Gəncədə sərgi
Gəncə şəhərində
rəssamların əsərlərindən ibarət sərgi
keçirilib. Gəncə Dövlət Rəsm Qalereyasında
düzənlənən sərginin
açılışında şəhər İcra Hakimiyyətinin,
Mədəniyyət İdarəsinin və ictimaiyyət
nümayəndələri iştirak edib. Peşəkar və
həvəskar rəssamların əsərlərindən ibarət
sərgidə 50-yə yaxın rəssamın 100-dən
çox əl işləri nümayiş etdirilib. Əsərlər
müxtəlif mövzuları və janrları əhatə
edir. Sərginin önəmli bir cəhəti də onda idi ki,
burada nümayiş etdirilən əsərlərin
satışı təşkil olunub. Hər hansı bir əsəri
bəyənən iştirakçı onu asanlıqla
özününkü edə bilər. Qeyd edək ki, rəsm əsərlərinin
sərgi satışı bu ayın sonunadək davam edəcək.
Tədbirin təşkilatçıları bildirdilər ki,
ulu öndər, dahi siyasətçi Heydər Əliyevin
ölkəmizə rəhbərlik etdiyi illərində
bütün sahələr kimi, mədəniyyət də
xüsusi diqqətdə saxlanılıb, bu sahənin
inkişafı üçün lazımi şərait
yaradılıb. Hazırda mədəniyyətin bir qolu olan rəssamlıq
inkişaf etdirilir və gənc rəssamların bu sahəyə
yiyələnməsi üçün butun tədbirlər həyata
keçirilir.
Günay Asifqızı
Mədəniyyət.- 2009.- 17 iyun.- S. 2.