Torağay

 

Mələk Abbaszadə: «İnsanın tənha olduğuna inanıram!»

 

Aktrisa Mələk Abbas-zadənin İbrus Teatrında komik-tragik olmaqla ona yaxın, elə Dövlət Rus Dram Teatrında da təxminən bu qədər rolu var. Amma bunlara rəğmən, mənə görə Mələk Abas-zadənin aktrisa kimi, individual varlıq kimi, persona kimi təbiətini açan iki obraz var: qırmızı, «Tənha səs» qanadlarını küləklərə açan «Torağay». Bu obrazları ona görə dırnaqda böyük hərflərlə qeyd edirəm ki, Mələk xanımın bəxti gətirib, çünki bu iki obraz elə həm Mələyin oynadığı, qəhrəmanı olduğu tamaşanın adlarıdırTənha səs» Jan Kokto «Torağay» Jan Anuy) çox güman ki, bu tamaşalar olmasaydı, mənim kimi teatrı izləyən biri üçün Mələk xanım başarılı olsa da sıradan bir aktrisa olacaqdı. Amma…. Amma bu tamaşaları görmüşəm Mələk xanımla aşağıdakı söhbət bu iki obraz arasında dayanan ruhi varlığın, individual şəxsin, aktrisa Mələk Abas-zadənin beynimdəki obrazının bir daha təsdiqindən başqa bir şey deyil...

 

- Bir neçə il teatr fəaliyyətinizdən uzaqlaşıb Türkiyədə model işləmisiniz gərək ki. Doğrumu eşitmişəm?

- Doğru eşitmisiniz. Universiteti qurtarandan sonra bir il Rus Dram Teatrında işlədim və 1992-ci ilin əvvəlindən sonlarına kimi Türkiyədə model kimi fəaliyyət göstərdim. Amma bu vaxt ərzində bir ildən artıq İstanbulda Muammer Karaca Teatrının səhnəsində Almaniyadan gələn türk rejissorunun «Gənc qız dəniz» mono tamaşasında oynadım.

- Model və aktrisa kimi fəaliyyətləriniz bir-birinə nə qədər təsir etdi?

- Aktyorluq peşəmin sayəsində model kimi uğurlar qazandım, Türkiyədə 10 ən professional modellərdən biri oldum. Çünki aktrisa kimi səhnə rahatlığını başqa keyfiyyətləri əxz etmişdim. Həm mən xoreoqrafiya məktəbini bitirmişəm. Fiziki parametrlər öz yerində, model üçün özünü dəyərləndirmək hissi çox vacibdir. Səhnə, podium elə bir yerdir ki, olduğun orda görünür. Əgər sən şəxsiyyətsənsə, maraqlı bir adamsansa bu, səhnədə görünəcək. Modeldə xarici görünüşlə bərabər, bunlarda varsa, o, seçiləcək yadda qalacaq. Bu artıq gözəlliyin otəsində olan xüsusiyyətlərdi.

- Ümumiyyətlə götürsək, bütün dövrlərdə incəsənət dəbdə olub. Amma sizcə, indi, bu günün reallığında teatr dəbdədirmi?

- Mənə elə gəlir ki, teatr dəbdə olmağa başlayır. Bilirsiniz ki, bir müddət teatrın çətin vaxtları oldu. Adamların maddi sıxıntıları daha çox idi. Ölkənin böhran keçirdiyi vaxtlardan sonra həmişə ruhi tələbat yaranır. Məncə, bu ruhi tələbat artıq var. Yenidən dəbə düşmüş teatrı o yüksək pilləyə çatdırmaq lazımdlır. Yeni seyrçilər yaranır. Təəssüf ki, köhnə Bakı intelegensiyası azalıb. İki teatrda çalışıram. İbrusda Rus Dram Teatrında. Birincidə teatrsevən köhnə Bakı teatr ziyalılarıdır, Rus Dram Teatrında isə daha cox yeni gənclərdən ibarət seyrçilər.

- Rus Dram Teatrının «Torağay» tamaşasında Janna dArkı oynmısınız. Sizin Jannanın bəzi jestləri onu Cülyetta Mazinanın «Yol»dakı qəhrəmanına oxşadırdı.

- Bunu mənə deyən ikinci insansınız. «Torağay»da oyun-hoqqa məqamları var idi. Mən Jannanı oğlansayağı qız kimi görürdüm. Bu səbəbdən o, Mazinanın qəhrəmanına oxşaya bilər. Dünya klassik filmlərilə böyümüşük. Bəlkə təhtəlşüurdan gəlir. Bilmirəm. Mən şüurlu olaraq onu təqlid etməmişəm.

- Mələk xanım, sizcə, bizdən, bizim qadınlardan Janna dArk çıxar?

- Hər xalqın hər dövrün qəhrəmanları olur. Zaman bu şəxsiyyətlərin yaranmasını özü tələb edir... Qəhrəmanı qəhrəman edən inamdır. Bu inam ona yolunu sonuna qədər davam etdirməyə səbəb eyni zamanda kömək olur. Qadına gəlincə, artıq iyirmi birinci əsrdir qadın artıq cəmiyyətdə yerini müəyyən edib. Bugünki qadin fikrimcə, artiq kifayət qədər güclü personadır. Indiki dövrdə bir şəxsin tamamlanması ücün insanın şəxsi mədəniyyəti hərtərəfli təhsili qədər vacib şərt yoxdur.

- «Tənha səs» tamaşanız illər sonra da xatirimdədir. Ədəbiyyatda, kinoda «qadın tənhalığı» deyə bir mövzu var. Ümumiyyətlə «qadın tənhalığı» anlamını qəbul edirsinizmi?

- Biz bu dünyaya yalnız gəlir yalnız da gedirik. Bu köhnə, yeni ifadədir. Bu əbədi həqiqətdir. «İnsan tənhalığı» anlayışını qəbul edirəm. Ayrıca da bir «qadın tənhalığı» anlamı var. Çünki qadınlar incə, zərif, həssas, məxluqlardır. Qadınların sevgiyə, şəfqətə ehtiyacları da bu üzdəndir. Ümumiyyətlə, tənhalığa inanıram.

Əlbəttə yaxınların, dostların, ailən ola bilər, amma hər kəsin tənha məqamları var. Mən ümumiyyətlə, insanın təbiətən tənha olduğunu düşünürəm.

- Oynamaq istədiyiniz qadın qəhrəman varmı?

- Evripidin Medeyasını oynamaq istərdim. Bu böyük qadın faciəsidir. Sevgisi uğrunda hər şeyi qurban verən bir qadın... Vaxtında Cülyettanı oynamağı çox arzulamışam. Amma artıq vaxtı keçib. Hər şey vaxtında olmalıdır. Məncə, Cülyettanı oynamaq istəməyən aktrisa bəlkə yoxdur .

- Oyun həyat. Oynayan yaşayan. Bu məfhumların yaratdığı ziddiyyəti hiss etdinizmi heç?

- Mən Allaha inanan adamam. Səhnəyə çıxanda dua edirəm ki, allah mənə kömək olsun. Bunu edərkən içimdə günah hissi oyanır. Sanki ilahi bir şeylə teatr yan-yana qoyulur, üzləşir. Özlüyümdə düşünürəm: indicə bir oyun sərgiləcəcəm - Allahdan kömək istəməyə qədər haqqım var? Bu mövzunu sona qədər düşünüb başa çatdırmamışam. Amma hələ hər səhnəyə, daha cox tragik tamaşada çıxdığımda, Allahdan kömək istəməkdən vaz keçə bilmirəm.

- Xoşbəxtlikdən rejissorlar sizdə bir amplua yaratmayıblar. Amma filmə çəkilməmisiniz. Bir serial istisna olmaqla.

- Bəziləri məndə komediya potensialı, bəziləri faciə imkanları görür. Məsələ bütün amplualarda özünü orqanik hiss etməkdədir. Amma söz yox ki, komediya oynadıqda özün bir qədər əylənirsən. Faciədə isə gərək bir gün əvvəl o övqata köklənəsən. Burada daha incə məqamlar var. Təkcə oyun deyil, tamaşaçını inandırmaq,ona səninlə eyni anda bütün duygularını qəlb acısını həyəcanını hiss etdirmek məsələsi var. Bu belədir, ya inanırsan, ya inanmırsan

Azərbaycanda kino aktiv inkişaf edəndə mən Türkiyədə olmuşam, qayıdanda 90-cı illərin axırları bir neçə təklif almışdım. Çəkilmədim. Ssenariləri zəif olanları var idi, yalnız «Məkanın melodiyası» sınaq çəkimlərində oldum, amma çəkilmek nəsib olmadı. Bir ən son çəkimə hazirlaşanAktrisafilmində. Bundan başqa, olan təkliflər mənə uyğun deyildi.

- Sizcə, kinoya çəkilməməyinizə mane olan nədir?

- Rejissorlar daha çox milli cizgiləri olan qadın tipajı axtarırlar. Bəlkə buna görə, dogrusu, cavabını mən də bilmirəm..

- Bəlkə intellektual sifətiniz maneədir?

- Bəlkə də... (gülür).

- Mələk xanım, nə kitablar oxuyub, nə filmlərə baxmısınız bu aralarda...

- Milli kinomuzun və dünya kinosunun son nümunələrini izləməyə çalışıram. Oxuduqlarımsa... Düzünü desəm, oxumağa əvvəlki kimi vaxtım qalmır. Ən son oxuduqlarım Murakaminin ”Kafka kumsalda,” Kolin MakkaloununRomanın sahiblərive Andrey KoncalovskininAlçaq həqiqətlərromanı olub... Boş vaxtımda fransız filmlərini izlemeye sevirəm. Fransız dilini cox beyənirəm. Bu dilin bir poetikası var. Bu poetikada sevgi, məhəbbət eşidilir. Bu yay bu dili öyrənməyə qərarliyam.

- Fransız kinematoqrafından ən son isimləri bilərsiniz...

- İsimləri yadda saxlamaqla problemim var. Klassikləri bilirsiniz, Trüffo Qodar... Müasirlərdən Fransua Azon ən maraqlı rejissorlardan sayılır.

 

P.S. Yazıya qoyulmuş ad uğurlu tapıntı yox, sadəcə, seçimdir. Bu adla Jan Anuy Janna Darkı təqdim etdi. Jannanı Mələk Abbaszadə oynadı bizi Anuyun bənzətməsinin qədər gerçək olduğuna inandırdı. Bəlkə Mələk xanımı Cülyetta Mazinanın qəhrəmanından ayıran budur. Cülyettanın qəhrəmanı dolaşadır, osa torağaydır. …

 

 

Aliyə

 

Mədəniyyət.- 2009.- 19 iyun.- S. 8.