“Sonuncu ölən ümidlərdir” təqdim olundu
Martın 4-də Kitab
Klubunda Varisin “Sonuncu ölən ümidlərdir”
kitabının təqdimat mərasimi keçirildi. Tədbirdə
yazıçının sənət dostları və
oxucuları iştirak edirdilər. Kitabın müəllifi
Varis Yolçiyev çıxışı zamanı romanın
qəhrəmanları haqqında ətraflı
danışdı: “Bu kitab noyabr ayında işıq
üzü görüb. Bir neçə dəfə təqdimatının
keçirilməsinə baxmayaraq, biz istədik ki, Kitab Klubunda
da təqdimatı olsun. 10000 nüsxə ilə
çıxmış kitabın 2000-i pulsuz paylanıb. Mən
bu romanda sevgi mövzusundan istifadə etməyimə baxmayaraq,
bir çox problemləri də ön planda vermişəm”.
Yazıçı may
ayında “Bir ovuc torpaq” adlı daha bir romanı oxucuların
ixtiyarına verəcəyini də söylədi.
Müəllif yenicə
çapdan çıxan kitabı haqqında çoxsaylı
oxucu məktubları aldığını da vurğuladı.
Daha sonra isə oxucular roman haqqında öz fikirlərini və
may ayında çıxacaq kitabı səbirsizliklə
gözlədiklərini bildirdilər
Bildirək ki, kitabın
redaktoru Şərəf Cəlillidir. Kitab ANT Şirkətlər
Qrupunun sponsorluğu ilə işıq üzü
görüb.
ELMİN
Mədəniyyət.- 2009.- 6 mart.- S. 12.