Rüstəm Kamal: «Ədəbiyyatımızda oturuşmuş ədəbi proses yoxdur»

 

   Müsahibimiz Bakı Slavyan Universitetinin yaradıcılıq fakültəsinin dekanı, tanınmış ədəbiyyatşünas Rüstəm Kamaldır. Rüstəm müəllimlə rəhbərlik etdiyi yaradıcılıq fakültəsi, müasir ədəbiyyatımızın problemləri, janr yeknəsəkliyi, tərcümə işi barədə söhbətləşdik.

   - Rüstəm müəllim, siz daha çox konkret müəlliflərdən və onların əsərlərindən yazırsınız, ədəbiyyatın müəyyən bir dövrü, yaxud nəsr və poeziyamızın beş-onillik vəziyyəti haqqında icmal yazılar yazmırsınız. Bu nəylə əlaqədardır?

   - Yaxşı sualdır. İcmal yazılar yazmamağımın bir neçə səbəbi var. Birincisi, gərək ədəbi prosesi tam və müntəzəm izləyəsən. Bizim ədəbiyyatımızda isə təəssüf ki, oturuşmuş ədəbi proses yoxdur (“proses” sözündən xoşum gəlmir, hardasa məhkəmə assosiasiyası doğurur), ona görə də ədəbi prosesin bütövlükdə obrazını görə bilmirəm. İkinci səbəb odur ki, icmal yazılarda bir imza kütləviliyi var. Mən isə heç bir sahədə kütləviliyi sevmirəm. Üçüncüsü, fiziki cəhətdən bütün yazıları oxumaq və təhlil etmək həvəsim və imkanım yoxdur. Məni daha çox ədəbiyyatın fəlsəfəsi (metafizikası) maraqlandırır. Axı ay qardaş, Azərbaycan ədəbiyyatını araşdırmaq, təhlil etmək təkcə tənqidçilərin, şairlərin, yazıçıların işi deyil. Onun problemləri ilə ədəbiyyatşünaslar, kulturoloqlar, filosoflar daha ciddi məşğul olmalıdırlar. Azərbaycan ədəbiyyatı sosioloji, politoloji, kulturolojipsixoloji elmlərin araşdırma obyektinə çevrilməlidir.

   - Azərbaycanda lazımi səviyyədə dəyərini almamış yazıçı və şair varmı? Yəni onların yaradıcılığı kifayət qədər araşdırılmayıb? Siz məhz kimlər haqqında yazmaq istərdiniz?

   - Əslində Azərbaycan ədəbiyyatının etnik-tarixi obrazı hələ də ortada yoxdur. İş o yerə gəlib çatıbdır ki, qrammofonlarla əsl istedad sahibləri bir yerdə təqdim olunur. Üçüncü dərəcəli şairlər birinci sırada (həm klassik, həm sovet dövrü) verilir. Ədəbiyyatşünaslıqda alternativ fikirlərə, alternativ dərsliklərə imkan yaradılmır. Nə vaxtsa alternativ ədəbiyyat tarixi (fərqli metodoloji prinsiplərə əsaslanıb) yazmaq arzusundayam. Kimdən yazmaq istərdim? Nəsimi, Q.Bürhanəddin, M.P.Vaqif, A.Səhhət, Ə.Haqverdiyev. M.Ə.Rəsulzadə, M.F.Axundov. Y.Səmədoğlu, Ə.Salahzadə. Gördüyünüz kimi, siyahı uzundur, təki sağlıq olsun.

   - Bakı Slavyan Universitetinin nəzdində fəaliyyət göstərən yaradıcılıq fakültəsi haqqında nə deyərdiniz?

   - Fərid, bu haqda mətbuatda xeyli yazılıb və deyilib. Bu virtual fakültə görkəmli yazıçımız və alimimiz Kamal Abdullanın təşəbbüsü ilə yaradılıb. Sonra Mədəniyyət və Turizim Nazirliyi Gənc Ədiblər Məktəbini yaratdı. “Gənc Ədiblər Məktəbi” ayda cəmi bir dəfə kitabxana daxilində fəaliyyət göstərir. Yaradıcılıq fakültəsi isə dövlət universitetinin nəzdində müstəqil şəkildə fəaliyyət göstərir. Gənc Ədiblər Məktəbində yazarlarla görüş keçirilir, gənclər öz şeirlərini oxuyurlar, yaradıcılıq fakültəsindəsə fəlsəfə mədəniyyət tarixi, yunan-roma mifologiyası, ədəbi cərəyanlar və. s nəzəri kurslar tədris olunur. Yardıcılıq fakültəsinin konkret cədvəli, pedaqoq heyəti var. Gənc yazarların intellektual səviyyəsini qaldırmağa çalışırıq. Təbii ki, kifayət qədər çətinliklər də var.

   - Moskvada fəaliyyət göstərən M.Qorki adına Ədəbiyyat İnstitutu ilə yaradıcılıq fakültəsinin oxşar və fərqli xüsusiyyətləri hansılardır?

   - Fərqlər çoxdur. Əvvəla, M.Qorki adına Ədəbiyyat İnstitutu dövlətin müstəqil bir təhsil qurumudur. Yaradıcılıq fakültəsi isə Bakı Slavyan Universitetinin nəzdindədir. Onların 70 illik nəhəng tarıxi var. Digər tərəfdən, onların kadr potensialı çox güclüdür, bizdəsə bu sahədə problemlər var. Yaradıcılıq fakültəsi iki illik təhsil planı ilə yekunlaşır, M. Qorki adına Ədəbiyyat İnstitutunun magistraturaasprantura şöbələri var. Oxşarlıq da ondan ibarətdir ki, hər iki qurum ədəbiyyata, gənc yazarların istedadının püxtələşməsinə xidmət edir. Bu baxımdan məqsədimiz eynidir.

   - Bu gün çoxları roman yazdığını bəyan edir. Bu janr yeknəsəkliyi, sizcə, nəylə bağlıdır?

   - Bu fikirlə tamamilə razıyam. Azərbaycan ədəbiyyatında janr rəngarəngliyinin olmaması nəinki tənqidçiləri, oxucuları da bezdirib. Uşaq ədəbiyyatı, demək olar ki, yox səviyyəsindədir. Detektiv, fantastik ədəbiyyat haqqında nəinki heç kəs yazmır, hətta çoxları xəbərsizdir. Detektiv ədəbiyyatı ancaq Çingiz Abdullayev yazır, “bir gül ilə də bahar olmur”. Gənclər ədəbiyyatın dəbinə aldanıb romana keçiblər. Roman çox çətin janrdı. Təəssüf ki, çoxları bunu anlamır. İki yüz, yaxud üç yüz səhifə “gözüyumulu” mətn yazıb adını qoyurlar roman. Nəzər salanda görürsən ki, qarmaqarışıq mətnlərdi, nə süjet əməlli qurulub, nə də kompozisiyası var, hələ obrazlardan, dildən heç danışmıram. Bizim ədəbiyyatımızda yeni janrların yaranmaması bir yana, bəzi janrlarölür”. Məsələn, hazırda povest janrı, demək olar ki, yoxdur. Hansı ki, otuz-qırx il bundan əvvəl Azərbaycan nəsrinin ən aparıcı janrı idi. Siz Əkrəm Əylislinin, İsa Hüseynovun, İsi Məlikzadənin, Mövlud Süleymanlının povestlərinə nəzər salsanız görərsiniz ki, povest nəsrimizdə zirvədə dayanan janrlardan olub. Yenidən sənin sualına qayıdaraq demək istəyirəm ki, son dövr yazılan hekayələrin çoxu xalqa hekayə adı ilə sırınsa da, əslində hekayə deyil. Sadəcə olaraq, adi əhvalatdır, bir həyat fraqmentidir. Gənc yazara tənqidi fikrini, tövsiyəni bildirirsən, olursan “qanlı düşmən”. Orda-burda dalınca danışır, sənə “cik-cik” öyrədir.

   Rusiyadakı ədəbi mühiti izləsən görərsən ki, orada ciddi, maraqlı jurnallar hələ də çıxır. Bu jurnalların ətrafınada savadlı ədəbiyyat personajları - tənqidçilər, yazarlar, ədəbiyyatşünaslar toplaşıb. Ona görə də Rusiya ədəbiyyatında ədəbi proses durğunluq dövrü keçirmir, daim hərəkətlidir. Janr yeknəsəkliyi ədəbiyyata ciddi durğunluq gətirir. Təkrar edirəm ki, ədəbi prosesi sürətləndirmək təkcə tənqidçilərin, ədəbiyyatşünasları işi olmamalıdır. Bu işlə müəyyən dərəcədə, filosoflar, politoloqlar, sosioloqlar, kultroloqlar da ciddi məşğul olmalıdır. Rusiyada tanınmış bir neçə filosof var ki, rus ədəbiyyatından çıxıblar. Məsələn, N. Berdiyayev. P. Flarinski, L. Şestovb. rus klassiklərinin əsərlərini təhlil edib, əsərdəkı mental, psixoloji tərəfləri fəlsəfəylə əlaqələndirirlər. Hazırda Azərbaycan ədəbiyyatına bu cəhət yaddır, ədəbiyyatımız fəlsəfi-elmi sütunlara söykənmir.

   - Bəs sizüçün ədəbiyyat filosofu olaraq belə mətnlər yazmırsınız?

   - Birincisi vurğuladığın cəhət daha çox vaxt problemi ilə bağlıdır. Mən həm dərs deyirəm, həm də dekanam. Pedaqoji fəaliyyət imkan vermir ki, istədiyim mətnləri yazım. İkincisi, məqalələrim təvazökarlıqdan uzaqda olsa, deməliyəm ki, daha çox elmi-fəlsəfi sütunlara söykənir. Bu problem mənim, yaxud bir-iki ədəbiyyat filosofunun gücü daxilində həll edilə bilməz.

   - Sizcə, ədəbiyyatımızda tənqidçilərin sayı az deyilmi?

   - Sevinirəm ki, tənqidçilərin sayı azdır. Ümumiyyətlə, tənqid “qeyri-rentabelli” sahədir. Ədəbi tənqid başqa yazı üslubu sferasına keçməlidir. İndi ədəbiyyatımızda az da olsa maraqlı, ciddi tənqidçilər var, bəzi məqamları (nöqsan kimdə yoxdur ki) nəzərə almasaq, C.Yusifli, T.Əlişanoğlu, Ə.Cahangir, Qanturalı, Nərgiz Cabbarlı inandığım və bəyəndiyim tənqidçilərdir.

   - Son vaxtlar yazılan romanlardan hansıları oxumusunuz?

   -Yeni nəşr olunan romanları çox istəyərdim ki, oxuyum. Fəqət romanları əldə edə bilmirəm. Ən son oxuduğum Mövlud SüleymanlınınErməni adında hərf”, Kamal AbdullanınSehrbazlar dərəsi”, İlqar FəhmininAkvariumElçin HüseynbəylininŞah Abbasromanlarıdır. İlqar Fəhminin E. Hüseynbəylinin süjet instinkti diqqətimi çəkir. E. Hüseynbəylinin romanı haqqında məqalə yazmışam.

   - Tanınmış ədəbiyyatşünas alim kimi son illərdə respublikamızda filologiya sahəsində müdafiə olunan dissertasiyaların səviyyəsindən razısınızmı?

   - Təbii ki, bütün müdafiə olunan dissertasiyalardan xəbərim yoxdur. Maraqlı mövzulara da bəzən rast gəlinir, zəiflər daha çoxdur. Ancaq bir məsələ aydındır: Azərbaycanda filoloji məktəblər yaranmır. Yeni metodologiyalar elmi prinsiplər çətinliklə özünə yol açır, necə deyərlər, çevir tatı, vur tatı. Ədəbiyyatımızda araşdırılacaq o qədər mövzu var ki, onların zaman təsdiq olunacağını səbirsizliklə gözləyirəm. Azərbaycan ədəbiyyatşünaslığında çoxlu savadsız həvəskarlar var ki, onları müdafiə edəcəkləri mövzu yox, alacaqları elmi dərəcələr maraqlandırır. Müdafiə olunan mövzuların çoxu elmi aktuallığa malik deyil. Maraqlı filoloji araşdırmalar yox dərəcəsindədir.

   - Rüstəm müəllim, klassik şeirimizin realizə olunmamış imkanları mövcuddurmu?

   - Belə deyirlər ki, klassik şeirimiz müxtəlif obyektiv səbəblər (islam metafizikasının sıradan çıxması, proletar ideologiyasının mənfi müdaxiləsi) s. ucbatından tənəzzül etdi, sıradan çıxdı. Əslində klassik şeirimizöz əcəli ilə özyatağındaimkanlarını tükəndirərək ölüb. Əlbəttə, burada klassik şeirin mövcudluğunu təmin edən ictimai-sosial formaların itməsini səbəb kimi göstərə bilərik. Klassik şeirimizin realizə olunmamış imkanlarından danışmaq olmaz, ancaq klassik şeirin özü yeni tipli şeirin manipulyasiya üçün material ola bilər. Manipulyasiyanın mahiyyəti ondadır ki, klassik şeirin elementləri digər operativ imkanlara keçirilir müvafiq funksiyalarla təmin olunur. Bu, artıq geniş bir mövzudur.

   - Bu gün hamı sərbəst şeir yazır. Sizə elə gəlmir ki, sərbəst şeir daha çevik populyardır?

   - Mən hərdənbir filoloq kimi özümə sual verirəm: Azərbaycan verlibri mövcuddurmu? Mövcuddursa hansı yollarla? Müasir şeirimizi izləyirəm, belə bir qənaətə gəlmişəm ki, “səslənənsərbəst şeirlər əslində verlibr deyil, pozuq əruzda, yaxud hecada yazılmış mətnlərdir. Bu mövzuda istənilən adamla mübahisə aparmağa hazıram. Müasir Azərbaycan verlibri filoloqlar üçün əla aktual dissertasiya mövzusudur, kim istəyir gedib yazsın.

   - Tərcümə işinin vəziyyəti barədə deyərdiniz?

   - Tərcümə işinin hazırkı vəziyyəti çox acınacaqlıdır. Təəssüf ki, tərcümə məktəbimizlə, tərcüməçilik ənənəmizlə öyünə bilmirik. Tərcümə özfəaliyyət, yaxud həvəskar səviyyəsindədir. Məsələn, Gürcüstanda, Rusiyada tərcümə məktəbləri var. Gürcülər hətta o yazıçıları orijinaldan çeviriblər ki, Rusiyada belə onlar hələ tərcümə olunmayıb. Prezident sərəncami ilə çıxanRus ədəbiyyatı antologiyası” tərtib edərkən Baratiniskinin, Tütçevin, V. Xodaseveviçin hələ dilimizə tərcümə olunmadığının şahidi oldum. Xalqımız hələ Yaponiya, Çin, Hindistan, İtaliya ədəbiyyatı ilə kifayət qədər tanış deyil. Amma qeyd etməliyəm ki, prezident İlham Əliyevin sərəncamı müəyyən qədər bu problemin həllinə kömək edəcək. Bakı Slavyan Universiteti tərcümə işi sahəsində çox fəal işlər görür. Məsələn, “Filoloqun kitabxanası”, “Dünya nəsri”, “Türkologiyaseriyasından bir neçə dəyərli elmi bədii əsərlər dilimizə tərcümə edilib.

   - Gənc yazarlara tövsiyə edərdiniz?

    - Vallah, özümü ağsaqqal statusunda görmürəm. Çox istəyərəm ki, xalqımızın həyatını, tarixini yazsınlar. Azərbaycan insanının obrazını ədəbiyyatımıza gətirsinlər. Qəhrəmanların adı Əhməd dayı, batini aləmi Sem dayı olmasın. Yamsılamalardan müəyyən qədər tez qurtulsunlar. Çalışsınlar ki, öz üslublarını yaratsınlar. Çünki yazıçı həm də üslub deməkdir. Dilimizin gözəlliyini qorusunlar.

  

   Söhbətləşdi: Fərid Hüseyn

 

Mədəniyyət. - 2009.- 10 iyun.- S. 12.