Xilaskar missiyası
Bugünlərdə C.Cabbarlı adına
İrəvan Dövlət Azərbaycan Dram
Teatrı əməkdar incəsənət xadimi
Oruc İzzətoğlunun (Qurbanov)
quruluş verdiyi,
yeniliklərlə zəngin, Aqşin Babayevin “Xilaskar”
tamaşası ilə teatr ictimaiyyətinin
diqqətini özünə cəlb etdi.
Teatrın truppası ötən əsrin
90-cı illərinin olduqca mürəkkəb
tarixi şəraitini, bir
əsrdə müstəqilliyimizin ikinci dəfə
itirilmək təhlükəsi qarşısında
qaldığı özbaşınalıq dövrünü
əhatə edən və ulu öndər
Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı nəticəsində
hadisələrin öz məcrasına
dönməsinə həsr edilən epik,
sənədli-publisistik tamaşası ilə teatr
tariximizdə təcəssümünü az-az
reallaşdıran tam stenoqrafiya
əsasında bədii cəsarətlə canlandırdı.
Teatrın bu layihəsində ən
diqqəti cəlb edən yenilik isə ulu öndərin canlı obrazını dolğunluqla, bədii vüsətlə
canlandıra bilməsində idi. Bu, cəsarətlə demək olar
ki, milli
teatrımızın tarixində yeni səhifədir.
Stenoqrafiyadan bəhrələnən
siyasi publisistika tarixən
bəlli olan gerçəkliklər üzərində
qurulduğundan, tamaşaçı tərəfindən
şərtsiz və güzəştsiz dəqiqlik tələbi
ilə qarşılanır. Bu baxımdan bəlli hadisələrin soyuq
faktlar kontekstindən
çıxarılıb, bədii ümumiləşdirmələr
yolu ilə səhnədə təcəssüm
etdirilməsi rejissordan mükəmməl
və biçimli quruluş
tələb edirsə, aktyor truppasından
da məharətli oyun
tərzi və sənət səmimiyyəti istəyir.
Açıq etiraf etməliyəm ki, bu əsər teatrdan çox efir, radio teatrı
estetikasına yaxındır. Aktyor
ansamblının təbii oyunu sayəsində
rejissorun reportaj xarakterli soyuqqanlı efir
publisistikasını ehtiras, məslək
toqquşmaları, konfiliktlərlə dolu
oyun tərzi ilə gerçəkləşdirməsi
tamaşanın uğurlu məziyyətlərindən
biridir. Teatrın bu əsərə müraciət edib, ədəbi material
üzərində səbr və professionallıqla iş aparması, hadisələrin dram janrına uyğun
ardıcıllıqla, qırılmaz sujet
xətti üzrə düzülüşü
bir daha teatrın repertuar seçimində qüsursuz,
zərgər dəqiqliyi ilə siyasətini
qurmasından xəbər verir.
Mübaliğəsiz demək lazımdır ki, teatr
qarşısına qoyduğu layihəni zövq və səbrlə reallaşdıra bilib. Bunu bir daha siyasi tamaşalara bir o qədər də
alışmayan, Azərbaycan tamaşaçılarının
“Xilaskar” tamaşasından sonra
salonu tərk etmək əvəzinə,
hamılıqla səhnəyə, aktyorlara
tərəf hərəkət etməsi, uzun
müddət yaradıcı heyəti alqışlaması, gül-çiçəyə tutması da
təsdiq edir. İstər Bakı
tamaşaçıları qarşısında, istərsə
də may ayının 24-dən 30-na kimi Azərbaycanın Qərb bölgəsində
- Samux, Goranboy,
Daşkəsən, Naftalan, Laçın,
Ağcabədi, Ağdam, Qazax
və Ağstafada olsun,
hər yerdə bu tamaşa eyni məhəbbət
və maraqla
qarşılanmışdır. Teatr qastrol səfərində olduğu hər bölgədə “Xilaskar” tamaşasına görə truppa və baş rolun ifaçısı İftixar
Piriyev tamaşaçı məhəbbəti
ilə mükafatlandırılaraq rayon icra hakimiyyətlərinin də fəxri fərmanları
ilə təltif edilmişdir.
Tamaşada təcəssüm etdirilən
hadisələr xalqın tələbi ilə ulu
öndərin Bakıya qayıdışı ilə
başlanır. Heydər Əliyev bu gəlişi
belə izah edir: “Mənim
doğma torpağa
qayıtmağım ancaq respublikanın bu ağır, bu çətin
dövründə öz vətəndaşlıq
borcumu yerinə yetirməyimlə,
azadlıq uğrunda mübarizəyə
qoşulmağımla bağlıdır”.
Bu müqəddəs amal
uğrunda siyasi hərəkata
qoşulan Heydər Əliyev parlamentdə
sərt maneələrlə üzləşməli olur. Sədr-xanım ona hələm-hələm
çıxış üçün söz vermir,
deputatların Heydər Əliyevə sualları olduğunu bəhanə edərək diqqəti
problemlərdən yayındırmağa
çalışır. Söz veriləndə
isə Heydər Əliyev deputatların “reqlament”
deyə çığırışmaları, döşəməyə
ayaqdöymələri ilə qarşılaşır.
Qapalı toplantıda sədr-xanım əlaltı
deputatlarını Heydər Əliyevə qarşı onun kimi faktlarla
silahlanıb, çıxış etməyi və ondan şikayət məktubları təşkil
etmələrini tələb edir.
Heydər Əliyev heç vaxt fikir müxalifətçiliyinin
əleyhinə olmamışdır. Bunu özü də dönə-dönə
çıxışlarında qeyd etmişdir: “Kim müxalifətdə
durursa-dursun, ancaq vətəninə,
xalqına, mənəviyyatına, məsləkinə müxalif durmasın”.
Mahir siyasətçi parlamentdə təklənsə
də, bu haqsızlıqlara vətən və
xalq naminə səbrlə dözür,
geri çəkilmir. O görür ki, xalqı düşdüyü uçurumdan
xilas etmək üçün
öncə onu bu
yarıtmaz, şəxsi maraqlarını milli
maraqlardan üstün
tutan parlamentin və onun üzdəniraq “millət vəkili”
libası altında gizlənən siyasi
intriqabazlarından, qanunverici orqanı
“siyasət bazarı»na çevirənlərin cəngindən azad etmək lazımdır. O, “Xalqın,
vətənin taleyi hər bir
insanın taleyinə çevrilməlidir!” - deyə, Azərbaycanın
hər bir azərbaycanlının taleyinə
dönməsinə çalışır.
Tamaşanın əsəblər gərilən kuliminasiya məqamında, Heydər Əliyev
çıxışlarının birində bu
yarıtmazlara öz münasibətini belə
bildirir: “... Mən hiddətlənirəm ki, bəzi adamlar barmaq-barmağa vurmayıblar, Azərbaycandan kənarda
gəzirlər, kabinetlərdə cürbəcür işlərlə
məşğul olurlar, başlayıblar
işarə verməyə ki, kimsə kreslo tutmaq istəyir. Mən heç bir
kreslo tutmaq istəmirəm.
1991-ci ilin fevral
ayında bu salonda, bu tribunadan
çıxış edərkən demişdim
- mən Azərbaycanla, xalqımla bir yerdə
olmaq və xalqımın bu
ağır günündə ona kömək
olmaq üçün
gəlmişəm!”
Tamaşada Ulu Öndər “kabinetlərdə
cürbəcür işlərlə məşğul olurlar” deyəndə parlament
binasında cəsusluq şəbəkəsi yaradan,
həmkarlarının üzünə gülüb,
arxasınca xəlvəti zənglər edib
onları “donos”ları ilə ləkələyən saqqal həmzələri (xalq artisti
Süleyman Nəcəfov), arxiv
sənədlərini şəxsi biznesinə çevirən sədr-köməkçisini
(Elnarə Heydərova), pullu deputat, parlament “kəndxudası”nı
(Nazir Rüstəmov), intiharı ilə rəyasət
heyətini hədələyən hoqqabaz
intiharçını (Samir Bayramov), ağsaqqal
maskası altında gizlənib, yerlibazlığı müdafiə edənləri (Məhərrəm Rzayev), gənclər adından boğazdan
yuxarı danışan qaragüruhçuları (Nurbəniz
Niftəliyeva, Pərviz Gülməmmədov), vəzifəsini
itirməkdən qorxan sədr-xanımları
(xalq artisti Elmira İsmayılova), ikibaşlı siyasət
aparanları (Niyaməddin Səfərəliyev) və başqalarını
nəzərdə tutur.
İnsafən qeyd etməliyəm ki, yaratdıqları obrazları xəsis dolğunluqla gülüş
və nifrət hədəfinə çevirən adları sadalanan aktyorlar,
qarşılarına qoyulan vəzifənin
öhdəsindən bacarıqla gəliblər.
Həqiqət və haqq zəfər
çalır. Ulu Öndər məntiqli, inkaredilməz faktlara istinad edərək
alovlu çıxışları ilə
məfkurələrə, dinlərə, dillərə və siyasi bloklara
parçalanmış, parlamentin sağlam qüvvələrini - Ədaləti
(Əhliman Ərşadov), ziyalıların ümumiləşmiş
obrazı kimi təqdim olunan
şairi (əməkdar artist
Vaqif Kərimov), sədaqətli
silahdaşını (Məhərrəm Musayev)
öz ətrafında birləşdirərək
məharətlə “Xilaskar”
missiyasını həyata keçirir.
“ Azərbaycan ən qədim zamanlardan
dinlərin, dillərin və mədəniyyətlərin təmas
və ünsiyyət yeri olmuşdur”.
Bu fikir
tamaşanın rejissoru və rəssamı
Oruc İzzətoğlunun (Qurbanov)
səhnə yozumunda özünün
maraqlı bədii obrazını tapmışdır. Rejissorun tamaşanı epik
planda həll edib, bunu dəqiq seçilmiş
aktyor ansamblı ilə
reallaşdırması tamaşanı daha
da canlı və məzmunlu etmişdir. Tamaşada iki teatr məktəbi -
hiss-həyəcan və epik teatrın oyun dəsti-xətti bir-birini
tamamlayaraq paralel
yaşayır. Tamaşa gah
salonu həyəcana gətirir, gah da soyuqqanlı izləyici
mövqeyi ilə ibrət məqamına
çatdırır.
Belə ki,
tamaşaçı salona daxil
olarkən milyonlarla insanın foto-banerlərdə
çiyin-çiyinə super-pərdə əvəzi onu qarşılaması ilə üzləşir
və çox keçmir
ki, Üzeyir Hacıbəyovun
“Koroğlu” operasının əzəmətli
uvertürasının sədaları altında bu “divar-insanlar” hərəkətə
gələrək altı hissəyə, parlament
bloklarına, fraksiyalara parçalanaraq
səhnə boyu bir-birinə zidd, əks istiqamətlərə üz tuturlar.
Tamaşanın sonunda Heydər
Əliyev parlamentin sədri seçildikdən
sonra parçalanmış bu insanlar Fikrət
Əmirovun “Azərbaycan” kapriççiosunun
sədaları altında yenidən hərəkətə gəlib
Ulu Öndərin ətrafında sıx
birləşirlər. Və teatrın səhnəsində
siyasət meydanına yad olan
sədr-xanımları, sədr əvəzləyicilərini bu insan-divarlar qabağına
qatıb, səhnədən endirərək salonu,
parlamenti tərk etməyə məcbur
edirlər. Bu səhnə mizanı ilə
teatr bir daha vurğulayır - belələrinə nə
teatrda yer
olmalıdır, nə də siyasət meydanında!
Beləliklə, rejissorun bu mürəkkəb səhnə
kompozisiyası metaforik dillə “Heydər-Xalq”
şüarına çevrilir.
Tamaşanın ən prinsipial
və uğurlu cəhəti Rəhbərin
obrazının səhnə təcəssümüdür.
İstedadlı teatr təşkilatçısı,
İrəvan teatrının direktoru, əməkdar
mədəniyyət işçisi İftixar Piriyevin on ildən sonra belə bir məsuliyyətli işlə səhnəyə
qayıtması əlamətdar hadisə kimi
qiymətləndirilməlidir. Aktyorla rejissor bu obrazın səhnə
təcəssümündə düzgün
və canlı seçim ediblər. Aktyor dahi rəhbərə xaricən tam oxşamasa da, lakin onun
səhnəyə ilk gəlişindən
diqqəti cəlb edən inamlı yerişi,
qətiyyətli nitqi, oxşar
səs tembiri və vurğulu
ahənglə ifadə etdiyi cümlələr,
elə ilk andan
tamaşaçıda bu tərəddüdü
yox edib onu heyranlıqla izləməyə, Öndərin
həyəcanı, amalı, fikirləri ilə yaşamağa cəlb edir.
Bugünkü yeni nəsil
üçün də ən vacibi tamaşanın bu uğurlu cəhətidir. Ən vacibi aktyorun səhnə
davranışı, yaşantıları ilə təsəvvürümüzdə
yaranan obrazın vəhdət
halıdır. Belə olduqda salonla səhnə arasında teatr
sənətinin vacib elementi
sayılan “tanınma” da daha
tez yaranır və tərəddüdsüz
qəbul edilir.
Bu gün Azərbaycan teatrında təşkilati
və iqtisadi sahəni mükəmməl
bilən yaradıcı direktorlara da boyük ehtiyac
duyulur, truppanı öz
ardınca apara bilən, onu
yaradıcı enerji ilə fasiləsiz təmin
etməyi bacaran “generator”
aktyorlara da. İftixar Piriyevin son işi göstərdi ki, o, bu
iki sahənin ikisini də
bacarıqla teatr praktikasında tətbiq
etməkdədir.
Tamaşada məşğul olan aktyorların rejissor tərəfindən
qarşıya qoyulan ali
məqsədə doğru vahid
ansambl şəklində oyun
tərzi aparmaları tamaşanı daha da cazibəli və baxımlı edir.
Tamaşanın musiqi tərtibatçısı
Miranda Qurbanovanın yerli-yerində “Azərbaycan
kopriççiosu»ndan
istifadə etməsi tamaşaçını hadisələrə
cəlb etməklə gah düşündürür,
gah da dinamikanı, gərginliyi
artırmaqla, aktyorlar tərəfindən
dəqiqliklə həyata keçirilən fikir
yükünü daha da mənalı edir.
İrəvan Dövlət Azərbaycan Dram Teatrının “Xilaskar”
tamaşası bir daha
təsdiq edir ki, müasir teatrın təkcə
reallığı dərk etməsi və müşahidəçi
qismində bu reallığın ibrətamiz
həqiqətlərini əks etdirməsi müasir
tamaşaçı üçün kifayət
deyildir, teatr eyni zamanda bu
həqiqətlərin dərk edilməsi prosesindən
öncə özü fərəh
duymalı, gerçəklikdə aparılan yeniliklərdən
həzz almalıdır ki,
tamaşaçılara da bu
fərəhi və həzzi yaşada bilsin. Əsl sənət əsəri heyrət
və həzz üzərində yarandığından,
duyğularımıza ötürülərək xatirələrdə
həmişəlik yaşayır. Teatrın şoudan
üstünlüyü, mahiyyəti və
təkrarolunmazlığı da
bundadır. Şou
tamaşaçını heyrətləndirsə də, həzz
bəxş etmək iqtidarında deyil. Buna görə də onun ömrü birgünlük,
teatrın ömrü isə əbədidir.
Tamaşa Müslüm
Maqomayevin “Azərbaycan” musiqisinin
gur akkordları altında, aktyor
İftixar Piriyevin
ifasında Heydər Əliyevin həyat eşqi
ilə dolu nikbin
sözləri ilə bitir.
Aytən
Mədəniyyət. - 2009.- 10 iyun.- S. 5.