Qətər mədəniyyəti Bakıda

 

Son illər beynəlxalq aləmdə mədəniyyətlərarası dialoqun mərkəzinə çevrilən Azərbaycan bir çox mədəniyyət tədbirlərinə ev sahibliyi etməkdədir. Demək olar ki, əksər dünya dövlətləri ilə mədəni əlaqələri yüksək səviyyədə olan ölkəmiz bu münasibətləri günü-gündən genişləndirir. Bu xüsusda İslam ölkələri ilə mədəni əlaqələri qeyd etmək yerinə düşər. Məlumdur ki, bu il Bakı İslam Mədəniyyətinin Paytaxtı elan edilib. Bundan əlavə, Bakıda İslam Konfransı Təşkilatına üzv olan dövlətlərin mədəniyyət nazirlərinin toplantısının keçirilməsi gözlənilir. İslam ölkələri ilə geniş əlaqələrin olmasını təsdiqləyən digər məqam da Azərbaycanda tez-tez İslam ölkələrinin mədəniyyət günlərinin həmin ölkələrdə Azərbaycan mədəniyyət günlərinin keçirilməsidir. Bu günlərdə Azərbaycanda Qətər dövlətinin mədəniyyət günlərinin keçirilməsi məhz İslam ölkələri ilə Azərbaycan arasında olan qarşılıqlı mədəni münasibətlərə bir nümunədir.

 

Qeyd edək ki, bu gün Qətər İslam dünyasında özünəməxsus milli mədəniyyət nümunələri ilə tanınır. Ümumiyyətlə, bu dövlət İslam dünyasında həm ictimai-siyasi, eləcə mədəni baxımdan xüsusi çəkiyə malik ölkələrdəndir. Odur ki, bu ölkənin paytaxtımızda baş tutan mədəni aksiyasının marağa səbəb olması təbiidir. Elə buna görə , dünən Bakı bu ölkənin mədəniyyətin təntənəsinə bürünmüşdü. Mədəniyyət Günlərində Qətərin İncəsənət İrs Milli Şurasının Baş Katibi Mübarək Bin Nasir Əl-Xəlifənin rəhbərliyi altında 58 nəfərlik nümayəndə heyəti iştirak edir.

12-ə qədər davam edəcək tədbirə Muzey Mərkəzinin həyətində start verildi. Tədbirin açılışında Azərbaycan mədəniyyət turizm naziri Əbülfəs Qarayev Qətərin Mədəniyyət, İncəsənət İrs Milli Şurasının Baş Katibi Mübarək Bin Nasir Əl-Xəlifə iştirak edirdilər. Son dövrlər ölkələrarası mədəni əlaqələrin inkişafından bəhs edən Əbülfəs Qarayev bu tədbirin Qətərlə Azərbaycan arasında mədəni münasibətlərin intensivləşməsinə hesablandığını vurğuladı: "Biz çalışırıq ki, belə tədbirlər tez-tez keçirilsin. Bu kimi görüşlər ölkələr arasında dostluğun möhkəmlənməsində mühüm vasitədir".

Qətərin Mədəniyyət, İncəsənət və İrs Milli Şurasının Baş Katibi Mübarək Bin Nasir Əl-Xəlifə isə çıxış edərək belə tədbirlərin keçirilməsinin əhəmiyyətini diqqətə çəkdi. O, gələcəkdə də Azərbaycanla Qətər arasında mədəni əlaqələrin genişlənməsinə, mədəniyyətlərin təbliğinə xidmət edəcək bu kimi layihələrin gerçəkləşməsinin mühüm əhəmiyyət daşıdığını qeyd etdi.

Tədbirin rəsmi hissəsindən sonra Muzey Mərkəzinin həyətində Qətər milli rəqsləri nümayiş etdirildi.

Bundan sonra nazirlər və eləcə də tədbir iştirakçıları Qətərin mədəniyyət nümunələrini seyr etdilər. Sərgidə sözügedən ölkənin xınaçılıq, gəmidüzəltmə, xalq şirniyyat növləri, ətirlər, toxuculuq nümunələri sərgiləndi. Sərgidə qoyulmuş iri monitor vasitəsilə Qətərin mədəniyyəti, qədim abidələri, görməli yerləri nümayiş etdirilirdi.

Mədəniyyət günləri çərçivəsində Muzey Mərkəzində Qətər və onun adət-ənənələri haqqında qısametrajlı sənədli filmlər də nümayiş etdirildi, təsviri sənət nümunələrindən ibarət sərgi təşkil olundu.

Qətərin bu günü və keçmişini əks etdirən filmlər vasitəsilə ölkə haqqında müəyyən təsəvvür yaranmış oldu. Qədim mədəniyyətə malik Qətərin milli adət-ənənələrini əks etdirən ilk film sənədli olsa da sanki bədii ornamentlərlə bəzədilmişdi. İkinci filmdə isə daha çox dini amillər göstərilmişdi. Qətər müsəlman ölkəsi olmaqla bərabər, öz qədim adətlərini saxlamaqda davam edir. Filmdə əsasən dini ayinlərin yerinə yetirilmə qaydaları, müxtəlif rituallar öz əksini tapmışdı.

Filmlərin nümayişinin ardınca mədəniyyət günləri R.Behbudov adına Dövlət Mahnı Teatrında davam etdirildi. Mərasimdə Qətər nümayəndə heyəti ilə yanaşı Azərbaycan Respublikasının mədəniyyət turizm naziri Əbülfəs Qarayev, nazir müavini Ədalət Vəliyev var idi. Maraqlıdır ki, tədbir heç bir təqdimat olmadan birbaşa musiqi nömrələri ilə başlandı. Bir növ folklor musiqiləri çələngini xatırladan nömrələrdə kişi qadınlardan ibarət bir neçə rəqs qrupu iştirak edirdi. Proqramda həm dini, həm xalq musiqilərindən ibarət kompozisiya diqqəti cəlb edirdi. Dini görüşlərlə bağlı ifalar solo ud nömrələri tamaşaçılar tərəfindən daha çox alqış qazandı.

Onu da qeyd edək ki, Azərbaycanda Qətər Mədəniyyət Günləri iyunun 12-dək davam edəcək. Mədəniyyət günləri çərçivəsində M. F. Axundov adına Milli Kitabxanada Dr. Xalid Yusif Ər-Dərbəşti tərəfindən Qətərdə investisiya imkanları barədə mühazirə oxunacaq, Rəşid Behbudov adına Mahnı Teatrında isə folklor rəqs qrupunun çıxışı olacaq. Bundan başqa eyni proqramla nümayəndə heyətinin 10 iyun tarixində Mərdəkan qəsəbəsinə, 11 iyun tarixində isə Suraxanı rayonuna səfəri planlaşdırılır.

 

 

Mədəniyyət.- 2009.- 10 iyun.- S. 2.