Turizm potensialımız
əcnəbi jurnalistin
gözü ilə
Küveytdə nəşr edilən «Avan» qəzetinin müxbiri Cinan Hüseyn ölkəmiz haqqında məqalə yazıb
Son illər ölkəmizdə turizm sahəsində sürətli
artım və inkişaf müşahidə
edilməkdədir. Azərbaycan
Respublikası Mədəniyyət
və Turizm Nazirliyi fəal marketinq və reklam-təbliğat siyasəti,
həmçinin turizm
biznesinin müvəffəqiyyətli
inkişafının əsaslarından
olan turizm sənayesinin inkişafını
stimulə edən siyasət də daxil olmaqla, bütün istiqamətlərdə
daimi iş aparır.
CNN, «Euronyus» kimi xarici televiziya kanallarında ölkəmizin
turizm potensialı haqqında hər il yenilənən reklam çarxlarının
nümayiş etdirilməsi,
demək olar ki, bütün beynəlxalq turizm sərgilərində Azərbaycanın
təmsil olunması bir çox nüfuzlu beynəlxalq mətbuat orqanlarının
diqqətini ölkəmizə
yönəldib.
Bu səbəbdəndir ki, Küveytin «Avan» qəzetinin bugünlərdə
Bakıda qonaq olan əməkdaşı
Cinan Hüseyn çalışdığı mətbu orqanda Azərbaycanın zəngin
mədəniyyəti, maraqlı
və qədim tarixi obyektləri və böyük turizm imkanları haqqında ətraflı bilgi verən məqalə yazıb.
Məqalədə Azərbaycanın
musiqisi, görməli
yerləri, İçərişəhər,
Qız qalası, Şirvanşahlar sarayı,
Fəvvarələr meydanı,
Məqalə «Azərbaycan
- Qırmızı Reyhanın
Vətəni» adlanır.
Əvvəlcə Bakı
haqqında təəssüratlarını
bölüşən həmkarımız
şəhəri «Açıq-istirahət
kompleksi» adlandırır:
«Sadəlik və sakitliyi xoşlayanlar, paytaxtların və şəhərlərin səs-küyündən
uzaq tətilin ləzzətini hiss etmək
istəyənlər üçün
Azərbaycan paytaxtı
ən münasib yerdir... Ümumiyyətlə,
Azərbaycanın təbiətində
dağların və yüksəkliklərin, çayların
və göllərin üstünlük təşkil
etməsinə baxmayaraq,
Bakı öz cazibədarlığı və
füsunkarlığı ilə
valehedici məkandır.
Şəhərin sadəliyi
onu açıq istirahət kompleksinə çevirib... »
Xəzərin incisi və ya Azərbaycanın
tarixi panoraması...
Sonra müəllif zəngin və qədim tariximizin canlı şahidləri olan Qız qalası
və Şirvanşahlar
saray kompleksi haqqında geniş məlumat verir. Küveytli jurnalistə görə, köhnə və yeni Bakı
bu şəhərin müxtəlif dövrlərdə
yaşadığı zəngin
tarix və şəhər qədimliyinin
təsdiqi olan qədim və müasir simanı özündə birləşdirir:
«Şəhərdə aparılan
quruculuq işləri,
yeni tikilən hündürmərtəbəli binalar səfərin ilk günündən diqqətimizi
cəlb edir. Köhnə Bakı tarixi abidələr və gözəl arxitekturaya malik binalarla zəngindir.
Köhnə Bakıda 15-ci
əsrə aid olan Şirvanşahlar sarayı
mövcuddur. Burada bir çox heykəllər və relyeflər var. Bu əraziyə
Xəzərin incisi və Azərbaycanın tarixi panoraması da deyirlər...
Qız qalası olaraq tanınan tarixi Bakı qalası isə 12-ci əsrə aiddir. Bu qalanın adı bir sıra rəvayətlərlə
bağlıdır. Bunlardan
biri də atası razı olmadığı üçün
sevdiyi gəncə qovuşa bilməyən və qalaya sığınan gözəl
qız haqqında rəvayətdir. Bu rəvayət
nəsillərdən-nəsillərə keçərək yaşadılır...»
«Neft taciri»...
Məqalənin bu yarımbaşlıq altında
nəşr edilən hissəsində Bakıda yerləşən muzeylər,
onların yerləşdiyi
binaların tarixi haqqında geniş məlumat verilir. Azərbaycan Milli Tarix Muzeyindən bir növ reportaj
yazan müəllif bildirir ki, bu
muzey 1920-ci ildə yaradılıb: «Muzeyin yerləşdiyi bina
1896-cı ildə məşhur
neft taciri Hacı Zeynalabdin Tağıyev tərəfindən
onun şəxsi evi kimi inşa
edilib, birinci həyat yoldaşının
vəfatından sonra isə milyonçu tərəfindən ikinci həyat yoldaşına hədiyyə edilib. Muzey Qafqazın ən böyük muzeylərindən hesab olunur. Burada 36 zalda 2500-dən çox eksponat mühafizə olunur. Bu baxımdan da sözügedən mədəni irs ölkənin tarixi mayakı hesab olunur...»
Daha sonra Cinan
Hüseyn Nizami, Musiqi Ədəbiyyatı,
Xalça, İstiqlal
muzeyləri, Rəsm Qalereyası, Axundov adına Milli Kitabxana, Opera və Balet, Muğam teatrları haqqında əhatəli məlumatı
qəzet vasitəsilə
oxuculara çatdırır.
«Azərbaycan xalqı ictimai xalqdır»
Məqaləni oxuduqda məlum olur ki, həmkarımız Azərbaycan haqqında həm də bir turist kimi
məlumat toplayıb.
O, Bakının maraqlı
turizm mərkəzi olmasından bəhs edərək yazır: «Azərbaycan xalqı ictimai bir xalqdır,
belə ki, dil xalq üçün
nəinki heç bir çətinlik törətmir, eyni zamanda ölkəyə gələn turist və əcnəbi qonaqları salamlama hərarətinin ifadəsi
olaraq gülümsəyir
və sənin hansı ölkədən
gəldiyini bilməyə
çalışır. Bu xalq
eyni zamanda həftəsonu restoranlara,
kafelərə getməyə,
parklarda gəzməyə
və alış-veriş
məqsədilə bazara
çıxmağa üstünlük
verir.
Bakıda gəzməli və görməli bir çox turizm obyektləri var. Məsələn, Azadlıq
meydanı, idman oyunları, kafelər, restoranların olduğu Bakı Əyləncə Mərkəzi, Kukla Teatrı, özünəməxsus
strateji mövqeyi ilə seçilən Yaxt klub, habelə
gözəl çimərlik
və istirahət zonalar.
Restoranlara gəlincə, onlar çoxçeşidlidir.
Belə ki, restoranlarda müxtəlif ölkələrin mətbəxinə
rast gəlmək mümkündür. Bu da o
deməkdir ki, səfər zamanı yalnız milli üslubda xüsusi göyərtilərlə bişirilmiş
kabab yeməklə kifayətlənmirsən. Göyərtilər
içərisində qırmızı
reyhan öz füsunkar dadı və özünəməxsus
ətri ilə diqqəti cəlb edir. Azərbaycanlılar qırmızı reyhanı
xüsusən günorta
və axşam yeməklərində əsas
qida vasitələrindən
hesab edirlər... »
Regionlarımız əcnəbi
həmkarımızın təsvirində
Müəllif məqaləsində
Azərbaycanın regionlarının
turizm potensialı barədə də geniş söhbət açır. Onun fikrincə, Qəbələ
çox qədim və 2000 illik tarixə malik olmaqla, həm də istirahət zonası kimi gözəl dağlıq regiondur və öz şabalıd meşələri, çayları,
gölləri və füsunkar təbiəti ilə tanınır. İsmayıllı isə
Bakıdan 185 kilometr məsafədə yerləşir
və Azərbaycanın
ən dilbər guşələrindən biridir.
Ölkəmiz haqqında kifayət qədər bilgi toplayan müəllif daha sonra yazır: «Suraxanı Bakıdan 30 kilomatr məsafədə yerləşir. Orada 12-ci əsrdə hindistanlı alimlər tərəfindən
tikilən Atəşgah
mövcuddur...
Balakən çayların,
dağların və meşələrin çoxluğu
ilə seçilir. Bakıdan 394 kilometr məsafədə yerləşən
bu rayon öz bitkiləri ilə məşhurdur...
Zaqatala isə Böyük Qafqazın dağlıq regionlarındandır...»
Məqalədə eyni zamanda Lənkəran, Astara, Masallı, Quba, Qusar və
digər rayonlarımız
haqqında da məlumatlar yer alıb.
«Odlar Yurdu»
Həmkarımızın bu
başlıq altında
dərc etdirdiyi fikirlərini olduğu kimi veririk: «Azərbaycan sözü Odlar Yurdu mənasını
ifadə edir. Bu ad onun təbii sərvətlərə, neft
və qaza malik olmasından qaynaqlanır. Ölkə Şərqlə Qərbi ticarət sahəsində birləşdirən İpək
yolu üzərində
əlverişli mövqedə
yerləşib.
Azərbaycan başqa bir tərəfdən götürdükdə isə
Zaqafqaziya regionunun şərq hissəsində
yerləşməklə, şimaldan
Rusiya, şimal-qərbdən
Gürcüstan, cənub-qərbdən
Ermənistan, cənubdan
isə İran və Turkiyə ilə həmsərhəddir.
Ölkənin rəsmi dili türk dilləri ailəsinə mənsub olan Azərbaycan dilidir. Əhalinin əksər hissəsi rus və türk dillərində, bəziləri
isə fars və ingilis dillərində danışa
bilir. Milli valyuta manatdır...»
Müəllif Bakının
2009-cu ildə İslam
mədəniyyətinin paytaxtı
seçilməsi münasibətilə
ölkəmizdə keçirilən
tədbirlərdən bəhs
edərək bildirir ki, Azərbaycan paytaxtının tarixi dəyəri təkcə tarixin qoruyub saxladığı qədim
abidələrlə deyil,
eyni zamanda onun 2009-cu ildə İslam mədəniyyəti
paytaxtı elan edilməsinə səbəb
olan islam abidələri ilə də ölçülür.
Məqaləsinin sonunda Cinan Hüseyn Azərbaycanın ovçuluq
təsərrüfatı, flora və faunası, ölkəmizdə kütləviləşən
idman növləri haqqında da geniş məlumat verir.
Fəxriyyə ABDULLAYEVA
Mədəniyyət.- 2009.- 19 iyun.- S. 9.