Bələdçi-məlumat kitabı çapdan
çıxıb
Bugünlərdə
«Nurlan» nəşriyyatı tərəfindən
muzeyşünas - etnoqraf, Astara Rayon Mədəniyyət və
Turizm Şöbəsinin məsləhətçi-inspektoru Əfqan
Şəfiyevin müəllifliyi ilə «Astara Rayon
Tarix-Diyarşünaslıq Muzeyi» adlı bələdçi-məlumat
kitabçası çapdan çıxıb.
Nəfis şəkildə,
gözəl poliqrafik üsulla nəşr olunmuş bu kitabda
Azərbaycanda muzey işinin tarixi, ümummilli lider Heydər Əliyevin
respublikamıza rəhbərlik etdiyi 30 ildən çox bir
dövrdə muzeylərə göstərilən qayğı
və mədəniyyətimizin bu vacib sahəsi ilə
bağlı bir çox məqamlar öz əksini tapıb.
Yeni nəşrdə, həmçinin ulu öndərin «Azərbaycanda
ideoloji işin daha da yaxşılaşdırılması
haqqında» imzaladığı qərarından sonra
respublikanın bir sıra rayonlarında tarix-diyarşünaslıq
muzeylərinin yaranması tarixindən də geniş bəhs
olunur.
Bələdçi-məlumat
kitabçasında həmçinin muzeyin ayrı-ayrı
bölmələri, habelə onun fondunda mövcud olan etnoqrafik
materiallar əsasında bölgənin və
bütövlükdə Azərbaycanın tarixinə dair məlumatlar,
ulu öndərimizin irəli sürdüyü azərbaycançılıq
prinsiplərinin ardıcıl olaraq davam etdirilməsi, Azərbaycan
Xalq Cümhuriyyətinə aid ekspozisiyanın
yaradılması, Azərbaycan xalqının milli-azadlıq
mübarizəsi, Qarabağ müharibəsi, 20 Yanvar, Xocalı
soyqırımı, ölkəmizin apardığı daxili və
xarici siyasət, neft strategiyası və iqtisadiyyatda olan nailiyyətlər,
işğal olunmuş torpaqlarımızın geri
qaytarılması istiqamətində aparılan siyasət,
tarixi hadisə və proseslərin də ekspozisiyada öz əksini
tapması daha dolğunluqla ifadə olunur. Bələdçi-məlumat
kitabçasının təqdirəlayiq məziyyətlərindən
biri də, burada əks olunanların ingilis və rus dillərində
qısa annotasiyalarının verilməsidir.
Yeri gəlmişkən
qeyd edilməlidir ki, son illər Astara Rayon Mədəniyyət
və Turizm Şöbəsi, Əfqan Şəfiyevin müəllifliyi
ilə «Qədim Astara» - Azərbaycanın cənub bölgəsinin
tarix və mədəniyyət abidələri», YUNESKO -
İCOM - Azərbaycan - Milli iftixarımızdır «Astara
rayonunun tarixi-memarlıq abidələri», «Əsirlikdə təkcə
torpaq qalmayıb»... (Qarabağın əsir
düşmüş abidələri), «Onların qəhrəmanlığı
bir əfsanədir» adlı təbliğat və reklam xarakterli
çap məhsulları ictimaiyyətin istifadəsinə
verilmişdir.
Şahin Fərəməzov,
Astara rayon MKS-nin əməkdaşı
Mədəniyyət.- 2009.- 4 mart.- S. 14.