Misirlə Azərbaycan
arasında turizm əlaqələri
genişlənir
Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyinin
təşkilatçılığı və Azərbaycanın
Misirdəki səfirliyinin dəstəyi ilə Misirin
Turizm Nazirliyinin əməkdaşlarının,
turizm şirkətlərinin və kütləvi
informasiya vasitələri nümayəndələrinin
Azərbaycana infoturu təşkil edilib.
Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə infotur iştirakçıları Bakı
şəhəri ilə yanaşı, Qəbələ, Şəki,
Qax və Quba şəhərlərində
olublar.
Səfərin təşkil olunmasında əsas
məqsəd paytaxtla yanaşı,
bölgənin turizm potensialı ilə daha yaxından tanış olmaq,
eyni zamanda gələcəkdə
iki ölkə arasında turizm
sahəsində əməkdaşlığa,
qarşılıqlı turist mübadiləsinə
nail olmaqdır.
Qonaqlar Bakıda və bölgələrdə
fəaliyyət göstərən mehmanxanaların işi ilə də yaxından tanış olublar.
Mədəniyyət və Turizm
Nazirliyinin mətbuat xidmətindən
aldığımız məlumata görə, infotur
çərçivəsində Misir
nümayəndə heyəti ilə turizm
şöbəsinin müdiri Aydın İsmiyev və yerli turizm şirkətləri arasında işgüzar görüş
də keçirilib.
Görüşdə ölkələrarası
uçuşların və turların təşkil edilməsi
barədə fikir mübadiləsi
aparılıb, ölkəmizin turizm
potensialını əks etdirən çap
məhsulları qonaqlara təqdim edilib.
Məlumat üçün bildirək
ki, Azərbaycan turizm
sahəsindən külli miqdarda
gəlir götürən ölkələrlə əməkdaşlığını
getdikcə genişləndirir. Belə ölkələrdən
biri də Misir Ərəb
Respublikasıdır. Məlum olduğu kimi, 2007-ci ilin may ayında Azərbaycanla bu
ölkə arasında turizm sahəsində
əməkdaşlıq haqqında saziş
imzalanıb.
Qeyd edilən infotur
da bu sazişin
şərtlərinə uyğun olaraq həyata keçirilir.
Misirli qonaqlar zəngin
turizm potensialına malik
olan qədim Azərbaycan torpağından
xoş təəssüratla
ayrılıblar.
Ümid edirik ki, Azərbaycan və Misir
arasında turizm əlaqələrinin daha da genişlənməsinə
və inkişafına təkan verəcək, həmçinin
ölkəmizdən Misirə gedən və Misirdən ölkəmizə
gələn turistlərin sayını çoxaldacaq.
Fəxriyyə ABDULLAYEVA
Mədəniyyət. - 2009.- 3 iyun.- S.7.