Türk teatr
mədəniyyətində olay
«Nauruz» IX Beynəlxalq Teatr Festivalında ortaq türk
dili də gündəmə gətirildi
Azərbaycan Dövlət
Gənc Tamaşaçılar Teatrının kollektivi
Tatarıstanın Kazan şəhərində keçirən
türk xalqlarının “Nauruz” adlı IX Beynəlxalq Teatr
Festivalından qayıdıb. Festivalda Ə.Haqverdiyevin “Pəri
cadu” tamaşası ilə çıxış edən
truppaya teatrın direktoru, Azərbaycan Respublikasının əməkdar
artisti Mübariz Həmidov rəhbərlik edib. Xatırladaq ki,
«Pəricadu» tamaşasının quruluşçu rejissoru
Nicat Kazımov, rəssamı Lətifə Quluzadə,
tryukların quruluşçusu İsa Əsədov, sinxron tərcüməçi
isə Səriyyə İsmayılovadır.
Tamaşada Azərbaycan
Respublikasının əməkdar artisti Naibə Allahverdiyeva,
aktyorlardan Kəmalə Hüseynova, Elşən Rüstəmov,
Mehriban Abdullayeva, Sonaxanım Əliyeva, Güşvər Şərifova,
Günel Məmmədova, Aybəniz Əhmədova, Mehriban
Hüseynova, İradə Rəşidova, Rasim Cəfərov,
Eyvaz İbrahimov, İlham Əsədov, Elnur Kərimov, Elşən
Şıxəliyev, Ceyhun Məmmədov və Kərəm
Hadızadə iştirak ediblər.
Bundan başqa,
Kazandakı teatr festivalına tanınmış
teatrşünas Aydın Talıbzadə də dəvət
olunmuşdu. O, Azərbaycanı festivalın tənqidçilər
şurasında təmsil edib.
Tatarıstanın mədəni
həyatının ən böyük hadisələrindən
olan «Nauruz» Türk Dünyası Uluslararası Teatr
Festivalında Türkiyə, Qırğızıstan,
Qazaxıstan, Azərbaycan, Başqırdıstan və
Yakutskdan teatrlar qatılıb. Ümumən, festivalda
Rusiyanın vilayətlərindən gələn teatrlar da daxil
olmaqla, on bir ölkə iştirak edib.
Türk Dünyası
Uluslararası Teatr Festivalı «Nauruz» ilk dəfə 1989-cu ildə
Qazaxıstanın Almatı şəhərində
keçirilib. Müntəzəm kesirilən festival 5 ildən sonra 1998-ci ildə Tatarıstanda baş tutub. Sözügedən festivalın təşkil
intervalı dörd ildən birdir. Aradakı fasilənin iki ilə qədər qısaldılması nəzərdə
tutulur.
Festivalın builki
büdcəsi Rusiya Mədəniyyət Nazirliyi və Teatr
Xadimləri İttifaqının ayırdığı pullarla
birgə cəmi 4 milyon rubl etmişdir. Növbəti Türk Xalqları Uluslararası Teatr Festivalının daha bir özəl cəhəti hər hansı nominasiya və qiymətləndirmə
prinsipinin olmamasıdır.
Əsas kriteriya türkdilli ölkələrin gətirdikləri
tamaşaların göstərilməsi,
mədəni əlaqələrin
möhkəmləndirilməsi və tamaşaların müzakirəsidir. Festivalın jürisi
də olmayıb, yalnız tənqidçilər
şurasının fəaliyyəti
önəm daşıyıb.
Türk teatr mədəniyyətinin
inkişafı və vəziyyəti, bugünkü
teatr prosesində
problem və istiqamətlər
çözülən və
paylaşılan mövzular
olub. Gənc tamaşaçılar teatrının direktoru Mübariz Həmidovun sözlərinə görə,
müasir dramaturgiyanın
zəifliyi və qıtlığı iştirakçıların
yekdilliklə söylədikləri
problem olub. Bakıdan
aparılan «Pəri cadu» tamaşasının pis qarşılanmadığını
deyən Mübariz Həmidov «gör-götür»
dünyasında görmək,
göstərmək, öyrənmək
baxımından bu festivalın nə qədər önəmli olduğunu vurğuladı:
«Festivalda ortaq türkcə problemi də gündəmə gəldi. Çünki tamaşaların tam anlaşılması üçün
rus dilindən istifadə olunurdu».
Festivala qatılan
tamaşaların keyfiyyət göstəricilərinə gəlincə,
teatrşünas Aydın Talıbzadə Türkiyənin Ankara
Dövlət Teatrının təqdim etdiyi «Kəloğlan, Kələşoğlan»
adlı tamaşanın xüsusi fərqləndiyini söylədi:
«Bu, mənim festivalda gördüyüm ən yaxşı
tamaşa idi. Əlbəttə, müzakirələr, mülahizələr, söhbətlər
və yeni əlaqələr hər bir festivalın töhfəsidir. Maraqlı düşünənlərlə,
teatr adamları ilə
Aliyə
Mədəniyyət.- 2009.- 12 iyun.- S. 6.