Bir daha dublyaj barədə
Onun əhəmiyyəti
çoxdur
Müasir Azərbaycan dilinin inkişafı televiziyalarla,
xüsusən də bədii filmlərdəki qiraətin üstünlük təşkil etdiyi dublyajlarla daha çox
bağlıdır. AzTV-də kino və dublyaj redaksiyasının fəaliyyəti dilimizin inkişafına, təkmilləşdirilməsinə
xidmət edir. Dublyaj sənəti artıq
yarım əsrdən çoxdur ki, kinonun bir
qolu kimi
tamaşaçıların mənəvi tələbatlarını
ödəyir. 1966-cı ildən Azərbaycan Televiziyasında dublyaj olunan filmlər ilk vaxtlar səviyyə
baxımından tamaşaçıları qane
etməsə də, doğma dilimizdə səsləndiyinə
görə sonralar geniş tamaşaçı
auditoriyasının xüsusi rəğbətini
qazandı. Ulu öndər Heydər
Əliyevin 2001-ci il 18 iyun
tarixli “Dövlət dilinin
tətbiqinin təkmilləşdirilməsi tədbirləri
haqqında” sərəncamı ölkə teleməkanında
filmlərin dublyajını sürətləndirdi.
Bu
sərəncam digər televiziyalarda olduğu kimi, Azərbaycan
Teleradio Verilişləri QSC-nin
kino və dublyaj
redaksiyasının fəaliyyətində də böyük dəyişikliklər yaratdı.
İstər bədii, istər sənədli, elmi-kütləvi
xarici filmlərin dublyajına geniş yer verildi. Xarici filmlərin
tamaşaçılara doğma dilimizdə
qüsursuz olaraq
çatdırılması dublyaj
redaksiyalarının əsas vəzifəsinə çevrildi.
Bundan sonra Azərbaycan Milli Teleradio
Şurasının ciddi nəzarəti
altında bütün televiziyalarda
yayımlanan filmlərin milli dilimizdəki
versiyaları ekranlarda silsilə xarakteri daşımağa başladı. Bu tendensiya
tamaşaçılar tərəfindən hədsiz sevinclə
qarşılansa da, bəzi telekanallarda dublyaj olunmuş filmlərin səsləndirmə
texnikasının primitivliyi nəinki filmlərə
qarşı ikrah hissi
oyatdı, hətta bu cür
səsləndirilən dublyaj filmləri əsəbləri
tarıma çəkirdi.
Kanalların dublyaj
siyasəti mənəvi dəyərlərə həddən
artıq diqqət verən Azərbaycan
tamaşaçısının gözündən
yayınmadı. Belə ki, çox vaxt bəsit
süjetdə, detektiv janrda
çəkilmiş küçə döyüşlərindən
bəhs edən filmlərin dublyajı həddən ziyadə
səviyyəsiz texniki üsulla
dublyaj edilmiş formada tamaşaçıya başdansovdu
ötürülürdü. Məsələn,
orijinal variantdakı replikaların
azlığını qısa kadrda “yola verən” aktyorların səsi növbəti
kadrda səslənirdi. Və yaxud da personajın gülüşü, ağlaması və. s. dublyaj edilmədən orijinal təqdimatda göstərilirdi.
Dublyajın mahiyyətini cılızlaşdıran bu kimi amillər də
tamaşaçıda ekrana qarşı
inamsızlıq yaradır. Bu da tamaşaçını
qıcıqlandıran amillərdəndir. Çünki
hər bir film səviyyəsindən
asılı olmayaraq, öz
dövrünü, mikroaləmini əks etdirir. Bizim digər
ölkələr və insanlar
haqqındakı təsəvvürlərimiz isə məhz bu filmlərdəki obrazların təfsiri, rejissor və dramaturq
ideyalarının aktyor
ifaçılığındakı təbliği ilə
bağlıdır. Vay o
günə ki, filmin bütün məziyyətləri,
kompozisiyası səviyyəsiz dublyaja qurban gedə.
Xarici filmləri doğma
dilimizə tərcümə edərək yenidən ərsəyə
gətirən dublyaj sənəti kinonun ayrılmaz bir qoludur. Dublyajda
çalışan aktyorların yaradıcılıq
emosiyaları isə bu prosesdə ikiqat yüklənir. Səsləndirilən hər
bir yad, əcnəbi
obrazın xarakterini qavramaq,
duyğularını, hisslərini emosional
şəkildə tamaşaçıya çatdırmaq xüsusi məharət tələb edir. Keyfiyyətli dublyaj isə
həmin telekanalın güclü maddi-texniki bazasından, rejissor
peşəkarlığından xəbər verir.
Qüsursuz dublyaj aktyor ansamblının düzgün
seçimindən də çox
asılıdır.
AzTV-nin dublyaj
departamentində son iki
ildə səsləndirilən xarici filmlərin
böyük qismi nəinki
tamaşaçıda filmlərə qarşı maraq doğurur, eyni zamanda kinonun
əyləncə olmadığını diqqətə
çatdırır. AzTV-nın kino və
dublyaj redaksiyasında səsləndirilən
filmlərin əksəriyyətinin uğuru
Ədalət Məmmədov, Şövqü
Hüseynov, Eldəniz Rəsulov kimi aktyorların improvizator
ifaları ilə daha çox
bağlıdır.
Milli teatr və kinomuzda böyük təcrübə
keçən bu aktyorlar
səsləndirdikləri personajların şəxsi məninin
açılmasında öz məharətlərini
lazımınca nümayiş etdirirlər.
Bu ecazkar səslər
bizə tamamilə yad olan
insanların mənəvi aləmlərini, xarakterlərini,
onların səciyyəvi cəhətlərini
çatdırmağa qadirdilər.
Çox vaxt dublyajın əsas mahiyyətini
redaktə qanunauyğunsuzluqları ilə ittiham
edir, orijinal
ifaların dəqiq tərcümələrini tələb
edirlər. Əgər texniki qüsurlar nəzərə alınmasa, (kadrlardakı
tərcüməsiz məsafələr, orijinal
səslər) qohum sözlərin səs
artikulyasiyasındakı peşəkar, emosional
təqdimatı tamaşaçını narahat
etmir. Məsələn, ahəngdar səslə,
əsaslı pafosla söylənilən dinamik kadrlardakı getdik
sözləri (ardımca, qo-qo ingiliscədə)
tərcümədə filmin mahiyyətinə
təsir etmir. Yetər ki,
dublyaj olunan filmin ikili təsir
bağışlayan orijinal səsləri
batırılsın. Bu zaman
dublyaj ustaları olan
aktyorların novator xüsusiyyətləri,
rejissor təfsirinin reallığı,
peşəkarlığı aydın nəzərə çarpacaq, həmcinin dublyajın güclü bir sənət
növü olduğunu
sübut edəcəklər.
AzTV-nin dublyaj
redaksiyasında səsləndirilən cizgi
filmlərində mövcud olan
absurd qəhrəmanların peşəkar
ifası kiçiklərlə yanaşı, böyükləri
də ekran qarşısına toplaya bilir. “Konan”, “Ağbəniz” və s.
cizgi filmləri buna bariz misaldır. Ən əsası isə odur ki, doğma
dilimizdə eşitdiyimiz bu
səslərin sehri bizə
nağıllardakı əlçatmaz qəhrəmanlıq
taktikalarını, insanları bir-birinə
doğmalaşdıran sevgi-məhəbbət, xeyirxahlıq
hisslərini absurd formada
da olsa
yaşamağımıza imkan
yaradır.
Şəhla Bürcəliyeva,
Kinoşünas
Mədəniyyət. - 2009.- 3 iyun.- S. 11.