Səhnəmizin Koroğlusu anıldı
Lütfiyar İmanovun 80 illik yubileyinə onun sənətinin
vurğunları toplaşmışdı
Böyük istedadı, yüksək səhnə mədəniyyəti,
tenor səsi ilə seçilən tələbkar insan idi
Lütfiyar İmanov. Onu tanıyanlar, sevənlər
belə deyirlər. Hər bir konserti,
oynadığı rolları
və ən nəhayət sənətinə
olan sevgisi ilə qazanmışdı
bu istəyi...
Aktyor, yoxsa
rəssam?
Lap kiçik
yaşlarından incəsənət vurğunu idi. Xalq yaradıcılığını
həvəslə öyrənirdi.
Sabirabadda mədəniyyət
evində hazırlanan
tamaşalarda iştirak
edən qardaşına
qoşularaq səhnə
əsərlərini heyranlıqla
izləyirdi. Təsadüf
elə gətirir ki, bir gün
ona maraqlı bir rol həvalə
edilir və qardaşının tapşırığı
ilə səhnəyə
çıxıb sözlərini
deyir. Hələ 6-7 yaşında olarkən qazandığı uğur
onu parlaq bir gələcəyə aparan yolun təməlini
qoyur...
Onun bir məşğuliyyəti
də var idi. Evlərindəki köhnə qrammofonda
Bülbülün ifasında
Koroğlunun aşıq
mahnısını və
Üzeyir Hacıbəyovun
"Sənsiz" romansını
dönə-dönə dinləyərdi.
Böyük arzularla yaşayan
balaca Lütfiyar özfəaliyyət dərnəyindən
başlayaraq böyü
səhnəyə qədər
uzun bir yol keçməli olur.
Müharibə illəri idi.
L.İmanov özfəaliyyət dərnəyinə gedirdi.
Bir gün məşq edərkən içəri
daxil olan qonaqlardan biri onun ifasını dinlədikdən sonra Lütfiyarın səsini bəyənir. Onun gələcəkdə
böyük uğurlar
qazanacağını söyləyir.
Bu qonaqlar Sabirabada
gəlmiş aktyor truppasının rəhbərləri
Ələsgər Ələkbərov
və Mustafa Mərdanov
idi.
1943-cü ildə
Sabirabadda Dövlət Dram Teatrı yarananda Lütfiyarı həmin
teatra suflyor götürürlər. Tamaşalar zamanı
xorda oxumaqla bərabər, kiçik rollar da oynayırdı.
Sənətə olan sevgisi onu böyük səhnələrə səsləyirdi.
O, gələcəkdə nə
baş verəcəyindən
asılı olmayaraq inam və inadla
tutduğu yolda addımlayırdı. Qısa zaman
kəsiyində gələcəyin
böyük sənətkarı
mədəniyyət evinə
bədii rəhbər
təyin edilir. Lütfiyar orda məktəblilərdən
ibarət yaratdığı
dram dərnəyinə 9-10-cu sinif şagirdlərini cəlb edib tamaşalar hazırlayırdı.
O, tamaşaların rejissorluğunu
etməklə yanaşı,
rəssam kimi tərtibatını da verirdi. Eləcə də baş
rolları özü oynayırdı.
Hərbi xidmətdən
qayıdandan sonra işini davam etdirən sənətkar
Bakıda keçirilən bədii özfəaliyyət dərnəklərinin
baxış-müsabiqəsində iştirak edir. Münsiflər heyətinin sədri
bəstəkar Cahangir
Cahangirov ona Bakıda qalıb təhsil almağı məsləhət görür.
Səhəri gün gənc
Lütfiyarı Konservatoriyaya
oxumağa göndərmək
üçün nazirliyə
çağırırlar. O, mükəmməl təhsil
almaq üçün
əvvəlcə yolunu
texnikumdan salmaq qərarına gəlir. Texnikumun direktoru Süleyman Ələsgərov onun səsinə qulaq asır. Lütfiyar texnikuma qəbul
olunur. Təhsilini davam etdirməklə
yanaşı, məktəbin
rəssamlıq işlərini
də ona tapşırırlar. Ancaq səsi
aktyorluq və rəssamlıq qabiliyyətinə
üstün gəlir.
Bu səs ona uğurlu gələcək
vəd edirdi...
Operada 30-dan çox
baş rolun ifaçısı olub
1943-cü il onun həyatından
qırmızı bir xətt kimi keçib. Həmin il
Sabirabad Dövlət Musiqi Teatrının səhnəsində "Beş
manatlıq gəlin"
tamaşasında ilk rolunu
oynayıb. 18 yaşında ilk dram dərnəyini
yaradan ifaçı
1957-ci ildə Dövlət
Estrada Orkestrində, daha
sonra isə Musiqili Komediya Teatrında fəaliyyətə
başlayıb. 1959-cu ildə Moskvada tamaşaya qoyulan «Koroğlu» operasında Koroğlunu oynayır ki, bu da
ona əlçatmaz bir şöhrət gətirir. 1968-ci ildə İncəsənət
Universitetini bitirən
sənətkar operada
30-dan çox baş rolu ifa edib.
1975-ci ildə 6 ay İtaliyanın
Lütfiyar İmanovun
adı opera səhnəmizdə aparıcı partiyaların
ifaçısı kimi musiqi salnaməmizə həmişəlik
həkk olunub.
Ömrünün
yarım əsrə yaxın bir dövrünü opera
ifaçılığına həsr edən sənətkar
musiqi mədəniyyətimizdə daim öz dəst-xətti
ilə seçilib. Tanınmış sənətkarın yüksək səhnə mədəniyyəti, aktyorluq
məharəti və güclü səsi ona geniş repertuarla çıxış
etməyə imkan verirdi. Onun Azərbaycan və
dünya klassiklərinin
şah əsərlərində
ifa etdiyi partiyalar, yaratdığı
obrazlar öz dolğunluğu, kamilliyi və təbiiliyi ilə səciyyələnirdi.
Sənət fəaliyyəti boyu
təqdirəlayiq uğurlar
əldə edən Lütfiyar İmanov milli və dünya
klassik opera nümunələri
ilə yanaşı, müxtəlif konsert proqramlarında kamera-vokal əsərləri, romansları
və xalq mahnılarını zövq
və ustalıqla oxuyub. İfaçısı olduğu əsərlərin
üslub xüsusiyyətlərini
dərindən duyma və onları özünəməxsus tərzdə
məharətlə çatdırma
qabiliyyəti L.İmanova
musiqisevərlərin rəğbət
və məhəbbətini
qazandırıb.
Kərəm obrazını Türkiyə səhnəsində
ilk dəfə L.İmanov ifa edib
1990-cı ilin aprel
ayında İstanbul Opera və Balet Teatrı Lütfiyar
İmanovu Çaykovskinin "Qaratoxmaq qadın"
operasında German rolunu oynamağa dəvət edir. O, bu dəvətə qədər dəfələrlə
Türkiyədə yaradıcılıq
görüşlərində olmuşdu. Mayın 3-də keçirilən solo konsertindən sonra tanınmış türk
bəstəkarı Adnan
Saygün Lütfiyarı
uğurlu çıxışına
görə təbrik etdi və özünün
"Kərəm" operasında
Kərəm rolunu oynamağa dəvət etdi. Bakıya gəlib rəhbərliklə
məsləhətləşdikdən sonra Lütfiyar 1990-cı ilin sentyabrında İstanbula yola düşür. Kərəm obrazını
Türkiyə səhnəsində
ilk dəfə məhz
o, ifa edir.
Lütfiyar İmanov səhnəsiz yaşaya bilmirdi. Həmişə "Səhnəmiz üçün nəinki
darıxıram, az qalır ürəyim partlasın, elə bilirəm həbsxanadayam.
Mən ömrüm boyu sənətimlə çalışıb
yaşamışam. Əgər oxumasam,
yaşamaram" - deyirdi.
Ömrünün son
günlərinə qədər sənət eşqi ilə
alışan L.İmanovu 80 illik yubileyində yaxınları,
doğmaları və sənət dostları yad etdilər.
Belə ki, bugünlərdə
Azərbaycan Dövlət Filarmoniyasında SSRİ xalq artisti
Lütfiyar İmanovun xatirə gecəsi oldu.
Mədəniyyət və
Turizm Nazirliyinin təşkilatçılığı ilə
keçirilən tədbirin əvvəlində mərhum sənətkarın
ifasında Üzeyir Hacıbəylinin “Koroğlu”
operasından Koroğlunun ariyası səsləndi.
Musiqişünas Lalə
Hüseynova görkəmli sənətkarın həyat və
yaradıcılığı barədə məlumat verdi, onun
sənətkar məziyyətlərindən söz
açdı.
Tədbirdə Dövlət
Simfonik Orkestri, Dövlət Xor Kapellası
çıxışları dinlənildi, incəsənət
ustalarının ifasında sənətkarın repertuarına
daxil olmuş əsərlər səsləndirildi.
ŞƏMSİYYƏ
Mədəniyyət.- 2009.- 19 iyun.- S. 5.