İncəsənət körpüsü- Bakıdan Venesiyaya
Təsviri sənətin "Oskar" təqdimatına
Azərbaycan növbəti dəfə gedir
Xəbər verdiyimiz kimi,
iyunun 5-dən etibarən İtaliyanın əsrarəngiz
Venesiya şəhəri daha
bir möhtəşəm tədbirlə
bağlı dünya sənətsevərlərinə
qucaq açacaq: ənənəvi
53-cü Venesiya “Biennalisin”in açılışı olacaq.
Xatırladaq ki, "Biennali"
italyanca "İki
ildən bir" deməkdir.
Artıq bir çox
xalqların dillərində vətəndaşlıq hüququ qazanan "Biennali" müasir təsviri
sənət sərgisidir. 106 ildir ki, davam edən “Biennali” təsviri sənət sahəsində dünya miqyasında ən möhtəşəm
tədbirdi.
6 ay müddətində davam edən sərgidə bu
dəfə dünyanın 150-dən artıq ölkəsi iştirak edəcək. Sərgiyə
qatılan dövlətlər hər tərəfdən su ilə əhatələnən,
İtaliyanın ən bahalı şəhərlərindən
sayılan Venesiyada yer
alaraq, öz
pavilyonlarını quraşdırırlar.
Sevindirici haldır ki, bizim
Mədəniyyət və Turizm Nazirliyimizin də ölkəmizin bu möhtəşəm incəsənət
bayramında iştirakı üçün
səyləri baş tutdu
və Azərbaycan təsviri sənəti Venesiya
“Biennalisi” ilə bir daha dünya miqyasına
çıxmış olur. Təbii ki, bu, təsadüfi deyil. Çünki çağdaş Azərbaycan incəsənəti
son 15 ildə qlobal məkana
sürətli inteqrasiya yolu
keçmişdir. Hazırda çağdaş Azərbaycan incəsənətində
bütün önəmli cərəyanların
nümayəndələrinə rast gəlmək
mümkündür. Bu
fakt 2007-ci ildə Azərbaycanın ilk dəfə bir pavilyonla təmsil olunduğu
“Biennali”də bir daha öz təsdiqini tapdı.
İncəsənətin ən müxtəlif
sahələrinin təmsil olunduğu
sözügedən sənət və estetik
zövq məbədində bu dəfə də Azərbaycan guşəsi olacaq, burada milli və müasir təsviri
sənətimiz bir daha
kompleks halında təqdim ediləcək.
İlk iştirakımızın yaddaqalan
və maraqlı olduğunu xatırladan Mədəniyyət
və Turizm Nazirliyi təsviri
və dekorativ sənət sektorunun
müdiri Leyla Axundzadə
bu dəfə də maraqlı kompozisiya ilə seyrçilərin diqqətini
cəlb edəcəklərinə əmin olduğunu
bildirdi: «Birinci dəfə
yüksək səviyyədə təmsil olunduğumuz
tədbirdə sırf müasir incəsənət
nümunələrimizi əsasən gənclərin təqdimatında
sərgilədik. Builki sərgidə təsviri
sənətimizin ən görkəmli nümayəndələrindən
biri, böyük rəssamımız
Tahir Salahovun da bir əsəri nümayiş etdiriləcək. Onun sərt üslubda
işlənmiş «Sənə, bəşəriyyəti!»
adlı əsərini aparırıq. Bundan
başqa, maraqlı instalyasiya
da nümayiş etdirəcəyik.
Bu, Teymur Rüstəmovun
«Mən inanıram» adlı instalyasiyası olacaq.
Kompleks
şəkildə işlənilən əsərdə insan, onun
yaşantıları, ətrafında cərəyan edən
proseslərə münasibəti və sanki
etiraza bənzər reaksiyası
fonundakı inamı təsvir olunub.
İşə tamaşa edən insanlar paralel olaraq slayd-şouya da tamaşa edəcəklər.
Təsvirlərdə, demək olar, bütün XX əsr - baş
verən müharibələr, inqilablar, qlobal tədir-təəssüratlı hadisələr
öz əksini tapıb. Yəni
həmin instalyasiyaya tamaşa
edən hər kəs orada özünü,
yaşantılarını tapacaq və bütün bu
sıxıntılara, mürəkkəbliklərə baxmayaraq, daxili gücünü, mübarizə ruhunu, yaşam əzmini
işə salıb, «Mən inanıram!» deyəcək».
Bu
nümunələrdən başqa, iki tanınmış rəssamın əsərlərinin
müşayiətindən maraqlı kantrast
yaradacaqlarını da diqqətə
çatdıran sektor müdiri
burada zahiri gözəlliklə
daxili sıxıntıların, mənəvi
müharibələrlə fiziki gözəlliklərin
sintezinə nail olacaqlarını dedi: «Burada iki
istedadlı rəssam, məşhur qrafika
və keramika ustası Nailə Sultanla daxili çəkişmələrindən
incəsənət nümunəsi yarada
bilən Niyaz Nəcəfovun işlərindən
harmonik bir ortam alınacaq. Bir tərəfdə
miniatür sənətimizi davam etdirən Nailənin mili
sənətimizi müasir tərzdə, çox incə və çox
zövqlə təqdim edən bu nümunələri
sərgilənəcək. Onunla kantrastda - özünəməxsus
və maraqlı üslubu ilə diqqət
çəkən Niyaz Nəcəfovun
işləri sərgilənəcək. Özünün
kifayət qədər mürəkkəb taleyini,
yaşantılarını içindən keçirən və
yalnız qələbə ehtirası və çalarları
ilə yaradıcılığına gətirməyi
bacaran Niyazın işlərinin maraqla qarşılanacağına əminəm.
Çünki onun
işlərinə baxan hər kəs istənilən
halda bu müəllfin
həyat tərzini, daxili mübarizələrini,
mürəkkəb taleyini “oxuyacaq”,
məhz bu elementlər sayəsində çox maraqlı rəssam ola bilməsini hiss edəcək
və alqışlayacaq. Təbii ki, belə
nümunələr izləyicini də mübarizliyə, haqq və sənət savaşı ruhuna kökləyir. Düşünürəm
ki, milli miniatürlərdəki
incə elementlərlə mürəkkəb kompozisiyalı rəngkarlıq
əsərləri bizi istəyimizə qovuşduracaq.
Kantrastda daxili aləmi, emosional
problemləri, dünyada baş
verən hadisələri özündən keçirən insanla gözəlliklər aşiqi,
bütün bu
çatışmazlıqları sanki unutduran, onları özünə yaxın buraxmayan miniatürləri qarşılıq
hisslərin fonunda təqdim edəcəyik».
Sərgidə bundan başqa
iki videart da nümayiş olunacaq. Bunlar gənc
rəssam Fərid Rəsulovun «Ətalət»
və Teymur Daiminin işləridir.
Üçüncü
və daha geniş otağın isə bu dəfə
də milli ənənələrə - xalça
sənətimizə ayrıldığını
bildirən müsahibim
burada ən incə detalların belə nəzərə alınacağını dedi:
«Azərbaycan xalça
sənətini əks
etdirən bütün
məktəblərin təqdim
olunacağı ekspozisiyanı
interaktiv oyunla daha da maraqlı
etməyə çalışacağıq.
Belə ki, xalçalarımıza
tamaşa edən izləyicilər slayd - şouya da baxacaqlar.
Burada bizim bütün rəssamlıq məktəblərimiz
əks olunacaq. Tərlan Qorçinin Azərbaycan xalçası mövzusunda
hazırladığı impovizasiyalar
olacaq. Bundan başqa, ziyarətçilər
kompyuterdə toplanmış
xalça elementlərimiz
əsasında simvolik
olaraq xalça da «toxumuş» olacaqlar. Yəni elementləri toplayaraq
bir xalça təsviri yaradacaq və onu çap
edəcəklər. Tamaşaçılar üçün təşkil
etdiyimiz bu interaktiv oyun təbliğat baxımından
da əhəmiyyətlidir.
Çünki hər bir elementi bir-birinə uyğun şəkildə
toplayan, yığan insan onların Azərbaycana məxsusluğunu
yaddaşlarına həkk
etmiş olacaqlar.
Bilirsiniz
ki, hər zaman Azərbaycan xalçaları, onların
naxış və digər elementlərinin yadlar, xüsusən məlun qonşumuz tərəfindən mənimsənilməsi
cəhdinə rast gəlirik».
Sərgidə nümayiş olunacaq
işlərdən ibarət
açıqcaların da
hazırlandığını əlavə edən L. Axundzadə noyabrın sonunadək davam edəcək möhtəşəm
tədbirdə Azərbaycan
incəsənətinin bir
daha öz layiqli qiymətini
alacağına əminliyini ifadə etdi.
Həmidə
Mədəniyyət. - 2009.- 3 iyun.- S. 4.