qaçaraq onu yerdən
götürüb sığallamağa başladım. Bir də baxdım ki, aktyor həmkarlarımın
hamısı mənə baxaraq gülür. Hadisənin nə yerdə olduğunu biləndə,
mən də istər-istəməz gülməyə
başladım. Sən demə, rol
zamanı körpəyə o qədər bağlanmışam
ki, onun həqiqətən də canlı bir uşaq
olduğunu sanmışam.
- Gəlin
bir az da, Naxçıvan Dövlət
Uşaq Teatrından danışaq...
- Naxçıvanda Uşaq Teatrı 2006-cı ildə
yaradılıb. 2007-ci ilin 4 oktyabrında
isə həmin teatra dövlət statusu verilib. Buradakı aktyorlarımızın böyük əksəriyyəti
isə məktəbli uşaqlardır. Lazım
olduqda, peşəkar aktyorların qüvvəsindən də
istifadə edirik.
İki il ərzində uşaq teatrında 4 əsəri
səhnələşdirmişik. Bunlar “Qış
nağılı”, “Cəsur dovşan”, “Yaxşılıq
itmir” və “Fəridin yuxusu” tamaşalarıdır. Hər dörd tamaşanını müəllifi və
rejissoru Naxçıvan Muxtar Respublikasının əməkdar
artisti Vüsal Rzayevdir. Teatrımızın
tamaşaçıları adətən balacalar olduğu
üçün tamaşalarımızın mövzusuna ciddi
diqqət edirik. Daha çox xeyirxahlıq,
mehribanlıq, düzlük kimi keyfiyyətləri uşaqlara
aşılamağa çalışırıq.
Artıq növbəti əsərin məşqlərinə
başlamışıq. Növbəti
mövsümdə Bayram İsgəndərlinin “Meşə əhvalatı”
pyesini tamaşaçılara təqdim edəcəyik.
-
Tamaşaçılara demək istədikləriniz necə,
varmı?
- Mən
deyərdim ki, bu günədək qazandığım
uğurlara görə həm də tamaşaçılara
borcluyam. Xüsusən də Naxçıvan
tamaşaçısına. Çünki
tamaşaçılar hər zaman sənət adamına dəstək
olub, ona mənəvi ruh verib. Tamaşaçılardan
bir istəyim var. Qoy teatra gəlsinlər, bir-birindən
maraqlı, günümüzlə səsləşən səhnə
əsərlərinə baxsınlar.
Bir də onu demək istəyirəm ki, teatr həm də
istirahətdir, insana mənəvi zövq aşılayır.
Özlərini bu zövqdən məhrum etməsinlər.
Söhbətləşdi:
Elxan YURDOĞLU,
Naxçıvan
Mədəniyyət.-
2009.- 24 iyul.- S. 6.