“26-lar”ın aqibəti
Şaumyan Hindistanın Mədrəs şəhərində
dəfn edilib
(əvvəli ötən sayımızda)
Məhəmməd Əsədbəy
atasından gizlin, pəncərədən düşərək
qazamata doğru qaçıb və 26-ların əliqandallı,
edam edilmək üçün çölə
aparıldığının şahidi olub.
“Çölə
(Ağcaqum çölü nəzərdə tutulur - X.İ.)
isə getmədim. Həvəsim ölmüşdü...”
- deyə hadisənin sonluğunu ənənəvi qaydada
(başqalarından eşitdiyi və ya kommunistlərin
yazdığı kimi) tamamlayan Məhəmməd Əsədbəy
Azərbaycan tarixi üçün önəmi olan çox
ciddi bir məsələdə başısoyuqluq edərək
fürsəti qaçırır. Məsələ
burasındadır ki, o, Qızılsu Respublikasındakı bir
çox şahidlərdən fərqli olaraq, Stepan
Şaumyanı, Tatevos Amiryanı və b.-nı üzdən
yaxşı tanıyırdı. Əgər qazamatda ikən
onlar dəyişdirilmişdisə və ya güllələnmə
səhnəsində hər hansı qurama epizod var idisə,
bunu az-çox ayırd edib sonradan yazmaq imkanına malik idi.
Azərbaycanlıların
qisasını qismən də olsa almış olan
gürcü knyazı Alaniya isə iki il sonra Dağıstanda
təsadüfən çılğın dağlı kommunistlərin
əlinə keçmiş, vaxtilə 26-ları
tutuqladığı və edam hökmü verdiyi
üçün amansızcasına
öldürülmüşdü. Onun qarnını yarıb,
qum və daş dolduraraq, sonra tikmişdilər...
Onu da qeyd etmək gərəkdir
ki, həmin vaxt çox gənc olan Məhəmməd Əsədbəy
məsələyə ingilislərin gizli şəkildə
müdaxiləsindən xəbər tuta bilməzdi;
çünki bu, həm Birləşmiş Qüvvələr,
həm də Sovet Rusiyası üşün dövlət sirri
idi.
Əsl həqiqət isə
bambaşqaydı. Aşağıdakı rəsmi sənəd
də məhz 26-lardan bir qisminin 20 sentyabr 1918-ci il tarixində
Ağcaqum çölündə güllələnmədiyini
təsdiq edir.
Stepan Şaumyanın
Ağcaqum çölündə güllələnmədiyinə
dair arxiv sənədinin surəti:
26 ôåâðàëÿ 1919 ã.
¹ 894
Ñåêðåòíî
Ìèíèñòðó-ïðåäñåäàòåëþ, ìèíèñòðó èíîñòðàííûõ äåë
…Òèôëèññêîé ðàäèîñòàíöèåé ïåðåõâà÷åíà ðàäèî-òåëåãðàììà èç Àñòàðõàíè íà èìÿ Ñîêîëîâà (ïî-âèäèìîìó,
ñåíàòîðà), êàñàþùàÿñÿ îáìåíà âîåííîïëåííûìè: Øàóìÿíà è äð. - ñ àðåñòîâàííûìè
÷ëåíàìè Ñîþçíîé ìèññèè, ïðè÷åì òåëåãðàììà çàêàí÷èâàåòñÿ ñëåäóþóùèìè ñëîâàìè:
«äî ñêîðîãî ñâèäàíèÿ â Áàêó».
Äèïëîìàòè÷åñêèé Ïðåäñòàâèòåëü
Àçåðáàéäæàíñêîé Ðåñïóáëèêè ïðè Ïðàâèòåëüñòâå Ãðóçèíñêîé Ðåñïóáëèêå – ïîäïèñü
È. îá. Âîåííîãî Àòòàøå
Ïîäïîëêîâíèê - ïîäïèñü
* * *
Stepan Şaumyanın Ağcaqum çölündə güllələnmədiyinə dair arxiv sənədinin surətinin tərcüməsi:
26 fevral 1919-cu il
¹ 894
Məxfidir
Baş nazirə, xarici işlər nazirinə
Azərbaycan Respublikasının
Gürcüstan Respublikası Hökuməti yanında
diplomatik nümayəndəsi - imza
Hərbi
attaşeni əvəz edən
Podpolkovnik - imza
*
* *
Qeyd:
Söhbət gedən sənəd haqqında 2008-ci
ilin sentyabrında ANS televiziyasının “Dahilərin
divanı” verilişində bu sətirlərin müəllifi
açıqlama versə də, təəssüf ki, sonradan
yazılı və elektron KİV-lər gərəkli
müzakirə açmadılar. Ancaq 24-26
yanvar 2009-cu ildə Bakıdakı “Sahil bağı”nda
aparılan qazıntıda 26-lardan yalnız 23-nün cəsədinin
(tabutda) aşkar olunmasından sonra eyni sənədin AMEA Tarix
İnstitutu tərəfindən
“tapıldığının” elan edilməsi bütün
medianı və ictimaiyyəti hərəkətə gətirdi.
Yanılmıramsa, belə bir sənədin
varlığını müasirlərimizdən ilk dəfə
akademik Ziya Bünyadov dilə gətirmişdi. Sənədin surəti də “Azərbaycan
SSR EA-nın Xəbərləri”ndə hələ 20 il öncə
tirajlanmışdı. (Tarix, fəlsəfə, hüquq
seriyası, 1989, ¹2, səh.140). Tarix İnstitutunun vaxtilə
yayınladığı sənədi yenidən “tapması”
özünüreklamdan başqa bir şey deyil.
AMEA-nın Tarix İnstitutunun 26-larla bağlı
önəmli gizlinləri aşkarlamağa yönəlik son fəaliyyətləri
təqdir edilməlidir. Məxfi kodlar İngiltərə və Rusiyanın əlində
olsa da, nəticələri Hindistanın (güman ki) Mədrəs
şəhərindəki qəbiristanlıqlardan birindəki cənazə
qalıqları ilə tutuşdurmaq müşküldür.
Doğrudur, Azərbaycan xalqının
soyqırımının təşkilatçısı və
rəhbəri olmuş Şaumyanın, Tatevos Amiryanın və
başqa birisinin sür-sümüklərinin Mədrəsdəki
hansı çatlamış gorda olması o qədər də
maraqlı deyil.
Təbii ki, vaxtilə özü bu qalmaqallı
sövdələşməyə girişmiş Rusiya dövləti
indi sirlərin açılmasında maraqlı olmayacaq. Hindistan dövləti
də həmçinin. Üstəlik, Hindistan həm Ermənistanın
lehinə mövqe tutmuş bir dövlət kimi, həm də
orada ciddi nüfuzu olan yerli erməni icmasının təsiri
ilə Mədrəsdəki cəsədlərin
ekspertizasına icazə verməyəcək. İngilis arxivlərindən aşkarlanacaq sənəd
və materiallar əsasında müəyyən qənaətə
gəlmək mümkündür.
Bir qədər də dillərdə “dastan” olmuş “26-lar”ın sayı barədə... Hələ sovetlər dönəmində, güllələnmək üçün tutuqlanan “26-lar”ın gerçək sayının bu rəqəmdən artıq olduğu bildirilirdi.
“27-ci komissar” onlarla eyni cinayətlərin ortağı olmasına və birgə tutuqlanmasına baxmayaraq, Şaumyangilin xilası üçün danışıqların təməlini qoyan və bu işdə önəmli rol oynayan, əslində Anastas Mikoyan idi.
Mikoyan özü isə mindikləri “Türkmən” gəmisindəki olaylarla bağlı 1971-ci ildə Moskvada yayınlanmış “Xatirələrim” kitabında bəzi ilginc məqamlar haqda belə yazır:
“Mindiyimiz “Türkmən” gəmisini Mahaçqalaya
gedən “Sentrokaspi” karvanından yayındırıb Həştərxan
istiqamətinə yönəltdik; lakin nə əsgərlər,
nə gəminin matrosları, nə də qaçqınlar ora
getmək istəmədilər, bəhanə gətirdilər
ki, Həştərxanda aclıqdır. Sonra bildik ki, general Denstervilin dəstəsindən
gəmidə olan iki ingilis zabiti daşnak komandirlərlə əlbir
olub camaatı bərk qorxudublar. İngilis zabitlərindən
başqa gəmidə döşünə “Georgi
xaçı” taxmış erməni də vardı.
Krasnovodskiyə çatanda yalnız iki ingilis zabiti (onların
nə üçün gəmidə olmalarını başa düşə bilmədik)
və bir də döşünə “Georgi xaçı”
taxmış erməniyə gəmidən sahilə
düşməyə icazə verildi; həmin erməni deyirdi
ki, yerli hökumətə vacib məlumat
çatdırmalıyam”.
...Komissarları həbs edəndə həmin o iki nəfər ingilis zabiti və “Georgi xaçı” taxmış erməni yerli məmurlar arasında idilər. “Georgi xaçı” taxmış erməninin fəaliyyəti ingilis casusu kimi Mikoyanın yuxarıda adı çəkilən əsərinin sonrakı səhifələrində ətraflı təsvir edilir.
Ancaq çox güman ki, bütün qaranlıq məqamları, o sıradan ingilislərə casusluq fəaliyyətini təkcə “Georgi xaçı” taxmış erməninin üzərində lokallaşdırmaqla Mikoyan həm ictimai fikri yönəldir, həm də özünü və özü ilə bağlı adamları sovet quruluşunun cəza maşınından yayındırırdı. Ola bilməzdi ki, gəmidəki və sonra qazamatdakı olaylarla bağlı Mikoyanın “Georgi xaçı” taxmış erməni ilə və ingilislərlə təması, danışıqları olmasın - nəticələr bunu təkzib edir...
Mikoyanın oradan, özü də aşkar şəkildə qurtulmasının və “28-ci komissar” kimi tutuqlanmış Şaumyanın oğlu, 16 yaşlı soyqırımçı (RK(b)P Bakı Komitəsi yanında döyüş drujinası pulemyotçular komandasının rəisi) Sureni də azad etdirə bilməsinin səbəbləri üzərində düşünərkən, hər dəfə Nərimanovun Stalinə məktubundakı bir fakt yadıma düşür. Nərimanov həmin vaxt məxfi məktubunda Stalinə bəyan edirdi: “...Mənim “Bahadır və Sona” romanım (Nərimanov romanda təbliğ etdiyi türk-erməni dostluğuna işarə vurur - X.İ.) Mikoyan hələ daşnak olarkən artıq uğur qazanmışdı.
Onda nə üçün 20 il keçdikdən sonra mən millətçi olmalıyam, Mikoyan isə beynəlmiləlçi?”.
Deməli, 26-lar tutuqlanarkən də Mikoyan
özünü daşnak kimi təqdim edərək, həmin
dustaqların onun nəzarətində olduğunu
bildirmişdi. Daşnakların ingilisləri Bakıya dəvət
edənlər sırasında olması və Mikoyanın rəsmən
daşnak bileti təqdim etməsi ona bu fürsəti yaratmışdı... (Xatırladaq
ki, 1920-ci ilin aprelində XI Qırmızı Ordunu Azərbaycana
dəvət edənlərin başında məhz Mikoyan
dururdu).
Yeri gəlmişkən, bəzi qəzetlər AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudlunun dilindən “Şaumyanın, Tatevos Amiryanın və Arsen Avenyanın cənazəsinin qalıqlarının “26-lar bağı”nda tapılmadığını” bildirirlər. Tatevos Amiryan əvvəldən axıradək Daşnaksütyun Partiyasının üzvü olmuş, qaçmaq istədikləri gəmidəki “Bakı kommunası”na bağlı silahlı dəstəyə də o, komandanlıq etmişdi. 25 “Bakı komissarları”nın Qızılsuda tutuqlanması zamanı onları müdafiə edərək həbslərinə mane olmağa səy göstərdiyi üçün o da tutuqlanmış, beləliklə sonralar hər kəsin alışdığı bu olayla bağlı hallanan 26-lar rəqəmi belə “düzəlmişdi”. Ancaq 26-lar sırasında Arsen Avenyan adlı birisi yerli-dibli olmamışdır; o sırada olan “Arsen” adlı şəxsin soyadı isə “Amiryan”dır, o sırada “Avenyan” soyadlı şəxs əsla yoxdur. Arsen Amiryan da Tatevosun qardaşıdır, o da vaxtilə Daşnaksütyun Partiyasının üzvü olmuşdu. Yox, əgər həmin gəmidə Arsen Avenyan adlı bir şəxs vardısa və güllələnərək cəsədi “26-lar bağı”nda dəfn edildiyi bildirilmişdisə, belə birisinin rəsmi sovet ensiklopediyalarında adının əsla keçməməsi də növbəti sual doğurur. O da mümkündür ki, qəzetlər Ağcaqumda güllələnməmiş olan üçüncü erməninin soyadını yanlışlıqla “Avenyan” yazsınlar. Cavabsız suallar çoxdur. Ancaq bu sualların gerçək cavabı var. Mövzu araşdırma tələb edir.
Xaqani İSMAYIL
Mədəniyyət.- 2009.- 26 iyun.- S. 14.