Qətər iqtisadiyyatına həsr edilən mühazirə

 

   Azərbaycanda Qətərin Mədəniyyət Günləri çərçivəsində M.F.Axundov adına Milli Kitabxanada doktor Xalid Yusif Ər-Dərbəşti ölkəsinin investisiya imkanları, ümumilikdə ölkəsinin iqtisadiyyatı barədə mühazirə oxudu. Kitabxananın direktoru Kərim Tahirov bildirdi ki, respublikamızda keçirilən mədəniyyət günləri Qətərlə Azərbaycan arasında əlaqələrin inkişafına yeni təkan verəcək. Üç gün ərzində baş tutacaq görüşlər və digər tədbirlər xalqlarımızı yaxınlaşdıracaq, turizm, tarixi abidələrin qorunması, bərpası istiqamətində ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsinə töhfəsini verəcək. Qətərin tarixi keçmişibu günü haqqında ətraflı məlumat verən doktor Xalid Yusif Ər-Dərbəşti ölkəsinin coğrafi mövqeyinin əhəmiyyətindən danışdı.

    Körfəz ölkələri arasında ərazisi ən kiçik olan Qətər hazırda dünyanın inkişaf etmiş ölkələrindən biridir. İqtisadiyyatının əsas hissəsini neftqaz hasilatından gələn gəlirlər təşkil edir. Hazırda dünya birliyinə sürətlə inteqrasiya edən, bir çox beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq aparan Qətər dövləti müasir texnologiyaların mənimsənilməsində və tətbiqində olduqca maraqlıdır.

   Xalid Yusif Ər-Dərbəşti Qətərin illik maliyyə dövriyyəsi, investisiya imkanları, həyata keçirdiyi irimiqyaslı layihələr haqqında məlumat verdixarici ölkələrlə mövcud əlaqələrini şərh etdi. O, Qətərdə milli mənəvi dəyərlərin qorunmasına, gənclərin elmi biliklərə yiyələnməsinə və yüksək təhsil almasına xüsusi önəm verildiyini vurğuladı.

    Bu ölkədə dünyanın 35-dən çox dövlətindən gənclər təhsil alırlar.

 

Mədəniyyət. - 2009.- 12 iyun.- S. 4.