Çiçək və çiyələk
Məhəbbət Məmmədqızı
(Təmsil)
Bir nərgiz
çiçəyi, bir də çiyələk,
Yanaşı yetirmiş
dövran və fələk.
Hər kəs görər,
görməz nərgiz kolunu,
Oradan salarmış izi,
yolunu.
Dərərmiş,
taxarmış saçı, başına,
Baxmazmış qoca və
cavan yaşına.
Nərgiz bu sevgidən
cuşə gələrmiş,
Çiyələk
başına tənə ələrmiş.
Dünyada mənimçün
hər kəs can verir,
Donor olmayanlar,
dönüb qan verir.
Çiyələk
söyləyir: məndən uzaq dur,
Səltənətini gəl,
aralıda qur.
Mənim gözəlliyim
oyuncaq deyil,
Bir kəs mənə
kölgə salacaq deyil.
Mən gözəl
çiçəyəm, həm də barlıyam,
Məsumam o üzdən
həp vüqarlıyam,
Mənə nə gərəkdir
hərcayi sevda.
Mən önəm verərəm
ləkəsiz ada.
Günəş
çıxan kimi başın əyilər,
İşıq
günahını göstərər, bilər.
Bütün
varlığımla aya, günəşə,
Baxaram utanmam oda, atəşə.
Belə həyat mənə
xoşdur, şərəfdir.
Mənim düz yoluma sən
de ki, səhvdir.
Düşünməz, əlbəttə,
hamı sənintək,
Məntək
yaşayanlar var ətək-ətək.
Nə qədər istərsən,
sən özünü öy,
Gəl mənə
dolaşma, başqa qapı döy.
Yoldaşdır
könlümə yalnız dünyada,
Tək sadiq olanlar şərəfli
ada.
Mədəniyyət.- 2009.- 6 mart.- S. 12.