Bir daha
16 il əvvələ
Artıq 16 ildir ki, Azərbaycan xalqı 15 iyun tarixini
Milli Qurtuluş Günü kimi qeyd edir. Bu günün
tarixi əhəmiyyəti
isə olduqca böyükdür. Belə ki,
bütün dünyaya
müstəqil dövlət
kimi yaşamaq haqqını hələ ötən əsrin əvvəllərində tanıdan
Azərbaycan, əsrin
sonlarında bu müstəqilliyi yenidən
bərpa etdikdən sonra növbəti sınaqla üz-üzə dayanmışdı.
Ölkə 70 illik sovet əsarətindən
xilas olub 1991-ci ildə respublika kimi öz müstəqilliyini
elan etsə də, az keçməmiş
yürüdülən səriştəsiz
siyasət və şəxsi ambisiyalara görə onu parçalanmaq, məhv olmaq təhlükəsi gözləyirdi.
Ölkə vətəndaş
müharibəsinin başlanması ərəfəsində
idi. Azərbaycan iqtidarının
yeritdiyi daxili və xarici siyasətdən narazı olan xalq bütün
ümidini Heydər Əliyevə bağlayırdı.
1992-ci il oktyabrın
16-da ziyalılardan ibarət
91 nəfər «Səs»
qəzeti vasitəsilə
H.Əliyevə müraciət
etdi. Müraciətdə
onun böyük siyasətə qayıtması
tələb olunurdu. Xalqın Heydər Əliyevi hakimiyyətdə görmək
istəyinin nəticəsi
olaraq 1992-ci il noyabrın 21-də Naxçıvanda H.Əliyevin
sədrliyi ilə Yeni Azərbaycan Partiyası yaradıldı.
Bu zaman hakimiyyət uğrunda AXC-nin öz daxilində, əvvəlki
iqtidarın əlaltıları
və Rusiyaya xidmət edən ayrı-ayrı şəxslər və qruplar arasında mübarizə genişlənməkdə idi.
1993-cü ilin iyununda Gəncədə hərbi
qiyam baş verdi. S.Hüseynovun təsiri ilə 709 saylı hərbi hissə Müdafiə Nazirliyinə tabe olmurdu. Ə.Hümbətov
isə tabeliyində olan silahlı qüvvələrə söykənərək
cənub bölgəsində
«Talış-Müğan
Respublikası» yaratmağa
çalışırdı. Separatçı ünsürlər
eyni vaxtda ölkəmizin şimal-şərq bölgəsində
«Ləzgistan dövləti»
yaratmaq xülyasına
düşmüşdülər. İyunun 4-də hökumət hərbi
qiyamı yatırmaq üçün Gəncəyə
3 minədək hərbi
qüvvə və hərbi texnika yeritdi. Ölkədə vətəndaş müharibəsi
başlandı. 709 saylı
hərbi hissənin kazarmaları, hava limanı dağıdıldı.
İnsanlar həlak olur və yaralanırdılar.
Qiyamçılar hakimiyyəti
silah gücünə
ələ keçirmək
üçün Bakıya
Ali Sovet sədrinin, baş nazirin, bir qədər
sonra isə prezidentin istefa verməsi tələbi ilə ultimatum göndərdilər. Cavab
almadıqda, Bakıya
doğru hərəkət
etdilər. O zaman
artıq aciz qalmış iqtidar H.Əliyevi təkidlə Bakıya dəvət etdi. İyunun 9-da H.Əliyevin Bakıya gəlməsi xalq tərəfindən ümid
və sevinclə qarşılandı. H.Əliyev
Gəncəyə gedib
vəziyyətlə yaxından
tanış oldu, Azərbaycanı qardaş
qırğınından qurtarmaq
üçün düşünülmüş siyasi manevr edərək hərbi müxalifəti neytrallaşdırdı. Bütün
bu hadisələrin yekunu olaraq iyunun
15-də Heydər Əliyev parlamentin sədri seçildi. Beləliklə, tariximizə
qızıl hərflərlə
yazılmış 15 iyun
təqvimi 1997-ci ildən
parlamentin qəbul etdiyi qərarla Milli Qurtuluş Günü kimi qeyd olunur.
1993-cü ilin iyun
ayında Heydər Əliyevin Bakıya qayıtması və
hadisələrin gedişinə nəzarəti öz üzərinə
götürməsi respublikanın taleyində həlledici rol
oynadı. Ölkə parçalanmadan və qardaş
qırğınından xilas olaraq stabil həyata qədəm
qoydu.
Heydər Əliyev siyasəti
dünyaya sübut elədi ki, Şərq-Qərb dəhlizində
yerləşən, Qafqaz regionunda çox əhəmiyyətli
coğrafi imkanlara, eləcə də təbii sərvətlərə
malik olan ölkə dünya siyasətində çox
aparıcı rol oynaya bilər. Dahi lider Azərbaycanın əhəmiyyətini
dünyaya həm iqtisadi, həm də siyasi cəhətdən anlada bildi. Azərbaycan artıq dünyada öz yeri və
öz rolu olan bir ölkədir.
Azərbaycanda siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, çoxsaylı KİV-nin mövcudluğu və onların sərbəst şəkildə
fəaliyyət göstərməsi, hər birinin də getdikcə daha artıq iqtisadi cəhətdən müstəqilliyinin təmin olunması, ən əsası müstəqil mətbuatın formalaşma prosesində olması sahəsində qazanılan uğurlar üçün biz jurnalistlər də yalnız Milli Qurtuluş Gününə, Heydər Əliyevin qayıdışına minnətdarıq.
Həmin hadisələr
Azərbaycanın həyatında çox əhəmiyyətli
bir dönüş nöqtəsi yeni mərhələ oldu. Respublikanın
ikinci dəfə öz müstəqilliyini bərpa etməsində
və onun qorunub saxlanılmasında iyun hadisələrinin
çox böyük əhəmiyyəti var.
Zümrüd
Mədəniyyət.- 2009.- 12 iyun.- S. 3.