“Təxəllüsü Mixaylo”
Tahir Əliyevin filmi festivallarda
22-31 may Rusiyanın
Lipetski şəhərində
18-ci Beynəlxalq “Qızıl
Cəngavər” Beynəlxalq
Kinofestivalı keçirilib.
Festivalda
Azərbaycan rejissor Tahir Əliyev “Təxəllüsü Mixaylo”
filmi ilə iştirak edirdi. Film festivalın “Müharibə
mövzusunun istedadlı
həlli” diplomuna layiq görülüb.
Festivalda iştirak edən rejissor Tahir Əliyevin sözlərinə görə,
18-ci Beynəlxalq “Qızıl
Cəngavər” festivalına
36 ölkədən 260 film təqdim olunmuşdu: “Festivalın əsas məqsədi Serbiya və Rusiya dostluğuna həsr olunmuşdu. Bizim məqsədimiz isə
festivalda Azərbaycanı
təmsil etmək idi. İştirak edən filmlər
festivalın tələb
etdiyi mövzuya uyğun gəlməlidir.
“Təxəllüsü Mixaylo” filminin mövzusu da tələb edilən mövzunu ödəmişdir”.
Qeyd edək ki, rejissorun “Təxəllüsü
Mixaylo” filmi 1-10 mayda Ukraynanın Sevestopol şəhərində
keçirilən V Beynəlxalq
Avroaziya Kinofestivalında
isə 1-ci dərəcəli
diploma layiq görülüb.
“Təxəllüsü Mixaylo” filmi 2008-ci ildə Mədəniyyət
və Turizm Nazirliyinin sifarişi ilə “Salnamə” sənədli filmlər studiyasında istehsal olunub. Film Sovet İttifaqı Qəhrəmanı
Mehdi Hüseynzadənin
partizan həyatından
bəhs edir.
Elmin
Mədəniyyət. - 2009.- 3 iyun.- S. 10.