Böyük yazıçı anıldı
Mehdi Hüseynin
100 illik yubileyi qeyd edildi
Mədəniyyət və Turizim Nazirliyinin təşkilatçılığı
ilə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında xalq
yazıçısı Mehdi Hüseynin anadan olmasının
100 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə ədəbiyyatımızın
“vicdanı” adlandırılmış
ədibin çoxsahəli
fəaliyyəti xatirələrlə
bir daha yada salındı. Tədbirin rəsmi hissəsində çıxış
edən mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin 6 fevral tarixli sərəncamına uyğun olaraq xalq yazıçısı
Mehdi Hüseynin 100 illik yubileyinin layiqincə qeyd olunması istiqamətində
ciddi işlər görülmüşdür. Bakı şəhərində
və bölgələrdə
ədibə həsr edilmiş silsilə tədbirlər keçirildiyini
və xatirəsinin layiqincə yad edildiyini bildirən natiq vurğuladı ki, sərəncamda deyildiyi kimi, yeni dövr Azərbaycan ədəbiyyatının
inkişafında istedadlı
nasir, dramaturq və tənqidçi Mehdi Hüseynin özünəməxsus
yeri olmuşdur. Nazir həmçinin ədibin həyat və yaradıcılığından
danışdı:
«Düz 100 il bundan əvvəl
şairlər yurdu Qazağın Şıxlı kəndində,
ziyalı ailəsində doğulan M.Hüseyn tarixi və
müasir mövzulu bədii əsərlərin bir çox dəyərli
nümunələrini yaratmaqla yanaşı, bir ədəbiyyatşünas
olaraq sənətkarlıq və
yaradıcılığın nəzəri məsələlərinə
dair aktual mülahizələri ilə də ədəbi prosesə
istiqamət vermişdir. Mehdi Hüseynin dünyaya
göz açdığı
kənd Vaqifin, Vidadinin və neçə-neçə
görkəmli şəxsiyyətlərin
yurdudur. SSRİ Dövlət
mükafatı laureatı
M.Hüseyn Azərbaycan
Dövlət Universitetinin
tarix fakültəsini
bitirmiş və daha sonra Moskvada
kinematoqrafiya üzrə
təhsil almışdır.
Azərbaycan Proletar Yazıçılar
Cəmiyyətinin məsul
katibi, Azərbaycan Sovet Yazıçılar İttifaqının Təşkilat
Komitəsinin məsul
katibi, Azərbaycan Yazıçılar İttifaqının
1-ci katibi, SSRİ Yazıçılar
İttifaqının katibi
kimi yüksək vəzifələr tutmuşdur.
Yaradıcılığa yaşadığı
əsrin 20-ci illərində
başlayan ədib «Xavər", "Qan intiqamı", "Kin",
"Daşqın", “Bahar
suları”, “Tərlan”
kim əsərlərlə
ədəbiyyatımızı zənginləşdirmiş, dövrün
ictimai-siyasi mənzərəsini
canlandırmışdır. Bu əsərlərdə Mehdi Hüseyn fərdi xüsusiyyətləri
ilə seçilən
surətlər yaratmışdır.
Mehdi Hüseyn dramaturq kimi də tanınmışdır.
"Şöhrət" "Nizami" və "Cavanşir" tarixi dramlarında Azərbaycan xalqının vətənpərvərliyi,
qəhrəmanlıq ənənələri
əks olunmuşdur.
"Alov", "İntizar",
"Şamil" və
"Qardaşlar" pyesləri,
habelə xatirələri,
yol qeydləri, gündəlikləri ədəbiyyatsevərlərin
böyük marağına
səbəb olmuşdur.
“Səhər", “Vətən
çiçəkləri", "Ürək", "Fəryad"
əsərlərində vətənpərvərliyin
qüdrəti, adamların
mərdliyi və qəhrəmanlığı tərənnüm
olunur. "Abşeron",
"Qara daşlar"
və "Yeraltı çaylar dənizə axır" romanları ictimai, mənəvi-əxlaqi problemlərə
cəsarətli müdaxilə
baxımından diqqətəlayiqdir.
Əsərləri bir
neçə dilə tərcümə edilmişdir”.
Ədibin istər
yaradıcı, istər ictimai fəaliyyətini cəmiyyətin
inkişafına həsr edilmiş ömür adlandıran Ə.Qarayev
onun xatirəsinin əziz tutulduğunu və bugünkü tədbirin
də bu sıraya aid etdiyini bildirdi.
Azərbaycan
Yazıçılar Birliyinin sədri, xalq
yazıçısı Anar ədibin ədəbiyyatımızdakı
mövqeyindən, zəhmətkeş bir nasir kimi
yazdığı ölməz əsərlərdən
danışaraq unudulmaz xatirələrini
bölüşdü:
«M.Hüseynin
100 illik tədbirinin bu binada keçirilməsi
təsadüfi deyil. Çünki onun bütün pyesləri bu səhnədə oynanılıb. Əvvəllər
burada yerləşmiş
Milli Dram Teatrının səhnəsində.
Mən onun Yazıçılar İttifaqına
rəhbər olduğu
zamanda həmin təşkilata üzv qəbul edilmişəm. Hər bir gənc
yazar onun qayğısını duya
bilərdi.Mənim xatirəmdə o, böyük yazıçı,
böyük insan, əsl dramaturq kimi qalıb. Onun İlyas Əfəndiyevlə birgə
yazdığı “Şeyx
Şamil” dramı və sovet repressiyalarına
qarşı yazdığı
“Yüraltı şaylar
dənizə axır”
romanı uzun müddət qadağan olundu.
Tədbirdə Azərbaycan
Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat
İnstitutunun direktoru, akademik Bəkir Nəbiyev “Mehdi
Hüseynin yaradıcılıq yolu” mövzusunda məruzə
ilə çıxış edərək ədibin
yaradıcılığını hərtərəfli təhlil
etdi.
Ədəbi dilimizin
inkişafında yazıçının fəaliyyətinə
toxunan məruzəçi qeyd etdi ki, onun əsərləri ədəbi
dil normalarını ən yaxşı şəkildə təcəssüm
etdirir.
“Əsərlərinin
dil şirinliyi, obrazlılığı öz şirəsini,
dadını-tamını canlı xalq dilindən
almışdır. Mehdi Hüseynin povest və romanları daim
oxucular üçün müasirdir, bəşəridir”.
Akademik Teymur Bünyadov
isə ədibin Azərbaycan dilinin statusunu qaldırmaq yolunda
Mirzə İbrahimovla birgə apardığı mübarizədən,
hələ 1951-ci ildə bu fəaliyyətlə bağlı
Moskvaya çağırıldığı haqda
danışaraq, Mehdi Hüseynin bu təzyiqlər
qarşısında ləyaqətlə
dayandığını söylədi.
Tədbirin rəsmi hissəsində
son sözü ədibin oğlu Əli Hüseynov söylədi.
“Bu gün M.Hüseynin
yaradıcılığından danışıldı. Daha çox “Yeraltı çaylar dənizə axır” əsəridən bəhs
etdilər. Bu əsər mənim indi də yaşadığım
evdə yazılıb.
Bəli, yeraltı çaylar bu gün də dənizə qovuşur. Mən Mehdi Hüseyn ailəsi adından sizlərin hər birinizə, tədbirin təşkilatçısı
olan Mədəniyyət
və Turizim Nazirliyinə təşəkkür
edirəm”.
Rəsmi hissədən
sonra tədbir ədibin əsərləri əsasında
hazırlanmış ədəbi-bədii kompozisiya ilə
davam etdirildi.
Sabutay
Mədəniyyət.- 2009.- 17 iyun.- S. 12.