Ənənəvi tədbir Balakən
və Qaxda
Mədəniyyət obyektlərinə
baxış davam edir
İyulun 22-23-də Mədəniyyət və
Turizm Nazirliyinin təşkilatçılığı ilə Balakən və Qax rayonlarında
mədəniyyət işçilərinin
ümumrayon toplantısı
keçirildi. Qeyd edək
ki, rayonlarımızda
bu xarakterli tədbirlərin keçirilməsi
artıq ənənə
halını alıb.
Nazirlik Aparatının rəhbəri
Firudin Qurbanovun başçılıq etdiyi
işçi qrupu bu rayonlarda yerləşən
mədəniyyət müəssisələrinin
fəaliyyəti ilə
maraqlanaraq, kənd mədəniyyət işçilərinin
iştirakı ilə
görüşlər keçirtdilər.
Hər iki rayonda
keçirilən tədbirdən
əvvəl nazirliyin Aparatı rəhbəri F.Qurbanov və nazirliyin Regionlarla iş sektorunun müdiri Balakən və Qax rayonunun
bir neçə kənd mədəniyyət
obyektlərində oldular.
İyulun 22-də Balakən rayonunun Katex, Mahamalar, Qazmalar və Qullar kənd mədəniyyət evlərinə,
kitabxanalara və klublara baxış keçirildi. Aparat rəhbəri Katex kənd Mədəniyyət
evində olan iş prosesi üçün bu obyektin müasir tələbi ödəmədiyini
vurğuladı və
qeyd etdi ki, müəssisə əsaslı təmir olunmalıdır.
İyulun 23-də
isə nümayəndələr
Qax rayonunun yerli əhəmiyyətli tarixi abidəsi olan Kürmük kilsəsində, Əlibəyli
və Əmircan kəndlərinin mədəniyyət
evlərində, klub və kitabxanalarında oldular. Qax rayon Mədəniyyət şöbəsinin
müdiri Nəzir Omarov Kürmük kilsəsinin XVIII əsrə
aid abidə olduğunu və bura şöbənin hesabına gözətçi
ayrıldığını nazirlik işçilərinin
nəzərinə çatdırdı.
Amma buna baxmayaraq, abidənin bərpasına və xüsusi qorunmasına ehtiyac olduğu da vurğulandı. Nazirliyin nümayəndələri əhalisi
ingiloylardan ibarət olan Əlibəyli kəndinə də baş çəkdilər.
Buranın mədəniyyət
evi, kitabxanası ilə tanış olan Aparat rəhbəri
Əlibəyli Dövlət
Gürcü Dram Teatrınin vəziyyəti
və repertuarı ilə də maraqlandı. F.Qurbanov teatrın daha perspektvli işi üçün öz təkliflərini verdi. Beləliklə, hər iki kənddə olan problemlər qeyd olundu.
İyulun 22-də
ilk genişmiqyaslı tədbir
Balakən rayonunun ən ucqar yaşayış
məskəni olan İtitala kəndində keçirildi. Yeni tikilən
İtitala kənd Mədəniyyət evində
mədəniyyət işçiləri
ilə keçirilən
görüşü Balakən
Rayon İcra Hakimiyyətinin başçısının
müavini Azad Balayev açaraq gələn qonaqları salamladı. Azad müəllim mədəniyyətimizə
belə diqqət və qayğıya görə ölkə prezidenti cənab İlham Əliyevə bütün mədəniyyət
işçiləri adından
öz dərin minnətdarlığını bildirdi. Sonra o, sözü nazirliyin Aparat rəhbəri Firudin Qurbanova verdi. F.Qurbanov mədəniyyət və
turizm sahəsində respublikamızda görülən
və görüləcək
işlərlə yanaşı,
həmin gün rayonun kənd mədəniyyət obyektlərində
gördüyü problemlərdən
də danışdı.
Bundan sonra çıxış edən
Balakən rayon Mədəniyyət və
Turizm şöbəsinin
müdiri Ruqiyyə Seyidova rayonun mədəniyyət sahəsinin
vəziyyəti barədə
məlumat verdi. Ruqiyyə xanım dedi ki, mədəni-maarif müəssisələri
əsaslı təmir
olunub, müasir avadanlıqlarla təchiz edilib. R.Seyidova onu da bildirdi
ki, Balakəndə yeni üslubda yaraşıqlı muzey, mərkəzi kitabxana tikilib və istirahət parkı yenidən qurulub. Görüşdə rayonun mədəniyyət
və turizm şöbəsinin inspektoru
Sevda Yusifova, tarix-diyarşünaslıq
muzeyinin direktoru İradə Qumriyeva, uşaq musiqi məktəbinin direktoru Arifə Tağıyeva, mərkəzləşmiş kitabxana
sisteminin direktor müavini Səkinə Qədirova, Katex kənd Mədəniyyət
evinin direktoru Nərgiz Hacıyeva və İtitala kənd Mədəniyyət
evinin direktoru Qürbət Qurbanov çıxış edərək,
problemlərdən danışdılar,
öz təkliflərini
bildirdilər.
İyulun 23-də isə Qax rayon Mədəniyyət
evində keçirilən
görüşdə ilk olaraq
icra hakimiyyətinin başçısı Mübariz
Əhmədzadə çıxış
edərək, son illər
respublikamızda mədəniyyət
və turizm sahəsinin inkişafına
göstərilən yüksək
dövlət qayğısından,
rayonun mədəniyyət
müəssisələrinin fəaliyyəti və qazanılmış uğurlardan
söhbət açdı.
Sonra o, qarşıda duran vəzifələrə
toxunaraq sovet dönəmindən mədəniyyət
müəssisələrində qalan problemlərin aradan qaldırılması
üçün bu sahə üzrə mütəxəssislərə ehtiyac
olduğunu vurğuladı.
Sonra söz Mədəniyyət və
Turizm Nazirliyinın Aparat rəhbəri Firudin Qurbanova verildi.
F.Qurbanov salonda quraşdırılmış monitorda
slaydlar vasitəsilə
nazirliyin strukturu və fəaliyyətinin əsas istiqamətləri
barədə ətraflı
məlumat verdi.
Aparat rəhbəri çıxışının əvvəlində dövlətin
mədəniyyət və
turizmlə bağlı
siyasətinin başlıca
istiqamətlərindən, bu
sahənin müasir tələblər səviyyəsində
inkişaf etdirilməsi
məqsədi ilə Azərbaycan Prezidenti tərəfindən imzalanmış
fərman və sərəncamların əhəmiyyətindən danışdı. Sonra o, rayonlarda mədəniyyət
işçiləri ilə
belə görüşlərin
keçirilməsi barədə
aşağıdakıları qeyd etdi: “İlin
əvvəlindən bəri
Quba, Qusar və Gədəbəy rayonlarında, bir gün əvvəl isə Balakəndə mədəniyyət işçiləri ilə
görüşlər keçirilmişdir.
Belə görüşlərin məqsədi
mədəniyyət müəssisələrinin
qarşılaşdıqları problemləri yerindəcə
müəyyənləşdirmək, onların həlli yollarını araşdırmaq,
müzakirə etmək,
yerlərdə işçilərin
təşəbbüskarlığının
artmasına nail olmaqdır.
Ölkəmizdə ildən-ilə sürətlənən
iqtisadi inkişaf mədəniyyət, elm, təhsil,
səhiyyə, idman və digər sahələrdə də öz müsbət əksini tapır. Ölkə rəhbərliyinin
həyata keçirdiyi
uğurlu siyasəti nəticəsində Qaxın
da sosial-iqtisadi mənzərəsini əhəmiyyətli
dərəcədə dəyişdiyinin,
rayonda böyük tikinti-quruculuq və abadlıq işlərinin vüsət götürdüyünün
bu gün şahidi olduq. Azərbaycanın
iqtisadi inkişafında
qeyri-neft sektorunun xüsusi çəkisi ildən-ilə artmaq üzrədir. Turizmin inkişafı üçün də ölkəmizdə çox
böyük işlər
görülür. Mədəniyyətlə
sıx bağlı olan turizmə dövlət böyük dəstək verir və son üç
ildə bu sahənin inkişafı ilə əlaqədar ölkə rəhbəri
200-ə yaxın fərman və sərəncam imzalayıb.
Təbii ki, turistlərin sayı artdıqca, gəlir də ona uyğun
olaraq çoxalır.
Hazırda bu istiqamətdə işlər
davam etdirilir. Turizmin inkişaf etdiyi bir ölkədə
mədəniyyət müəssisələrinin
fəaliyyəti mütləq
müasir standartlara uyğunlaşdırılmalıdır. Məlumdur ki, kəndlərdəki mədəniyyət
obyektləri sovet dövründə - 50-60-cı
illərdə tikilən
binalarda yerləşir.
Nazirliyin keçirdiyi
bu tip tədbirlərin
də məqsədi ilkin olaraq daha
acınacaqlı formada
olan mədəniyyət
müəssisələrinin qeydiyyatını aparmaqdır.
O ki qaldı mədəniyyət müəssisələrindəki
iş sisteminə, bu, təkcə bizim üzərimizə düşən iş deyil. Yerlərdə işləyən mədəniyyət
işçiləri də
təşəbbüskar olmalı
və öz təklifləri ilə nazirlik qarşısında
çıxış etməlidirlər.
Bunun üçün
mədəniyyət şöbələri
və mərkəzi kitabxanalar yerlərdə monitorinqlər keçirməlidirlər.
Monitorinqlərin nəticələri
əsasında proqram tərtib edilməlidir. Yalnız bu yolla problemləri aradan qaldırmaq mümkün olar”.
Digər çıxışçılar
da görülən işlərdən və mövcud problemlərdən
danışdılar. Çıxış
edən rayon mədəniyyət və
turizm şöbəsinin
müdiri Nəzir Omarov, uşaq incəsənət məktəbinin
direktoru Soltan Hacıyev, mərkəzləşmiş
kitabxana sisteminin direktoru Güllü Əhmədova,
tarix-diyarşünaslıq
muzeyinin direktoru Mahir Əfəndi və başqaları görülmüş işlərdən
danışaraq təkliflərini
verdilər. Bu təkliflər, əsasən,
mədəniyyət müəssisələrinin
maddi-texniki bazasının
möhkəmləndirilməsi, müəssisələrin təmiri,
musiqi alətləri və rəqs paltarları ilə təminatının yaxşılaşdırılması,
kitabxanaların kompyuterləşdirilməsi,
kitabxana fondlarının
latın qrafikalı ədəbiyyatla zənginləşdirilməsi, kadrların
peşəkarlığının artırılması və
s. ilə bağlı oldu. Bütün təkliflər
nazirliyin işçi
qrupu tərəfindən
qeyd olundu. Tədbirdə çıxış
edən rayon nümayəndələri Qax
Rayon İcra Hakimiyyəti başçısı
Mübariz Əhmədzadənin
mədəniyyət obyektlərinə
göstərdiyi diqqəti
xüsusi vurğuladılar.
İntiqam Hacılı
Mədəniyyət.- 2009.- 29 iyul.- S. 4.