Qulu Ağsəslə görüş
Gənclərin “Turan” ədəbi birliyinin təşkilatçılığı
ilə Sabir adına kitabxanada
oxucuların tanınmış şair Qulu Ağsəslə görüşü
keçirildi. Görüşü
şairin şeirini
söyləməklə açan birliyin üzvü
Tapdıq Türksoy əvvəl Q.Ağsəs
indiki gənc ədəbi nəslə
münasibəti barədə sual verdi. Bu gün ədəbi nəslin daha çox qayğı
ilə əhatələndiyini söyləyən şair ”bizə də qayğı göstərənlər
olub, biz də bu ənənəni davam
etdirməliyik” deyərək gənc nəsil yazarlarından bir çoxlarının
yaradıcılığına münasibətini bildirdi. Tənqidçi Bəsti
Əlibəyli, şair Səlim Babullaoğlu, Qəşəm Nəcəfzadə
və başqaları çıxış edərək şairin yaradıcılığı
haqqında öz təhlili fikirlərini oxucularla bölüşdülər.
Çıxışların arasında isə gitara musiqisinin sədaları
altında Q.Ağsəsin şeirləri səsləndirilirdi.
Müasir ədəbi proseslər, ədəbi
zövqlər və şəxsi yaradıcılıq məsələlərini
əhatə edən müxtəlif suallara
dolğun cavab verən
şair tədbirin sonunda
öz yeni şeirlərini
oxudu.
Sabutay
Mədəniyyət. - 2009.- 3 iyun.- S. 12.