Faiq Ramazan oğlu Zöhrabov

 

   Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Tanınmış rejissor, pedaqoq Faiq Ramazan oğlu Zöhrabov 2009-cu il iyun ayının 5-də ömrünün 70-ci ilində vəfat etmişdir.

   F.Zöhrabov 1939-cü il iyul ayının 16-da Bakı şəhərində anadan olmuşdur.

   O, 1957-1960-cı illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında rəqqas kimi fəaliyyətə başlamışdır. 1963-1968-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində təhsil almışdır. İnstitutu bitirdikdən sonra, həmin təhsil ocağında «Aktyor sənəti» kafedrasında müəllim kimi fəaliyyətini davam etdirmişdir. 1965-1972-ci illlərdə F.Zöhrabov Bakı Pioner və Məktəblilər Parkının direktoru, 1972-1975-ci illərdə Aktyor Evinin, 1975-1977-ci illərdə Səyyahçılar və ekskursiya bürosunun direktoru vəzifələrində işləmişdir.

   1968-1985-ci illərdə F.Zöhrabov İncəsənət İnstitutunda aktyor sənətindən dərs demişdir.

   1985-88-ci illərdə o, Dağıstan Dövlət Ləzgi Musiqili Dram Teatrına dəvət olunmuşorada 4 il baş rejissor vəzifəsində çalışmışdır. Bu dövrdə rejissor A.P.Çexovun «Elçilik», A.Şirvanzadənin «Nakam qız», Q.Lezqinsovun «Dağlar oğlu», N.Hikmətin «Bayramın birinci günü», Ü.Hacıbəyovun «O olmasın, bu olsun» və s. tamaşalarına quruluş vermişdir.

   1988-ci ildən F.Zöhrabov Tədris Teatrının direktoru və İncəsənət Universitetinin «Musiqili teatr» kafedrasının dossenti, daha sonra isə kafedra müdiri olmuşdur.

   1999-cu ildən sənətçi Azərbaycan Dövlət Musiqili Komediya Teatrında quruluşçu rejissor kimi fəaliyyətini davam etdirmiş, burada «Dəli dünya», «Bankir adaxlı», «Məhəbbət oyunu», «Talelər qovuşanda», «Aldın payını, çağır dayını» və s. kimi bir-birindən maraqlı tamaşalar hazırlamışdır.

   Gözəl, təvazökar insan, rejissorpedaqoq Faiq Zöhrabovun işıqlı xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

   Allah rəhmət eləsin!

 

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi,

Azərbaycan Dövlət Musiqili Komediya Teatrı

 

Mədəniyyət. - 2009.- 10 iyun.- S.2.