Kazan festivalının
qazancından...
Aydın Talıbzadə: «Türkdilli
xalqların teatr durumunu problemli gördüm»
Olsun ki, türkdilli xalqların teatr mədəniyyətində
bu günlərin ən ortaq hadisəsi Tatarıstanın Kazan
şəhərində keçirilən «Nauruz» IX beynəlxalq
teatr festivalıdır. Əlbəttə, ortaq olan yalnız bu
deyil. Festivaldan yenicə qayıtmış teatrşünas
alim Aydın Talıbzadə ilə söhbətimiz bu
mövzuda bilmədiyimiz qaranlıq məqamları
aydınlatdı.
- Aydın müəllim,
bu gün dünyada «Türk teatrı» deyə bir
anlayış varmı?
- Son vaxtlar bizimkilərin
revizionist (təftişçi) ruhu mənə ləzzət eləyir:
xüsusilə teatrşünaslıqda. Onlar, yəni yeni teatr
yazarları, hər şeyin həqiqiliyini yoxlamaq və bilmək
istəyirlər. Bu, gözəldir, amma aludə
olmağına dəyməz. Anlayışlar da dövrün
fikir partiturasına uyğun yaranır: əgər öz
iç mahiyyətini doğruldursa, elmdə təsdiqlənir,
doğrultmursa... biz onu yavaşca unuduruq və
xatırlamırıq. “Türk teatrı” anlayışı
artıq müasir teatr tarixinin gerçəkliyidir. Bunda
şübhələnməyin. Qərb teatrı tarixində, məsələn,
həm “İngiltərə teatrı” termini işlənilir, həm
də “ingilis teatrı” anlayışı. Və bundan
heç kim eymənmir. “Slavyan teatrı”
anlayışını da sizin suala qatmaq olar. Bu kontekstdə
“türk teatrı” anlamı yalnız Türkiyə
teatrının tarixini, estetikasını, poetikasını
fokuslaşdırır və “ümumtürk teatrı” mənasını
daşımır. Azərbaycan, Qazaxıstan,
Qırğızıstan, Özbəkistan, Saxa, Tatarıstan,
Altay, Başqırdıstan teatrları türk teatrı kimi
yox, türkdilli xalqların teatrı kimi definisiya olunur. Bu isə
daha düzdür. Hətta ənənəvi teatr formaları cərgəsində
ortaq bir türk teatrı aramaq absurd, cəfəng bir işdir.
Çünki teatr həmişə müəyyən ərazidə,
müəyyən ənənələrlə, müəyyən
ideyalarla, müəyyən emosionallıq şkalasında
yaşayan müəyyən xalqın avtoportreti kimi bir
şeydir. Çox qəribədir, bəlkə bu, mənim
teatrşünas təcrübəmdir, bilmirəm, tamaşaya
baxıb xalqı tanımaq olur.
- Kazan festivalının görünən bir prinsipi vardımı?
- Prinsip türkdilli olmaqdır. Mən sizin sualınızı düşünmədən cavablayıram
və bu mənə xoşdur. Hərçənd mən
də sizdən soruşa bilərəm, siz hansı prinsipləri nəzərdə
tutursunuz? Amma söhbət uzanmasın deyə və sizin qəzet mənim cümlələrimi
kəsib doğramasın
deyə, mən öz sualımı gündəmdən çıxarıram.
Keçək üçüncü
suala.
- Festivalda türkdlli ölkələr teatr mədəniyyətinin səviyyəsini, durumunu göstərə bildimi? Nə kimi müşahidələriniz var?
- Şəxsən mənim üçün bu festivalda türkdili faktoru teatr faktorunun
özündən önəmlidir.
Birdən-birə hamı
türkcə danışır
və sən duyursan ki, bunlar
heç də yad adam deyillər,
sənin uzaq soydaşlarındır. Bir
də görürsən
ki, Saxadan, Xakasiyadan olan bir kimsə sənə nəsə öz dilində anlatmaq istəyir və çətinliklə
olsa da, bunu anladır. Türkdilli xalqların teatr durumunu mən bu dəfə
problemli gördüm.
Artıq XXI əsrdir,
oradasa mənə elə gəldi ki, bir çox
türkdilli xalqların
teatrları hələ
də keçən əsrin 70-80-ci illərilə
nəfəs alırlar.
Seyr etdiyim tamaşalar arasında
- Festival, tamaşa, bayram təntənəsi öz yerində, məsələnin analitik tərəfi maraqlıdır. Keçirilən müzakirələrdə dartışılan əsas mövzular, gəlinən qənaətlər nələr idi?
- Mən rus dilində
festivalı güzgüləndirən
bir məqalə yazmışam və bildiyimə görə bu məqalə Moskva və Sankt-Peterburq teatrşünaslarının
çox xoşuna gəlib. Güman ki, bu məqalə
söylədiyim şəhərlərdən
əlavə
- Sizcə, hər hansı bir ölkənin teatr mədəniyyətindəki uğurunu nələr şərtləndirə bilər?
- Müasir teatr dili vasitəsilə
əbədi dəyərlər barədə səmimicəsinə
danışmağı bacarmaq.
- Yaxşı, oralarda Azərbaycan
teatrına maraq nə səviyyədədir?
- Heç
vaxt heç kim demir ki,
mən filan teatrla maraqlanıram. Düzdür, nələrisə
soruşurlar, informasiya
xatirinə, yerli teatrın durumunu bilmək xatirinə. Maraqlanırlar şəxsiyyətlərlə,
teatr dünyasında tanınan rejissorlarla. Tutalım, hamı öyrənmək istəyir
ki, bu gün
Martaller, Kastorf, Le Paj, Joldak, Bob Uilson, Tuncer Cücenoğlu hansı sənət ideyaları ilə çıxış
edirlər, nə hazırlayırlar. Bu kontekstdə
Azərbaycan teatrına
olan maraq digər teatrlara olan maraqdan məxsusi
heç nə ilə fərqlənmir.
- İndiki durumda
teatrşünaslığın, teatr tənqidinin prosesdə
yeri, görünən perspektivləri, edə biləcəyi nədir,
sizcə?
- Festivalın ən cəlbedici
tərəflərindən biri bu idi ki, burada, bəlkə də
ilk dəfə olaraq, çox güclü tənqidçilər
iştirak edirdilər: Anya A.Stepanova, Oleq Loyevski, Alyona Karas,
Pavel Rudnev, Dina Davletşina, Nadya Stoyeva, Vladislava Kuprina, Niyaz
İqlamov və s. Bir məqamı deyim sizə:
teatrşünaslar öz düşüncə tərzlərinə
görə festivalda təmsil olunan teatrlardan qat-qat
üstün və müasir idilər. Və
belə bir komandada işləmək adama ləzzət eləyirdi. Tamaşaya münasibətdə yalnız
peşəkar mövqe
və əlüstü
anlaşma, qısa fikir mübadiləsi və heç kəsə sübut etmək lazım deyil ki, iki
vur iki dörd
eləyir. Mən bunları niyə danışıram? Təbii
ki, Sizin sualınızı əyani
nümunə fonunda cavablamaq üçün.
Teatr tənqidçiləri,
teatrşünaslar teatr
prosesini aktivləşdirən
və onu toplumda aktuallaşdıran
insanlardır. Onlarsız
teatr prosesi inert vəziyyətə düşür,
ölgünləşir. Hələlik
bu qədər... Bu, tamam başqa bir mövzudur. İnşallah, danışarıq.
Aliyə
Mədəniyyət.- 2009.- 19 iyun.- S. 10.