“Lahıc ritmləri” Ukrayna “İrpen Film” Beynəlxalq Festivalında
Film bundan əvvəl Riqada mükafat alıb
Rejissor Fariz
Əhmədovun “Lahıc
ritmləri” sənədli
filmi iyunun 13-14-də Ukraynanın paytaxtı Kiyev şəhərində
keçiriləcək “İrpen
Film” Beynəlxalq Festivalında
Azərbaycanı təmsil
edəcək. Festivalın təşkilat komitəsinə
48 ölkədən 286 film təqdim edilib. Seçilmiş 50 film arasında “Lahıc ritmləri” də daxildir. Festival 7 nominasiya üzrə
keçirilir və hər nominasiyada 7 film iştirak edir. Festivalın özünəməxsus
cəhəti ondan ibarətdir ki, qalibləri münsiflər
heyəti yox, filmi izləyən tamaşaçılar müəyyənləşdirəcək.
Xatırladaq ki, “Lahıc ritmləri” filmi 2008-ci ildə “İmper Qrup” prodüser mərkəzində istehsal
olunub. Ssenari müəllifi Nərgiz
Bağırzadə, quruluşçu
operatoru Üzeyir Abbas, prodüseri isə Nizami Abbasdır. Kino lentinə çəkilmiş
8 dəqiqəlik etnoqrafik
elementlərlə zəngin
filmdə İsmayıllı
rayonunun Lahıc kəndindəki insanların
bir günlük həyatı təsvir edilib. Bu yaxınlarda
isə film Latviyada keçirilən “Tourfilm-Riga-2009” II Beynəlxalq Turizm Filmləri Festivalında “Tunc heykəlcik” mükafatı və diplomla təltif edilib.
Riqa şəhərinin Turizm İnformasiya və Koordinasiya Mərkəzi tərəfindən təşkil
olunan festival ötən
həftənin sonunda Latviyanın paytaxtındakı
“
İntiqam
Mədəniyyət.- 2009.- 12 iyun.- S. 8.