Günümüzün bestselleri: «Sonuncu
ölən ümidlərdir»
Yazıçı Varis: «Əsərin
bu dərəcədə
uğur əldə edəcəyini gözləmirdim»
«Sonuncu ölən ümidlərdir»...
Ötən ilin noyabr ayında nəşr edilən bu roman ölkədə ən çox oxunan kitaba çevrilib. Bu gün artıq
əsər ən məşhur saytların çatlarında müzakirə
edilir, müxtəlif İnternet reytinqlərində
populyar kitablar sırasına salınır.
Kitabın üz qabığında yazılmış
«Kitab oxumağın vaxtı yetişdi!» devizi elə
ilk günlərdəcə özünü doğrultdu.
10000 nüsxənin satışına
47 gündə nail olmaq,
qısa müddət ərzində 500-dən artıq
oxucu rəyi almaq belə deməyə əsas verir ki, doğrudan
da, kitab oxumağın vaxtı yetişdi. Romanın qısa müddət
ərzində belə
sürətlə uğur
əldə etməsi ortaya bəzi maraqlı və mübahisəli suallar çıxarır. Elə bu
suallarımıza cavab
almaq məqsədilə
kitabın müəllifi
- «Azərbaycan Televiziya
və Radio Verilişləri»
QSC-nin Dövri Nəşrlər və Sosioloji Araşdırmalar Departamentinin direktoru Varis Yolçiyevlə həmsöhbət olduq.
- İndiki
texnogen erada, insanların ədəbiyyatı
İnternetlə oxuduğu
bir vaxtda 10 min tirajla kitab nəşr
etmək ideyası hansı ehtiyacdan yarandı?
- Statistik
hesablamalara görə,
Azərbaycanda əhalinin
5 faizi kitabı İnternetdən oxuyur. Ona görə 10 min tirajla kitab çap etmək o ehtiyacdan irəli gəldi ki, ölkədə son vaxtlar kitab oxunmurdu
və kitabın oxucuya çatdırılması
mexanizmi də sıradan çıxmışdı.
Kitab oxumaq istəyənlər isə həddindən artıq çox idi. Ancaq onların istədikləri
kitabı ortaya qoyan yox idi.
Bildiyiniz kimi, latın qrafikalı
əlifbaya keçəndən
sonra ziyalıları çıxmaq şərti
ilə, yaşlı oxucuları itirdik. Onların bu əlifbanı öyrənmələri çətin
oldu. Ona görə də
artıq oxucu kütləsinin əsasını
gənclər təşkil
etdiyindən bu təbəqəyə yönəlik
bir kitab çıxartmaq lazım idi. Buna görə
də, bu kitabı 10 min tirajla nəşr etdik. Onu da qeyd edim
ki, dünyada belə bir hesablama
var ki, əhalinin
təxminən 1 faizi sayda kitab nəşr
olunmağı məqbul
sayılır. Əgər bizim
8 milyon əhalimiz varsa, 80 min tirajla kitab çıxmalıdır.
Belə oduqda 10 min tiraj elə də böyük rəqəm deyil. Sadəcə, indi kitablar
500-1000 tirajla çıxır
deyə, bu rəqəm böyük görsənir. Məsələn,
mən bir az da tanınandan sonra 50-60 min kitab çıxarmağı
planlaşdırıram.
- «Sonuncu ölən ümidlərdir» romanı
nədən belə populyarlıq qazandı?
- Müstəqil Azərbaycanda
yetişən yeni nəsil bu günlə
səsləşən, bu
günümüzün hadisələrini
özündə əks
etdirən bədii ədəbiyyat nümunəsini
gözləyirdi. Doğrudan da, bugünkü
oxucuda bir mənəvi aclıq hiss olunurdu. Ancaq oxucu arzulayan
kitabı yazmaq hələ işin yarısı idi. Daha çətini kitabın oxucuya çatdırılması
idi.
- Bəs
bu prosesi necə reallaşdırdınız?
- Biz xüsusi
bir qrup yaratmışıq. Bura müəllifdən
başqa bir neçə piar -menecer daxildir. Biz kitabın satışını
təşkil edir, oxuculara kitabları hədiyyə verir, həm də dəvət olunduğum auditoriyalarda görüşləri
keçirdirik. İlk vaxtlarda
təxminən 2000 kitab
hədiyyə olundu.
İkinci mərhələdə kitabın satışını
təşkil etdik.
- «Sonuncu
ölən ümidlərdir»
əsəri «Kitab oxumağın vaxtı yetişdi!» adı
altında orijinal bir seriyada çap
edildi. Düşünürsünüzmü ki, kitab oxumağın vaxtı doğrudan da, yetişib?
- Mən
düşünürəm ki, artıq yetişib. Çünki ən azından
ona görə ki, 30-a yaxın mətbu orqanda, bir çox İnternet saytlarında kitab haqqında yazılar gedib. Bu günə qədər
531 oxucu məktubu almışam. Hətta yeniyetmələrin
portalında əsər
haqqında müzakirələr
gedir. Sevindiricidir ki, ən yaxşı 5 kitab arasında xarici müəlliflərlə birlikdə
mənim də adım çəkilir.
Maraqlıdır ki, oxucularım
arasında ən müxtəlif yaş təbəqələrinə aid olan insanlar var. Məsələn, məktub
yazan ən gənc oxucu 14, ən yaşlı oxucu isə 65 yaşındadır.
- Romanı
oxuyarkən insanın
gözləri qarşısında
real həyat hadisələri
canlanır. Maraqlıdır, yaşadığınız həyat hadisələrini,
unuda bilmədiyiniz xatirələri mətnə
çevirməklə fənd
işlətmisiniz? Belə də
fikirləşmək olar
ki, yazıçı
Varis yaranmış boşluqlardan məharətlə
faydalanıb.
- Ümumiyyətlə,
bütün bədii əsərlər yazıçının
bir fəndidir. Əgər oxucuların qəlbinə
yol tapa bilmişəmsə, deməli,
bu fənd uğurlu olub. Təbii ki, ordakı bəzi xatirələr mənim öz həyatımdan götürülüb.
Mən də personaj kimi varam, qəzet
redaktoruyam. Sualın digər tərəfinə
gəlincə, təbii
ki, yaranmış boşluqdan məharətlə
faydalanmışam. Bu gün doğrudan da, insanlarda daxilən bir mənəvi boşluq hiss
olunur. 65 yaşlı
bir qadın mənə zəng edib hönkür-hönkür
ağlayırdı ki,
siz məni 40 il əvvələ
qaytarmısınız. Bu gün mən Hollandiyadan, Kanadadan, Rusiyadan məktublar alıram. Kitabın elektron variantı
olduğundan onu xaricdə də oxuya bilirlər. Etiraf edim ki, əsərin
bu dərəcədə
uğur əldə edəcəyini gözləmirdim.
- Kitab böyük yazıçımız
İsmayıl Şıxlının
sizin yaradıcılığınıza
verdiyi müsbət qiymətlə başlayır.
İsmayıl Şıxlı
sizin ilk qələm təcrübələrinizlə nə vaxt
- 90-cı illərin
əvvəllərində böyük
yazıçımız mənim
hekayələrimi çox
bəyənib, onlara uğurlu yol yazmışdı. Ancaq sonradan
mətbuata gəlişim
mənim yazıçılığımı
ləngitdi.
- Niyə
məhz ilk kitabınızda
sevgi mövzusuna toxundunuz?
- Bu, əbədi
bir mövzudur. Kütləvi roman yazmaq üçün,
məncə, ən populyar mövzuya müraciət edilməlidir.
Yazıçı öncə oxucunun
ardınca getməlidir.
Müəyyən auditoriya yığdıqdan,
sevildikdən sonra isə oxucunu öz ardınca aparmalıdır.
- «Sonuncu ölən ümidlərdir» əsəri,
sizcə, oxuculara nəyi aşılayır?
- Makiavellinin
hikmətli bir sözü var: «Məqsəd vasitələri
doğruldur». Mənim qəhrəmanım
Nailə də bu devizlə yaşayır. 20 yaşlı gənc qız ailəsini saxlamaq zorunda qalır, sevdiyi oğlan tərəfindən
aldadılır, pis yola düşür, nəhayət, insan qatilinə çevrilib həbs olunur. Ancaq sonradan həyatını dəyişə bilir, gənc vaxtlarında arzuladığı hər
şeyə çatır.
Zəngin bir xanım
ikən təsadüfən
küçədə illər
öncə pis yola düşərkən
görüşdüyü bir kişini görür. Özündən iyrənir. Keçmişinin ləkəli hissəsi
ona əzab verir. Beləcə də baş
götürüb ölkədən
qaçır, başa
düşür ki, məqsəd vasitələri
heç də həmişə doğrultmurmuş.
Poçtumda bir neçə oxşar məktub var: «Mən də Nailənin həyatını
yaşayır, maddi ehtiyac üzündən pis yola gedirdim.
Siz mənə sonumu göstərdiniz».
Məncə, əsərin ən böyük uğuru elə budur. Oxucularım arasında
elələri var ki, ilk dəfə mütaliyəyə məhz
bu kitabla başlayıblar. Onlar etiraf
edirlər ki, əsər onlarda mütaliəyə həvəs
yaradıb.
- Romanınız
ətrafında yaranan
mübahisəli məqamlardan
biri də onun intellektual ədəbiyyata deyil,
bestseller janrına aid olmasıdır...
- Məsələn,
deyirlər ki, Kairo, Umberto Eko, Stanislav Len intellektual ədəbiyyatdır. Bütün dünya
bu gün Orxan Pamuku oxuyur,
Markesi qəbul edir. Əslində bu gün ən gözəl ədəbiyyat Markesin ədəbiyyatıdır. Ədəbiyyat elə bir dildə olmalıdır ki, oxucu oxuyanda
onu film kimi gözünün qarşısında
görməlidir. Millət vəkilləri,
alimlər mənim əsərimi oxuyub rəylərini bildiriblər.
- Oxucu kateqoriyasını necə
müəyyənləşdirmək olar?
- Oxucu kateqoriyasını mən
görüşlərdə müəyyənləşdirə bildim. Məsələn, ən çox görüşmək istəyən
və məktub aldığım iki kateqoriyadır: tələbələr
və hərbçilər.
Kitab hərbi hissələrdə
çox populyardır.
Elə olub ki, bir
nəfər ucadan oxuyur, 30-35 əsgər ona qulaq asır.
Hərbi
hissələrdən birində
bir rusdilli oğlan var, hamı kitabı oxuyub, ona mənasını
danışıblar, indi
o, mesaj yazıb ki, bəlkə, kitabı rus dilində də nəşr edəsiniz.
Tələbələrə gəldikdə isə ali məktəblərlə,
texnikumlardan məktublar
alırıq.
- Sizcə,
«Sonuncu ölən ümidlərdir» əsərinin
müəllifə gətirdiyi
uğurun ardınca daha hansı ümidlərinizi həyata
keçirəcəksiniz?
- Aprel-may
aylarında oxuculara «Bir ovuc torpaq»
adlı yeni bir əsərimi təqdim edəcəm. Bu əsər daha ciddi mövzuda yazılıb: vətənpərvərlik
və detektiv janr birləşib qeyri-adi bir əsər
alınıb.
Mehparə
Mədəniyyət.-
2009.- 4 mart.- S. 12.