Qarabağ mövzusunda müsabiqə

 

   Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Mahmud Kaşğari adına Beynəlxalq Fond “Soyqırım və erməni təcavüzü” layihəsi çərçivəsində müsabiqə elan edib. Müsabiqə Azərbaycan xalqına qarşı törədilən soyqırım və erməni təcavüzü ilə bağlı kitablar üzrə keçiriləcək. Birinci üç yeri tutacaq kitabların müvafiq olaraq 500, 300, 200 manat məbləğində mükafatlandırılması nəzərdə tutulub. Eyni zamanda Fond “Soyqırım və erməni təcavüzü” mövzusunda yazılmış hekayələr və məqalələr toplusunu da nəşrə hazırlayır. Bu mövzuda əsərləri olanlar müsabiqənin münsiflər heyyətinə müraciət edə bilərlər. Layihənin həyata keçirilməsinə bu gündən start verilib.  

 

  Elmin

 

Mədəniyyət. - 2009.- 12 iyun.- S. 2.