Müdrik şəxsiyyət,
siyasətçi, rəhbər...
Bu xalqı fəxarətləndirmək
üçün doğulmuş İnsan!
Bəli, o, «Mən həmişə fəxr etmişəm,
bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!»
deyirdi. Onun bu sözlərindən sonra «fəxr» və «Azərbaycanlı»
ifadələri adamın dilində daha gözəl, daha əzəmətli,
daha fəxarətli səslənir. Artıq, düz 40 ildir ki
(1969-cu ildən) bu xalq da öz ürəyində, söhbətlərində,
dəftər-kitablarında, efir-ekranlarında, ev-eşiyində,
yurdiçi və yurddışında fəxr edir ki, Heydər
Əliyev məhz onun oğludur! Təkcə oğlumu? Heydər
Əliyev artıq həm də bu xalqın babası - hətta,
gördüyü işlərin fiziki və mənəvi həcminə,
ötənək və gələnəklərimizə
müdrik münasibətinə, ən klassik və ən
müasir düşüncələrinə görə, bu
xalqın ulu babasıdır.
Heydər Əliyev
çox tarixçələri tarixləşdirib; onlardan biri
də 15 İyundur. 1993-cü ilin 15 iyunu. Təqvim
üçün çox adi səslənən bu tarixçə
onun hakimiyyət başına ikinci gəlişi sayəsində
Milli Qurtuluş Günü kimi şərəflənib.
Həmin GÜN haqda
düşünəndə gözlərimiz önünə nələr
gəlmir? Gəlin, bir anlığa həmin günün ərəfəsini
xatırlayaq: Başsız bir bədən kimi çapalayan Azərbaycan.
Baş olmadığına görə qollar min budağa əl
atır; siyasi düşərgədə «partiya»laşan kim,
«cəbhə»ləşən, «region»laşan, «məhəlli»ləşən,
çəpərləşən kim…
Ayaqlar ən ümummilli
qadağa sərhədlərini belə tapdayıb keçir;
siyasi «özfəaliyyət» orduya, ölkəni parçalamaq
üçün etnik toplumlara, maddi-mənəvi, əqli nemətlərimizin
dağıdılmasına, infrastrukturun aşınmasına
doğru addımlayır.
Bu bədənin sinəsində
isə Qarabağ ürəyi çırpınmaqda…
Bəli, Azərbaycan məhv
olmaqda, onun sədaqətli, işgüzar, halal xalqı isə,
yaxın keçmişə qədər rəhbərliyi
altında qurub-yaratdığı Heydər Əliyevi təkidlə
hakimiyyətə dəvət etməkdə…
Nəhayət, həmin
gün böyük xilaskar Bakıya gəlir və elə o
gündən başlayaraq, bir müddət sonra Milli
Qurtuluş Günü kimi əzizləyib
bayramlayacağımız ümummilli işığa doğru
yol başlayır.
Bu gəliş milli gəliş
idi, xalqın böyük sabahının, böyük
inkişafının, böyük uğurlarının gəlişi
idi. Bu gəlişlə
Azərbaycanın taleyi
ilə pərdəarxası
oyunların, oyunçuların
gedişi başlandı.
Ölkədə baş
verən özbaşınalığın,
cinayətkarlığın, hərc-mərciliyin qarşısı alındı.
Bütün neqativlər
önləndi və bir qism «müasir»
nankorun «dünən» kimi təqdim etməyə çalışdığı
Heydər Əliyev günümüzün və
bütün gələcəyimizin
Öndəri mərtəbəsinə
ucaldı.
Heydər Əliyev
ölkədə bu gün şahidi olduğumuz ictimai-siyasi
sabitliyə, iqtisadi inkişafa, beynəlxalq nüfuza mərhələ-mərhələ
nail oldu. O, öncə, hakimiyyətə
qanunsuz yolla gəlmək istəyənlərin
cəhdlərinə, daha
sonra məlum «atəşləs»lə xalqa məhrumiyyətlərdən
başqa, hələlik
heç nə vəd etməyən müharibəyə son qoydu. Hələ qarşıda görəcəyi
və görüləcək
çox işlər olsa da, qətiyyətlə
bəyan etdi: «Azərbaycanın dövlət
müstəqilliyi əbədi
olacaqdır, sarsılmaz
olacaqdır, dönməz
olacaqdır». Bir qədər sonra tam əminliklə bildirdi: «Azərbaycanın
müstəqilliyi əbədidir!».
Öz siyasəti,
uzaqgörənliyi, müdrikliyi sayəsində xarici və… təəssüf
ki, həm də daxili - «doğma» düşmənlərimizin
planlarını iflasa uğradan böyük öndər qüdrətli
dövlət quruculuğu prosesinə zəmin yaratdı və
1995-ci il noyabrın 12-də ümumxalq referendumu yolu ilə
müstəqil Azərbaycan Respublikasının ilk
Konstitusiyası qəbul olundu.
40 ildən çox -
xalqın bütün böyük sənət və siyasət
adamlarına fəxri adlar verən bu müdrik şəxsiyyət
elə həmin xalqın qəlbindən daha fəxri, daha
şərafətli adlar aldı: öndər, ümummilli
lider!..
Böyük söz
adamları tarixi şəxsiyyətlər haqda çox fikirlər
söyləyiblər. Onlardan biri də (bir qədər
qəribə görünsə
də) belədir: «Şəxsiyyət 1, xalq altı sıfırdır.
1 altı sıfırın
qarşısında olanda
milyon yaranır, olmayanda heçlik. Elə 1 özü də altı sıfırsız qərəmdən
başqa bir şey deyil…
Bizim müdrik xalqımız isə, daha aydın, daha mükəmməl, lakonik frazalar yaradır. İndi bütün
Azərbaycan «Heydər
- xalq, xalq - Heydər» tərkibli ümumxalq deyiminin fərqindədir. Bu kimi deyimlər günü-gündən öz aktuallığını
artırır. Bunun əsas səbəblərindən
biri də böyük öndərimizin
- sözun hər mənasında - yetirməsi
və davamçısı
olan prezident İlham Əliyevin ölkəmizin kompleks inkişafı üçün
apardığı daxili
və xarici siyasətidir.
Əhməd Ramazanov,
Sabirabad rayon Mədəniyyət
və Turizm şöbəsinin müdiri
Mədəniyyət.- 2009.- 12 iyun.- S. 3.