İndi isə reklamlar

 

Ancaq televizoru söndürün

 

Reklamçıların indi hər bir istehlakçının “beyni” üçün vuruşduğu dövrdə yaşayırıq. Əslində Azərbaycanda reklam bumu ötən əsrin 90- illərində başladı insanlar illərlə informasiya qıtlığında yaşadıqları üçün bu reklamlar onlar üçün bir növqidamənbəyi rolunu oynadı. Həmən dövrdə hansısa reklamda səslənənlər hətta dillər əzbərinə çevrilirdi. Küçələrə vurulmuş reklam lövhələri isə diqqətlə izlənirdi. Sonralar məlumat mənbələrinin sayı artdıqca insanlar daha az reklamları yadda saxlamağa nəzər yetirməyə başladı. Əvvəllər televiziya, qəzet radio mənbələri var idisə, indi küçədə hər addımbaşı yerləşdirilmiş bilbordlar, İnternetdə banerlər, magazalarda asılan plakatlar, evlərə hətta ofislərimizə göndərilən kitabcalardan, belə demək mümkünsə, təngə gəlirik. Bizim üçün yeni olan reklamın bu ya digər dərəcədə bazarı formalaşmaqla ənənələri yaranıb. Reklam işini nəzərdən keçirəndə demək olar ki, bu sahədə reklam verən, reklam vasitəsi istehlakçı arasında dairə qapanmadığından bizdə reklam mədəniyyəti tam formalaşmayıb.

 

Reklamı harda izləyərlər?

 

Televiziya əsas reklam mənbəyimiz olaraq qalır. Demək olar ki, reklam izləyənlərin yarısı televiziyanın imkanlarından bəhrələnir. bunların da müəyyən hissəsi burada nümayiş etdirilən reklamlara etibar edir. Maraqlısı da odur ki, TV reklamı çox cüzi faiz insanı reklam olunan məhsuldan istifadə etməyə həvəsləndirir. Deməli, televiziyada gedən reklamlara hələ etibar yoxdur onların yalan olduqlarını hesab edənlər var...Məşhurluğuna görə ikinci yerdə küçədə yerləşdirilən reklam şitləri (bilboard) magazalardakı plakatlar durur. Lakin əgər 5 nəfər küçə reklamlarına fikir verirsə onlardan yalnız biri həmin yerlərdə gördüklərinə inanır. Radio reklamı diqqəti cəlb etməsinə görə reytinqin üçüncü pilləsində saymaq olar. Burada da reklamı izləyənlərlə, ona inananlar arasında ciddi faizli fərq var. Son dövrlərdə daha geniş yayılmış avtobusların üzərində olan reklamlar isə yeni məlumat mənbəyidir. İnsanların avtobuslarda olan reklamları görmələrinə baxmayaraq, demək olar ki, nəqliyyatda reklamı söhbət mövzusuna çevirib, reklam olunan məhsula maraq göstərən yoxdur. Bir faktı xatırladım. Mətbuat aləminə qədəm qoyan bir qəzetin marşrut avtobuslarına böyük həcmli reklamı yerləşdirilmişdi. Lakin reklam effekt vermədi qəzet uğursuzluğa düçar oldu. Avtobuslarda reklam yerləşdirənlərin düşünməklərinə dəyər... Bunun ardınca isə metro stansiyalarında, qəzet jurnallarda reklam, İnternetdə reklam sairlərini göstərmək olar.

 

Reklam inam

 

Görəsən, biz niyə reklamlara etibar etmirik? Hələ çoxluq bu fikirdədir ki, reklam malın keyfiyyətli olmasına zəmanət verən göstərici deyil. Bəlkə ona görə ki, bu gün pul verib keyfiyyətsiz nəsnəni reklam etmək olar. Amma əslində reklam şəffaflığın sinonimi olmalıdır. Hər hansı bir mal reklam edilirsə, demək, o, bazarda öz yerini tutur hansı malın reklamı yoxdursa, ondan ehtiyat etmək lazım gəlməlidir. Bilməliyik ki, mal səhiyyə nəzarətindən, ekspertlərin rəyindən keçərək reklam olunur. Tutaq ki, bir telekanal qənd sexlərindəki antisanitariyadan qalmaqallı verilişi ekrana çıxarır üstündən az keçməmiş bu sexlərin malı elə həmən telekanaldaca reklam olunur. Halbuki həmən verlişə qədər heç həmən sexlər o telekanala reklam vermirdilər. Küçə reklamlarında isə istehlakçıya düzgün informasiya verilmir. Buradaən”, “təkcə”, “yalnızkimi qeyri-dəqiq terminlərdən geniş istifadə olunur. Eyni ərzaq məhsulu istehsal elən müxtəlif şirkətlərin hər biri özü-özlüyündə, məsələn, ”ən yaxşı" yaən dadlısözünü işlədir. Burada da istehlakçıda çaşqınlıq yaranır. Yaddan çıxarmaq olmaz ki, “ən yaxşı”, “ən dadlı digər bu kimi sözləri yalnız yalnız tamaşaçı, istehlakçı deyə bilər. Ümumiyyətlə isə kreditli mal alışı ilə bağlı olan reklamların əksəriyyətində məlumatlar bilərəkdən tam verilmir. Deyilən ünvana yollanan alıcı isə şərtlərin heç sərfəli olduğunu görmür.

 

Reklamını göstər, deyim kimsən

 

Reklamın əhəmiyyəti əmtəə və xidmətlərin mövcudluğunu geniş auditoriyaya çatdırmaqdır. Reklam pullu fəaliyyət növüdür, həm incəsənətin bir çox elementlərindən istifadə baxımından mədəniyyət aktıdır. Lakin informasiya vasitələrində yayımlanan reklamların əksəriyyəti xarici reklamların dilimizə tərcümə edilmiş formasıdır bu reklamları təkrar-təkrar o qədər verirlər ki, əslində izləyicilərdə həmin məhsula qarşı mənfi rəy formalaşır. Yerli reklam bazarına əcnəbi reklam çarxlarının buraxılması milli reklamçılığa da böyük zərbə vurur. Yəni hər hansı şirkət Ukraynada reklam hazırlayarkən bilir ki, heç bir xərc çəkmədən reklamlarını bizdə nümayiş etdirmək imkanına malik olacaq. Həmin şirkət Azərbaycanda hansısa reklam şirkətində sifariş vermədən televiziya kanallarından birində reklamını yayımlamaq imkanı qazanır. Beləliklə öz məhsulunu Azərbaycan bazarına gətirən şirkət ikinci dəfə reklam çəkmək problemi ilə üzləşmir. Belə reklamlar isə auditoriyanı qıcıqlandırmaqdan başqa heç bir rol oynamır. Ən azı qüsurlu tərçümə reklam işinə olub-qalan inamımızı da sarsıdır. Ümumiyyətlə, bizdə reklam mətnləri qədər fantaziyadan yaradıcılıq elementlərindən uzaq, şablonluq üzərində qurulmuş heç təsəvvür etmirəm. Bunun üzərinə dilimizin bərbad günə qoyulmasını da konkret faktlarla əlavə etmək olar.

 

Fantaziya yox, mətn yox   

 

Xarici ölkələrdən götürülən reklamlar elə tərcümə edilir ki, bilmirsən, bu uşaq səsidi, kişi səsidi, yoxsa qadın? Demək olar ki, bütün telekanallarda diş məcunları (guya həkim ancaq bunu məsləhət bilir), şampunlar, kompyuterlər, özəl səhiyyə xidməti tam eyni mətn, eyni üsulda reklam edilir. Səhiyyə reklamları, elə bil orada işləyən həkimlər haqqında sənədli filmdir, iclasa toplaşıblar. Digər mallar isə reklamdan çox elana bənzər təqdim edilir, əladır, filan ünvanda sairə. Xüsusilə şadlıq evlərinin şablon reklamı elə bil toy videoçuları tərəfindən çəkilir. Əvvəlcə dəbdəbəli bina görünür, sonra bəy-gəlin taxtı, sonra mətbəx təqdim edilir. Məgər toy mərasimi ilə bağlı fantaziyamız işləmir? Əksinə, belə evlərin reklamında mətbəx imkanları təqdim edildikcə adam toya atmalı olduğu paranı fikirləşib kanalı dəyişmək istəyir. Daha bir fakt. Nədənsə yerli reklamlarımızda hətta xarici malı övlad-valideyn, qayınana-kürəkən çəkişməsi fonunda reklam edirlər. Bu, bəsitliyin, reklam ciddiyyətinin elementar məişət səviyyəsinə endirilməsidir. Biz hələ reklama çəkilən aktyor müğənnilərimizin bu işdə səmərəsizliyindən söhbət aça bilərdik. Amma yəqin ki, reklam bazarı formalaşdıqca bu səmərəsizliyə son veriləcək.

 

Yaradıcılıqdan keçməyən reklamlar

 

Səmərəli reklam üçün yaxşı rejissor, ssenarist, keyfiyyətli avadanlıq və səs operatoru tələb olunur. Rejissorlarımız reklamların yüksək səviyyəli olmamasını lazımi texniki avadanlıqların yoxluğu ilə əlaqələndirirlər. Amma hər bir problemi texniki avadanlığın olmaması ilə əlaqələndirmək düzgün deyil. Ciddi tələblərlə yanaşma məqsəd olaraq seçilməlidir. Bu gün reklam bazarı pis-yaxşı inkişaf edir. İndi institutlarda reklam fakültəsi açılıb. Gənclər hazırda bu işə çox maraq göstərirlər. Reklamla məşğul olmaq o demək deyil ki, təkcə küçədə bilboard qoyasan. Bu yaxşı rəssam, dizayner istəyir. Bu gün Azərbaycandakı böyük şirkətlərdə yaxşı marketoloqlara, piar işləri görən yaxşı menecerlərə ehtiyac var. Bunlar çox vacib incə işlərdir. Çünki milli reklamımız həm mədəniyyətimizin xidmətçisi olmalıdır.

 

 

Sabutay

 

Mədəniyyət.- 2009.- 10 iyun.- S. 4.