Turizmimiz Honq
Konqda nümayiş etdirildi
Azərbaycan növbəti sərgiyə də dəvət
alıb
Azərbaycan turizmi beynəlxalq sərgilər vasitəsilə
dünyada tanınır. Büdcəsinin yarıdan çoxunu
turizm sahəsindən əldə etdiyi gəlirlə
formalaşdıran ölkələrin də iştirakçı
olduğu beynəlxalq turizm və səyahətlər sərgilərindən
biri iyunun 11-14-də Çin Xalq Respublikasının Honq Konq
şəhərində baş tutub.
Bu sərgidə ölkəmizi
Mədəniyyət və Turizm Nazirliyinin Turizm Şöbəsinin
Tədqiqat işləri, statistika və lisenziyalaşdırma
sektorunun müdiri Mahir Qəhrəmanov və Marketinq və təbliğat
sektorunun məsləhətçisi Leyla Verdiyeva təmsil edib.
Mahir Qəhrəmanovun qəzetimizə
verdiyi məlumata görə, «İT HK2009» adlı Beynəlxalq
Turizm Sərgisində ölkəmizin turizm potensialını əks
etdirmək üçün Mədəniyyət və Turizm
Nazirliyi tərəfindən 27 kv.m.-lik lövhə icarəyə
götürülüb. Bundan əlavə,
respublikamızın mövcud turizm imkanlarını
nümayiş etdirmək üçün çap məhsulları
hazırlanaraq sərginin ziyarətçilərinə və
iştirakçılarına təqdim edilib: ««İT HK2009»
Beynəlxalq Turizm Sərgisində 42 ölkədən 600-dən
artıq şirkət iştirak edirdi. Sərgi dövründə
ölkəmizə fərdi və qrup şəklində turistlərin
səfərlərinin təşkili ilə bağlı
Çin Xalq Respublikasının «T and E Travel», «Global Limited»,
«Jhina Travel Servije», «JTJ Holidays», Rusiyanın «Sputnik» şirkətlərinin,
Türkiyə, Avstraliya və s. ölkələrin nümayəndələri
ilə görüşdük. Görüş zamanı həmin
ölkələrin nümayəndələri Azərbaycanın
turizm potensialına böyük maraq göstərdiklərini
bildirdilər».
Nazirlik
sözçüsü onu da bildirdi ki, sərginin davam etdiyi
müddətdə bir sıra yerli mətbuat nümayəndələrinə
(«TTG Asia», «East week», «Honq Konq Economic Cournal Jo» və s.) ölkəmizin
turizm potensialı haqqında ətraflı məlumat veriblər:
«Bundan əlavə, «İnternational Link Magazine» və «HK
Disjovery» internet səhifələrində, həmçinin
«New Focus travel magazine» jurnalında Azərbaycanın turizm
potensialını təbliğ edən materialların yerləşdirilməsi
barədə həmin mətbu orqanların təmsilçiləri
ilə danışıqlar apardıq. Öz növbəsində
jurnalın nümayəndələri də Azərbaycana səfər
edərək aidiyyəti materialların toplanmasını və
həmin məlumatların ödənişsiz olaraq yerləşdirilməsi
təklifini irəli sürdülər. Həmçinin sərgi
zamanı yerli “i-cable” televiziya şirkətinin əməkdaşları
Azərbaycanın stendində çəkilişlər
apardılar və bu haqda xüsusi reportaj hazırladılar».
M.Qəhrəmanovun
dediyinə görə, «İT HK» sərgisinin təşkilat
komitəsi ilə də görüşüblər. Görüş
zamanı təşkilat komitəsi tərəfindən 2010-cu
ildə keçiriləcək növbəti sərgidə iştirak
etmək təklifi alıblar.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2009.- 26 iyun.- S. 7.