Bu vədə qəmdən

  

   Qalıb həsrətində bir gül nəfəsin,

   Bu sinəm nə qədər yansın, göynəsin?!

   Ürək ağrımasın, ürək neynəsin

   Aldıqca hər yeni bir zədə qəmdən.

  

   Çox gəzdim, heç nəyi əbəs görmədim,

   Üşüdüm, bir isti nəfəs görmədim.

   Mənə daha yaxın bir kəs görmədim

   Bu gidi qəhərdən, bu dədə qəmdən.

  

   Yasinəm, yalan yox sözümdə, gerçək,

   Ələndi üstümə dərd ətək-ətək.

   Ömürlük cəzaya məhkum olan tək,

   Olmadım heç zaman asudə qəmdən.

   

  

   Dinmədi

  

   Bir gözəldən xəbər aldım elini,

   Əlimi dostyana sıxdı, dinmədi.

   Dikib xeyli nəzərini üzümə,

   Mənalı-mənalı baxdı, dinmədi.

  

   Baxışından od götürüb alışdım,

   Xoş səsini eşitməyə alışdım.

   Bir az ordan, bir az burdan danışdım,

   Ürəyimin coşan vaxtı dinmədi.

  

   Dedim, ay qız, vurulmuşam mən sənə,

   Yenə bir demədi ki, qəsdi .

   Sol döşümə, ürəyimin üstünə

   Öz əliylə bir gül taxdı, dinmədi.

  

   qandısa, o, Yasinin sözündən,

   Sevinc yağdı, nur töküldü üzündən.

   Ayrılanda yanağına gözündən,

   İki damla yaş da axdı, dinmədi.

  

  

   Özünə məni

  

   Sevdin, mən sevdim, sonra bəs nədən

   Bələdin oduna, közünə məni?

   Əvvəldən ayrılmaq fikrin vardısa,

   Niyə öyrədirdin özünə məni?

  

   De, indi neynəyim, kimə əl açım?

   Bu dərdin əlindən ha yana qaçım?

   Günbəgün çoxalıb nisgilim, acım,

   Sən həsrət qoyandan üzünə məni.

  

   Yasinəm, daşımı gör hara atdın,

   Bir gündə yaramı min yol qanatdın.

   Axırda hicranın oduna atdın,

   İnanıb yadların sözünə məni.

  

  

   Yüklədin, fələk

  

   Salıb uzaqlara doğmalarımdan,

   Məni yaman yerdə təklədin, fələk.

   Vüsal laylasından şələ bağladım,

   Sən həsrət yüküylə yüklədin, fələk.

  

   Dağ boyda qəlbimi quma döndərib,

   Ha əzdin, üyütdün, muma döndərib,

   İndi sinəmi şuma döndərib,

   Dərd əkmək üçünmü ləklədin, fələk?

   Yasinəm, bəd yazıb alın yazımı,

   Qoydun gözlərimdə hər murazımı.

   Sənə etdim ki, könül sazımı

   Belə qəm üstündə köklədin, fələk?

  

  

   Yada məni

  

   Gözləməzdim, ay bivəfa,

   Atacaqsan oda məni.

   Verib dəyər-dəyməzinə,

   Satacaqsan yada məni.

   biləydim bir gündə sən,

   Min bir dona girəcəksən.

   Of demədən verəcəksən,

   Dar ayaqda bada məni.

  

   Nur yerinə qəm çilədin,

   Atəş töküb, od ələdin.

   Taleyimi qərq elədin,

   Salıb eşqdən cüda məni.

  

   Mən Yasinin, bilə-bilə,

   Gəncliyini verdin yelə.

   xeyri var indən belə,

   Lap salsan da yada məni.

 

Yasin Maarifoğlu

 

Mədəniyyət. - 2009.- 10 iyun.- S. 13.