Erməni həmişə
ermənidir
Osmanlı dönəmində ermənilərin vəziyyəti
və onların yabançılara meyillənmə
çabaları
Səlcuqlardan sonra
osmanlılar da ermənilərin barış, rifah və tərəqqi
şərtləri ilə yaşamasına imkan
yaratmışdılar. 1326-cı ildə Orxan bəy Bursanı
fəth etdi və bu şəhər müəyyən bir
müddət ərzində türklərin paytaxtı oldu. Bu
zaman Orxan bəy ermənilərin də Bizans təhlükəsindən
birdəfəlik qurtulması üçün onların
Anadoluda məskunlaşmasına icazə verdi. Onun şəfqəti
nəticəsində erməni patriarxlığı da Bursaya
köçürüldü. İstanbulun fəthindən
sonra, 1461-ci ildə Fateh Sultan Məhmət Bursanın baş
yepiskopu Hovakimi bütün ermənilərin patriarxı kimi
tanıdı və onu iki yüz erməni ailəsi ilə
birlikdə İstanbula köçürtdü. Sultan Məhmətin
əmri ilə patriarxlığa və erməni ailələrinə
münasib yerlər ayrıldı, bununla da İstanbulda
güclü bir erməni icması yarandı...
Haşiyə: Heç də
təsadüfi deyil ki, erməni kilsəsinin rəsmi
saytında deyilir: «Erməni kilsəsi tarix boyu erməni
xalqı ilə o qədər yaxın olmuşdur ki, indi onları
bir-birindən ayrı düşünmək mümkün
deyil. Millət və kilsə məfhumları o qədər
qaynayıb-qarışmışdır ki, sanki «milli kilsə»
termini məhz ermənilər tərəfindən məxsusi
düşünülmüşdür».
Görünür, yəhudi
irqçiləri iudaizmi yalnız özlərinə məxsus
olan bir din kimi anladıqları kimi, ermənilər də -
uyğun bir təfəkkür tərzi ilə - kilsəni
sırf dini təsisat deyil, millətçi təşkilat kimi
qəbul edirlər.
* * *
Sonradan Türkiyə ermənilərinin
xristian havadarlarının meydana çıxması prosesinin təməli
1536-cı ildən qoyuldu. Həmin il Osmanlı hökumətinin Fransa ilə bağladığı
müqavilə əsasında
fransızlar bütün
Osmanlı torpaqlarında
ticarət hüququ əldə etdilər. Fransızlara həm də tam dini
azadlıq bəxş
edildi. Bundan başqa, həmin sənədin imzalanması
nəticəsində Osmanlı
ərazilərindəki katoliklər
üzərində fransızların
protektoratının fəaliyyətinə
qeyri-məhdud imkanlar yarandı.
Türk tarixçiləri,
o sıradan Kamuran Gürün Osmanlı imperiyasının
durğunluq dövrünü 1579-cu ildən - Mehmet Paşa
Sokulunun ölüm tarixindən, düşmə dönəminin
başlanğıcını isə 1699-cu ildən - Karlovits
sazişindən hesablayırlar. 1774-cü ildə
Kiçikqaynarca müqaviləsi isə Osmanlı
imperiyasının böyüklüyünə son qoydu...
1831-ci ildə Fransız
səfirliyinin xahişi ilə Sultan II Mahmud ermənilərin
dilinin, adət-ənənələrinin qorunması
üçün «erməni icması»nın qeydə
alınması haqda əqd imzaladı...
Və beləliklə,
1878-ci ilədək Osmanlı ərazisində yaşayan ermənilərin
Anadolu türklərilə münasibətlərində
çox ciddi pozuntular hiss olunmamışdı, desək,
yanılmarıq.
«Bu erməni icması
türklərin gündəlik həyat və fəaliyyətini
təmin edirdi. Qədim zamanlardan daha çox idarə etməyə öyrənmiş
türklərdən fərqli
olaraq, sənaye sahəsində daha çox ermənilər cəmləşmişdi. Türkiyədə
bütün bankirlər,
tacirlər və mexaniklər ermənilərdən
ibarət idi. Bundan başqa, ermənilərlə müsəlmanların
psixoloji uyarlıq və maraq eyniliyi
də yaranmışdı...
Çətin ki, elə bir paşa
və yüksək rütbəli ( türk ) məmur tapılsın ki, ermənilərdən borc almasın. Hətta imkansız türk kəndlisi əkinə toxum almaq üçün
ermənilərə borc
xahişilə müraciət
etməli olurdu. Osmanlı bircə gün belə ermənisiz yaşaya bilməzdi. Bu (həqiqət) o dərəcədə aydın
idi ki, Türkiyəni
məhv etmək istəyən ruslar, ilk öncə oradakı erməni icmasını öz tərəfinə çəkməyə
başladılar. Onlar
1828-ci ildə Ərzurumu
işğal edib erməniləri də öz cəza tədbirlərinə cəlb
etmişdilər ki, ruslar geri çəkiləndə
ermənilər öz
torpaqlarını qoyub
getməli oldular».
F.Valvinin «İslamda
inqilablar» (London, 1925, ingiliscə) kitabından
götürülmüş bu sitatı qeyd edən professor
Sabir Əsədov yazır ki, həmin iqtibas 1857-ci ildə
Nyu-York mətbuatında dərc edilmişdir. Yəni o zamankı
qərblilər ermənilərin
Osmanlıdakı durumuna
ancaq qibtə ilə yanaşa bilərdilər, vəssəlam.
Osmanlını süquta
uğratmaq üçünsə,
iqtisadi-siyasi planlardan başqa, daxildə təfriqə yaratmaq planı da lazım
gəlirdi.
Erməni knyazı
İsrael Orinin I Pyotrla görüşməsindən sonra isə
Rusiyanın Qafqaz, İran, Türkiyə və ermənilər
haqda siyasəti daha da konkretləşdi. Və
demək olar ki, bu günə
qədər də İsrael Orinin I Pyotra etdiyi təklif
- Quzey və Güney Qafqazı, daha sonra İranı
əsarət altına
alaraq isti dənizlərə çıxış
əldə etmək; Qafqaza erməniləri köçürərək, orada
çar Rusiyasına dayaq ola biləcək
sədaqətli bir xristian icması formalaşdırmaq; tədricən
erməniləri himayə
edərək Türkiyədə
də erməni dövləti yaratmaq... Türkiyə və İranın birdəfəlik
süqutuna səbəb
olmaq və s. - velikorus siyasətinin ana xəttini təşkil edir.
Şimal müharibəsi
I Pyotrun bu planları həyata keçirməsini bir qədər
ləngitsə də, nəhayət, o, Şimali Qafqaza
qoşun yeritdi və ömrünün sonuna yaxın, -
1724-cü ilin oktyabrında erməni xalqını himayə
etmək haqqında fərman imzaladı. Bu fərmana görə
Rusiyanın işğalı altına keçən ərazilərdə
ermənilərin yerləşdirilməsinə icazə verildi.
1761-ci ildə isə İsrael
Orinin missiyasını davam etdirən soydaşı İosif
Emin də erməni dövlətinin (muxtariyyətinin)
yaradılması üçün Rusiya hökuməti ilə
müvafiq danışıqlar aparırdı.
Ümumilikdə isə
bəzi mənbələrə görə, erməni-rus əlaqələri
hələ Kiyev-Rus dövləti zamanından mövcud olub.
Güman ki, söhbət iqtisadi-mədəni körpülərin
yaranmasından gedir.
XVII-XIX əsrlərdə
Osmanlı və Rusiya arasında baş verən bir neçə
müharibə nəticəsində Osmanlı İmperiyası
Krımı, Sağsahil Ukraynasını, Balkanların bir hissəsini,
nəhayət, Qafqazı ruslara güzəştə getdikdən
sonra ermənilərin də öz xaç ortaqları ilə
yeni sövdələşmələrə girişmək
üçün imkanları yarandı. Həmçinin
İran-Rusiya müharibələrindən də qalib
çıxan şimal qonşumuz Araz çayı ilə Azərbaycanı
ikiyə bölərək, 15 il mərdliklə müqavimət
göstərən İrəvan xanlığının
süqutundan sonra, 1828-ci il martın 21-də - bugünkü
siyasətinin təməli kimi - mərkəzi İrəvan
şəhəri olmaqla, «Erməni vilayəti»ni yaratdı.
Qafqazın ən önəmli,
strateji nöqtəsi olan İrəvan qalasının təslim
edilməsində ermənilərin xəyanətkar rolundan bəhs
etməzdən öncə, diqqəti onların bağlı
qapılar arxasında hələ çox öncələr
apardığı bəzi danışıqlara cəlb etmək
istərdik.
Bu dönəmi
açıqlayan tarixçi-alim İsrafil Məmmədova
görə, erməni dövləti qurmaq «proqramı» XII əsrdən
etibarən hazırlansa da, XVI əsrin II yarısında bu
«proqramın» həyata keçirilməsi yolunda ikinci mərhələ
başlandı. 1562 -ci
ildə Mikael Sebatsietsi məsələni
yoluna qoymaqdan ötrü gizli yığıncaq çağırmalı
oldu. Abqar Toxatetsi başda olmaqla, Romaya nümayəndə heyəti
göndərildi. 1666-cı
ildə elçilər
XIV Lüdovikdən kömək
diləmək üçün
Fransaya getdilər. Elçilər naümid qayıtsalar da, ermənilər yenə inamı itirmədilər.
1678-ci ildə yenə
İtaliyaya elçi göndərdilər. Təşəbbüsü
İsrael Ori öz əlinə almışdı. Ancaq İtaliya, Fransa, Almaniya erməni dövləti qurmaq proqramını alqışlamadı.
İsrael Ori 1699-cu ildə katolikos Minasla birlikdə Almaniyaya getdi. Lakin İohann Vilhelmdən də müsbət cavab ala bilmədilər.
Üçüncü mərhələ
«1699-cı ildən başlandı. Avropadan dəstək ala bilməyən ermənilər
Rusiyaya pənah gətirdilər. Çar
I Pyotrla məktublaşma
xeyli davam etdi. 1701-ci ildə İ.Ori və arximandrit Minas imperatorun şəxsi qəbulunda oldular. Avropanın dövlət başçılarına təqdim
edə bilmədikləri
36 maddəlik «proqramı»
I Pyotra verdilər.
1703-cü ildə I Pyotr
artıq «Ermənistan»
xəritəsini dönə-dönə nəzərdən
keçirmişdi. İ.Orinin
təqdim etdiyi bu xəritədə İrəvan xanlığı
və Zəngəzur qabarıq şəkildə
təsvir olunurdu»...
Xaqani İsmayıl,
yazıçı, tədqiqatçı
Mədəniyyət.- 2009.- 4 mart.- S. 7.