“Dünyanı verək uşaqlara” adlı bayram
şənliyi
Bugünlərdə Şüvəlan qəsəbəsində
yerləşən 16 saylı internat məktəbində
«Uşaq ili» ilə əlaqədar,
Bakı şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS),
kütləvi və uşaq
kitabxanaları Direktorlar
Şurasının təşəbbüsü, Bakı şəhər
Mədəniyyət və Turizm İdarəsinin
dəstəyi ilə “Dünyanı verək uşaqlara” adlı tədbir keçirildi.
Tədbirdə İnternat məktəbində
təlim-tərbiyə alan uşaqlara
yaradıcı kollektivlərin, məzhəkəçilərin
çıxışları və müğənnilərin
iştirakı ilə musiqi proqramı təqdim
edildi. Sonra uşaqlara hədiyyə kitablar, sovqatlar
paylandı. Tədbirdə Bakı şəhər Mədəniyyət
və Turizm İdarəsinin əməkdaşları,
Əzizbəyov rayon İcra
Hakimiyyətinin nümayəndələri, həmçinin
ziyalılar, müxtəlif elm və
peşə sahəsində çalışan ictimaiyyət
nümayəndələri də iştirak
etdilər.
ELMİN
Mədəniyyət. - 2009.- 12 iyun.- S. 2.