Aşıq sənətinə görə
tanınır
Azərbaycanda aşıq sənətinin kökü
çox qədimdir. Bu
gün bu sənətin yaşadılması
yönündə köklü
cəhdləri müşahidə
etmək olar. Azərbaycan aşıq sənətinin mahiyyəti
türk ruhunun dərin, çoxtərəfli
ifadəsidir. Çağdaş
dövrdə Azərbaycan
aşıq sənətini
yaşadanlardan biri - sinəsində çoxsaylı
dastanlar, xalq havacatları yatan 73 yaşlı Aşıq Mahmudla söhbətimiz bu barədədir.
- Göyçə kimi əzəli bir türk yurdunda doğulmusunuz. O yerləri
necə xatırlayırsınız?
- Göyçə mahalı
oğuz türklərinin
dədə-babadan məskunlaşdığı
tarixi bir yerdir. O yerlərin suyu, əsrarəngiz mənzərəsi, havası
adamı saza-sözə
bağlayır. Qərbi
Azrbaycanda elə bir dağ-dərə yoxdur ki, türklərin
adı ilə bağlı olmasın.
Göyçədən 1946-cı ildə ailəlikcə çıxmışam. O zaman
mən uşaq idim. Amma həmin
kəndlərin adları,
o doğma yerlər qətiyyən hafizəmdən.
Həmişə ermənilər
türklərin çörəyini
yeyib, axırda da nankor çıxıblar.
Göyçə sinəmdə
sağalmayan bir yaradı. Oradan köçəndən sonra
Tovuzda yaşamışam.
Sonrakı inkişafım
demək olar, bu bölgə ilə bağlıdır.
- Azərbaycan türk ruhu aşıq sənətində özünün
ifadəsini bütünlüklə
təsdiq edir. Bu barədə nə deyərdiniz?
- Müxtəlif türk ellərində olmuşam,
hər yerdə saza olan doğma
münasibəti görmüşəm.
Azərbaycan türkləri
bildiyiniz kimi, Qarsda da yaşayır.
Buradakı türklərlə
Qarsdakı türklərin
aşıq sənəti
arasında çox fərq yoxdur. Hətta ləhcələri
də eynidir. Həmişə düşünmüşəm
ki, bu sənətin
kökləri Azərbaycanda
daha dərindir. Bu mənada Azərbaycan aşıq sənətinin
inkişafında Göyçə
aşıq məktəbinin
müstəsna rolu
var. Miskin Abdaldan üzü bəri bu sənətin Göyçədə saysız-hesabsız
nümayəndələri olub.
O da məludur ki, Miskin Abdal
Şah İsmayılın
sarayında məsləhətçi
işləyib.
Şah İsmayılın
vəfatından sonra Miskin Abdal gəlib
Göyçəyə - Sarıyaqub
kəndinə, orada yaşayıb. Sonradan bu nəfəs Ağ Aşığa, Alıya, Ələsgərə
və başqalarına
keçib.
- Özünüzü sinəsi
dolu aşıq hesab edirsinizmi?
- Azərbaycan aşıq sənəti ilə bağlı ustadım nə öyrədibsə götürmüşəm. Özümün
də axtarışlarım
olub. Təbii ki, aşıq sənəti tükənməz
bir xəzinədir. Hesab edirəm ki, bilmədiyim bildiyimdən çoxdur. Amma aşıq sənətinin mayasını
qanım-canım hesab
edirəm. Əgər
bu sənətə dərin məhəbbətim
olmasaydı, bu qədər havacatları,
dastanları ürəyimə
yığa bilməzdim.
Bu sərvətləri xalqın
yaddaşından yığmışam.
Kəndlərə toylara
gedirdim, camaat aşıqdan çox şey tələb eləyirdi. Məcbur olurdun ki, hər
şeyi öyrənəsən.
Ağsaqqallar deyirdi ki, ay bala, filan
yerdə düz oxumadın. Gələn dəfə gələndə
öyrən. O dövrdə
ustadların da tələbi böyük idi.
Əlbəttə, gənclərin
qabiliyyətini heç
kim inkar eləmir. Amma indiki cavan aşıqlar
dastanları öyrənməyə
çox da həvəsli deyillər. Çünki toylarda bu dastanları tələb eləyən yoxdur. Təbii ki, xalq ruhuna
münasibətdə hamı
tələbkar olmalıdır
ki, aşıq sənəti də zənginləşsin.
Qabaqlar aşıq məclislərində bir yüngül şeir oxusaydın ağsaqqallar deyərdilər ki, oğlum, bu şeiri get evinizdə oxu, məclis sözü deyil. Həmin aşıq da hesabını götürərdi. Aşıq
anlayardı ki, hər sözü məclisdə demək olmaz.
- Azərbaycanda aşıq sənətinin çağdaş
inkişafından razısınızmı?
- Son vaxtlar aşıq sənətinə yeni səviyyədə meyil artıb.
Aşıqların son qurultayında
bu barədə ətraflı danışıldı.
Azərbaycanın cavan
aşıqları indi
aşıq sənətini
daha məsuliyyətlə
davam etdirirlər.
- Deyirlər xalq aşığı fəxri
adı təsis olunsun. Siz bu
təklifə necə
baxırsınız?
- Təbii ki, bunun maddi və
mənəvi tərəfləri
var. Aşığa daha
çox mənəvi
qayğı gərəklidir.
Aşığın özü
də mənəvi məsuliyyətini yaxşı
başa düşməlidir.
Aşıq ilk növbədə
özü xalqın aşığı olmalıdır,
sonra da xalq aşığı...
Aşığın xalqdan
sevgi umması yalnız bu zaman ola bilər.
- Azərbaycan aşıq məktəblərini necə
təsnif edərdiniz?
- Qafqazın çox yerlərində, Orta Asiyada, İranda, Türkiyədə və başqa ölkələrdə
olmuşam. Çoxlu toylar aparmışam. Azərbaycan aşıq məktəbləri arasıda
fərq qoymuram. Məsələn, əgər
mən Tovuz aşıqları ilə Şirvan aşıqları
arasında fərq qoysam, onda aşıq
olmaram ki. O da mənim aşığımdır,
bu da. Aşıq
məktəblərinin müxtəlifliyi
də bir gözəllikdir. Standartçılıq
olmaz. Gərək aşıq sənətində
də bir əlvanlıq olsun. Aşıq Şakiri yaxşı xatırlayıram.
Onun səsi olduqca gözəl, ürəyə yatımlı
idi. Şakirin avazı o qədər məlahətli idi ki, adamı valeh edirdi. Borçalıda
da, Göyçədə
də, Muğanda da, Tovuz-Qazax bölgəsində də
gözəl səsə
malik tanınmış
aşıqlar olmuşdur,
elə indi də var. Mən onlara hansı məktəbə mənsub
olmalarına görə
deyil, sənətlərinə
görə qiymət verirəm. Aşıq öz istedadına, sənətinə görə
tanınır.
Elçin Qaliboğlu
Mədəniyyət.- 2009.- 24 iyun.-
S. 6.